“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Hamının pulunu verəcəm, onun yox...“ - Zal Yusifovun oğlu DANIŞDI

Tarix 28.10.26, 19:52

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Yusifov İslam Zal oğlu və tanışı İlham Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İslam Yusifov zərərçəkən G.S epizodu üzrə ifadə verib:

"G.S məndən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət etmişdi. Özünə də demişdim ki, aramızdakı məsələni şikayət etmək lazım deyildi, özümüz həll edə bilərdik. Orada da G-dan soruşublar ki, pulun kimdədir? Bu da deyib ki, İslamdadır. G-a orada başa salıblar ki, pulun İslamdadırsa, o pul batmaz. G mənə pulu faizə verirdi. Həmişə yanımda gəzirdi. Ətrafımda dolana-dolana barəmdə məlumatlar yığıb özümə qarşı istifadə edib. 200 min pul verib mənə, onu da qaytarmışam. Amma bunu heç demir. Gedib 288 min dollara görə şikayət edib. Mənim malım da var, mülküm də. Tutulsam da, hamının pulunu ödəyəcəm. Amma bu dələduzun pulunu verməyəcəm".

Zərərçəkən G.S -in ifadəsinin başdan-ayağa səhv olduğunu iddia edib:

"İslam çətinliklərinin və pula ehtiyacı olduğunu demişdi. Ona 185 manat pul verdim. Atası da yanında idi, birlikdə görüşüb ofisindən 200 min götürüb mənə qaytardı. Bir gün də gəldi ki, tender var, məktəb tikintisi ilə bağlıdır. Pullar mənim olsa, boş verərəm. Amma bu adam düz dörd ildir ki, böyük miqdarda alınmış məbləğləri qaytarmır, qalmışam borcluların əlində. Mənə ümumi 308 min dollar ziyan dəyib".

Zərərçəkən K.Ə bildirib ki, ona ümumilikdə Yusifov tərəfindən 275 min manat ziyan dəyib. Zərərçəkən pulunun qaytarılmasını tələb etdiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu deyib.

Növbəti proses 9 dekabr saat 12:00-a təyin olunub.

İttihama görə, İ.Yusifov tanışı İ. Abbasovla birlikdə 6 nəfərin yarım milyon manatdan çox pulunu ələ keçirib. Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2, 178.4 maddələri ilə ittiham irəli sürülüb.

Polisin apardığı istintaq zamanı İslam Yusifovla əlbir olan İham Abbasov da cinayət məsuliyyətinə cəlb olunub, lakin həbs edilməyib. Zərərçəkənlərə dəymiş ziyan ödənilməsə, onlara 14 ilədək həbs cəzası verilə bilər.

Xatırladaq ki, 2010-cu ildə "Texnikabank" ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifov 81 nəfərin banka qoyduğu təxminən 38 milyon manatın mənimsənilməsində təqsirli bilinmişdi. Oğlu İslam da həmin iş üzrə dələduzluqda iştirakçı hesab olunmuş və Zal Yusifov 15 il, İslam Yusifov isə 8 il həbs cəzası almışdı. Milyonlarla manatlıq əmlakları müsadirə edilən ata və oğul illər sonra azadlığa buraxılmışdı.



Xəbərin oxunma sayı : 133




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap