“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Salyanski kazarma”da mənimsəmə: kimlər istintaqa çəkilib?

Tarix 04.11.26, 17:18

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan ordusunun Təlim və Tədris Mərkəzindəki (TTM) mənimsəmə cinayəti ilə bağlı məhkəmə başlayıb.

AzFakt.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində ilk iclas keçirilib.

Bu iş üzrə 7 nəfər - “Salyanski kazarma” kimi tanınan TTM-in sabiq rəisi polkovnik Sarı Xəlilov, onun köməkçisi olmuş gizir Bəxtiyar Bəhrəmzadə, TTM-in maliyyə xidmətinin rəisi olmuş polkovnik-leytenant Rəşad Məlikzadə və müxtəlif vəzifələrdə işləmiş İbadulla Əliyev, Hacıağa Həmidov, Əfqan Yunusov, Ayaz Adamov mühakimə edilir. Onlardan yalnız R.Məlikzadə və İ.Əliyev həbsdədir.

Hazırlıq iclasında işə mahiyyəti üzrə baxılmır. Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.

Azərbaycan Hərbi Prokurorluğunda aparılmış istintaqla iş üzrə dəymiş ziyanın 207 min manat olduğu müəyyən edilib.

Əsas hakim Zeynal Ağayevin qərarı ilə cinayət işi məhkəmə baxışına verilib, 5 nəfərin sərbəst, 2 nəfərin həbsdə qalmasının davamına qərar verilib. 

Yekunda ittiham olunduqları mütəşəkkil dəstə halında mənimsəmə maddəsi ilə təqsirli bilinsələr və ziyan ödənilməsə, hərbçiləri 10 ilə kimi həbs cəzası gözləyir. 

Əsas iclas noyabrın 13-nə təyin edilib.

Qeyd edək ki, eks-TTM rəisi polkovnik Sarı Xəlilovun müdafiə nazirinin sabiq müavini general-leytenant Nizam Osmanovla yaxın dost olduqları bildirilir. Xəlilov elə Osmanov işdən çıxarılan vaxt təqaüdə göndərilmişdi.



Xəbərin oxunma sayı : 163




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap