“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Avropa liderləri Əbu-Dabi danışıqlarına qatılır - Fransadan açıqlama

Tarix 09.11.26, 12:14

Font ölçüsü : - / +
bitmap-img6


Avropa liderləri Əbu-Dabi danışıqlarına qatılır - Fransadan açıqlama
Rusiya, ABŞ və Ukrayna arasında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi planlaşdırılan məxfi və yüksək səviyyəli müzakirələrdə Avropa ölkələri də təmsil olunacaq. Fransa xarici işlər naziri Jan-Noel Barron bəyan edib ki, qoca qitənin aparıcı dövlətləri prosesdən kənarda qalmayacaq.

Fransalı nazir "RTL" radiostansiyasına müsahibəsində bildirib ki, Ukraynadakı müharibənin nizamlanması və gələcək təhlükəsizlik arxitekturası ilə bağlı Əbu-Dabidə baş tutacaq təmaslarda Avropa nümayəndələri də iştirak edəcəklər.

Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov da öz növbəsində noyabrın 10-11-də Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə görüşlərin keçiriləcəyini təsdiqləyib. Qeyd olunub ki, Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.

Son həftələrdə Ağ Evin təşəbbüsü ilə intensivləşən diplomatik təmaslar fonunda bu görüş tərəflər arasında həm humanitar, həm də fundamental siyasi məsələlərin müzakirəsi baxımından dönüş nöqtəsi ola bilər.
Ətraflı

Analitiklər qeyd edirlər ki, ABŞ və Rusiyanın birbaşa təmaslara başlaması Avropa paytaxtlarında ciddi qısqanclıq və narahatlıq doğurmuşdu. Xüsusilə Şərqi Avropa ölkələri və Brüssel qorxurdu ki, Vaşinqton və Moskva Ukraynanın taleyini Avropanın təhlükəsizlik maraqlarını nəzərə almadan, "arxa qapı arxasında" həll edə bilərlər.

Fransa XİN başçısının açıqlaması isə göstərir ki, Paris və digər Avropa paytaxtları bu prosesə birbaşa qoşulmaqla həm mövqelərini qorumağa, həm də gələcək sülh sazişinin şərtlərində söz sahibi olmağa çalışırlar.

Ekspertlərin fikrincə, Əbu-Dabi görüşləri müharibənin gedişatına təsir edən ən mühüm diplomatik sınaqlardan biri olacaq.



Xəbərin oxunma sayı : 91




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap