“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Bakıda Zəfər Günü konserti möhtəşəm atəşfəşanlıqla yekunlaşıb - Fotolar

Tarix 08.11.26, 21:15

Font ölçüsü : - / +
bitmap-img6


8 Noyabr – Zəfər Günü münasibətilə Bakıda, Dənizkənarı Milli Parkda təntənəli bayram konserti keçirilib.

AzFakt.com xəbər verir ki, tədbir Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşıb.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Ordumuzun qazandığı tarixi Zəfərin altıncı ildönümünə həsr olunan bayram konsertində Azərbaycanın tanınmış incəsənət ustaları, müğənnilər və rəqs kollektivləri çıxış ediblər.

Konsert proqramında Azərbaycanın qəhrəmanlıq salnaməsini, Vətən sevgisini, milli ruhu və xalqımızın sarsılmaz iradəsini tərənnüm edən musiqi nömrələri səsləndirilib. İfa olunan vətənpərvərlik mahnıları, rəngarəng səhnə kompozisiyaları və rəqs nömrələri tarixi Qələbənin yaratdığı qürur hissini bir daha yaşadıb.

Bayram konserti möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.
 






Xəbərin oxunma sayı : 88




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap