“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Zaporojye cəbhəsində kəskin ziddiyyət: Rusiya bir söz deyir, Ukrayna başqa

Tarix 09.11.26, 13:45

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Silahlı Qüvvələri Zaporojye vilayətinin Vasilkovoye (Vasilkovo) yaşayış məntəqəsinin tam nəzarətə götürüldüyünü bəyan edib.

Musavat.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatda bildirilir ki, "Şərq" ("Vostok") qoşun qruplaşmasının bölmələri həyata keçirilən hücum əməliyyatları nəticəsində kəndi Ukrayna qüvvələrindən tam təmizləyərək öz nəzarəti altına alıblar.

Lakin Ukraynanın hərbi vəziyyəti izləyən "DeepState" analitik resursu və hərbi mənbələri bu məlumatı dərhal təkzib ediblər. Ukrayna tərəfinin bildirdiyinə görə, sözügedən yaşayış məntəqəsi cəbhə xəttindən təxminən 20 kilometr aralıda, Ukrayna Müdafiə Qüvvələrinin dərin nəzarət zonasında yerləşir və Rusiya ordusunun həmin əraziyə daxil olması faktiki olaraq mümkün deyil.

Hərbi ekspertlər cəbhənin Zaporojye istiqamətində informasiya müharibəsinin kəskinləşdiyini və tərəflər arasında taktiki mövqe döyüşlərinin davam etdiyini vurğulayırlar.



Xəbərin oxunma sayı : 97




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap