“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Bakı Hərbi Məhkəməsində səs-küylü iş - 7 nəfər hakim qarşısında

Tarix 12.11.26, 12:38

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində (TTM) yol verilmiş mənimsəmə cinayəti araşdırılır. Musavat.com xəbər verir ki, keçirilən ilk iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib və iş məhkəmə baxışına verilib. Cinayət işi üzrə ümumilikdə 7 nəfər hakim qarşısına çıxarılıb.

Onların arasında TTM-in sabiq rəisi, polkovnik Sarı Xəlilov, onun köməkçisi olmuş gizir Bəxtiyar Bəhrəmzadə, mərkəzin maliyyə xidmətinin keçmiş rəisi, polkovnik-leytenant Rəşad Məlikzadə, eləcə də müxtəlif vəzifələrdə çalışmış İbadulla Əliyev, Hacıağa Həmidov, Əfqan Yunusov və Ayaz Adamov yer alır.
Təqsirləndirilən şəxslərdən yalnız Rəşad Məlikzadə və İbadulla Əliyev barəsində həbs qətimkan tədbiri seçilib. İstintaqla iş üzrə dövlətə dəymiş ziyanın 207 min manat olduğu müəyyənləşdirilib. Məhkəmə prosesi ilə paralel olaraq, Sarı Xəlilovun TTM-ə rəhbərlik etdiyi dövrdə mərkəzdə baş verən digər qanunsuzluqlarla bağlı ciddi iddialar da gündəmə gəlib.

CROSSMEDIA - Bakı Hərbi Məhkəməsində erməni silahlı dəstələrinin işi üzrə  proses davam edir

Məlumatlara görə, həmin dövrdə bir sıra şəxslərin ehtiyat zabit hazırlığı kursuna qəbul edilməsi, habelə kursu bitirdikdən sonra daha əlverişli hesab olunan hərbi hissələrə təyinat alması müqabilində müəyyən məbləğlərdə pul vəsaiti alınıb. İddialarda bu prosesin birbaşa deyil, müxtəlif vasitəçilər üzərindən və bir neçə nəfəri əhatə edəcək şəkildə təşkil olunduğu bildirilir. Məsələnin ciddiliyi ondan ibarətdir ki, Müdafiə Nazirliyinin 2022-ci ildə təsdiqlədiyi qəbul qaydalarına əsasən, namizədlər tibbi müayinə, fiziki hazırlıq və ümumi bilik səviyyəsinin yoxlanılması kimi mərhələlərdən keçərək leytenant rütbəsi alırlar.

Ordunun gələcək zabit korpusunun formalaşdırıldığı bu strateji sahədə şəffaflığın pozulması və kadr seçiminə kənar müdaxilələrin edilməsi təsdiqini taparsa, bu, adi korrupsiya faktından daha ağır - hərbi kadr siyasətinə zərbə kimi qiymətləndirilə bilər. Sarı Xəlilovun rəhbərlik fəaliyyəti təkcə maliyyə yeyintiləri ilə deyil, həm də kollektiv daxilindəki gərgin münasibətlərlə yadda qalıb. Mənbələrin bildirdiyinə görə, sabiq rəis hərbi təhsil sisteminin qurulmasında illərlə əmək sərf etmiş təcrübəli mütəxəssislərə qarşı kobud və laqeyd münasibət sərgiləyib, onların peşəkar təcrübəsini nəzərə almayıb.

Digər diqqətçəkən məqam isə Sarı Xəlilovun karyera yüksəlişi və vəzifədən uzaqlaşdırılması arxasındakı siyasi-hərbi konyunkturadır. Uzun müddət daha yüksək vəzifələrə təyinat almağa çalışan Sarı Xəlilovun planları müdafiə nazirinin sabiq müavini, general-leytenant Nizam Osmanovun vəzifədən azad edilməsindən sonra alt-üst olub. Mediada yayılan məlumatlara əsasən, Sarı Xəlilovla Nizam Osmanov uşaqlıq dostu və sinif yoldaşı olublar. Sarı Xəlilovun TTM rəisi postunda möhkəmlənməsi və karyera hədəfləri də məhz bu yaxın münasibətlərlə əlaqələndirilirdi.

Təsadüfi deyil ki, Nizam Osmanov vəzifəsindən uzaqlaşdırılan ərəfədə - 2023-cü ilin iyulunda Sarı Xəlilov da TTM rəisi postundan azad edilərək təqaüdə göndərilib.
İndi Bakı Hərbi Məhkəməsində başlayan proses təkcə 207 min manatlıq mənimsəmə faktına deyil, həm də həmin dövrdə hərbi təhsil sistemindəki idarəçilik mexanizmlərinə aydınlıq gətirəcək.

Proses noyabrın 13-də davam etdiriləcək.



Xəbərin oxunma sayı : 58




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap