“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

YAP-ın yaradılmasının ildönümü qeyd olundu - FOTOLAR

Tarix 19.11.26, 14:55

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 34-cü ildönümü münasibətilə Beyləqanda Heydər Əliyev Mərkəzində tədbir keçirilib.

AzFakt.com xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Daha sonra Heydər Əliyev Mərkəzində davam edən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Yeni Azərbaycan Partiyasının yaranma tarixinə və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə məruzə ilə çıxış edən YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov partiyanın yaranma tarixindən, təsis olunmasını zəruri edən ictimai-siyasi şəraitdən, keçdiyi inkişaf yolundan və ölkənin ictimai-siyasi həyatındakı rolundan bəhs edib. O, Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin əhəmiyyətini vurğulayaraq, müəyyənləşdirilmiş siyasi kursun Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü münasibətilə partiya üzvlərini və fəallarını təbrik edib. O, partiyanın müstəqil Azərbaycanın formalaşması və inkişafı, dövlətçilik ənənələrinin qorunması və möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətindən danışıb, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi strategiyanın bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.

Rayon rəhbəri, həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbədən, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən bəhs edib. Bu prosesdə Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısını xüsusi vurğulayıb.

Əziz Əzizov ölkə başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq Beyləqan rayonunda şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına göstərilən diqqət və qayğının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu qeyd edib. O, 8 Noyabr – Zəfər Günü ərəfəsində açılışı edilən 356 şəhidin fotoşəklinin əks olunduğu “Şəhidlər” Abidə Memorial Kompleksinin də şəhidlərimizin əziz xatirəsinə göstərilən ehtiramın təzahürü olduğunu bildirib. Kompleksin yaradılmasının şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və gələcək nəsillərə qəhrəmanlıq nümunələrinin çatdırılması baxımından əhəmiyyətini diqqətə çatdırıb.

Tədbirdə Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov və partiyanın fəal üzvləri də çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, fəaliyyət istiqamətlərindən, ölkənin ictimai-siyasi həyatındakı rolundan və əldə olunan nailiyyətlərdən danışıblar.

Sonda partiya sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim edilib, partiyanın fəaliyyətində xüsusi xidmətləri olan veteran üzvlər fəxri fərmanlarla təltif olunublar.

Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.





Xəbərin oxunma sayı : 130




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap