“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

MDB-nin subay prezidenti - Maya Sandu “Persona”da

Tarix 18.11.26, 9:48

Font ölçüsü : - / +
bitmap-img6


Moldovanın ilk, hazırda bu coğrafiyanın yeganə qadın prezidentinin həyat hekayəsi

“Dəmir ledi” Marqaret Tetçer deyir ki, “siyasətdə nəyinsə deyilməsini istəyirsinizsə, kişiyə müraciət edin, nəyinsə edilməsini istəyirsinizsə, qadına müraciət edin”.

Ümumiyyətlə, qadınların siyasətdə rolu və iştirakı həmişə təlatümlər, təbəddülatlar yaradır. Dünən də belə idi, bu gün də, sabah da elə olacaq. Bugünkü dünya siyasətində isə az sayda qadın lider var və onlar kişi hegemoniyasının “sıxılmış dişləri” arasında tab gətirməyə, özlərini və ölkələrini qorumağa çalışırlar.

Xüsusən də keçmiş SSRİ məkanında siyasi lider olmağı bacarmaq qadınlar üçün çox mürəkkəbdir. Amma postsovet coğrafiyasında hazırda bir qadın rəhbər var - Moldova prezidenti Maya Sandu.

Kəndçi balasının uğur yolu

Hətta onu bu bölgənin Mayası da adlandıra bilərik. Və xanım Sandu elə bir ölkəyə rəhbərlik edir ki, onu “kiçik Ukrayna” kimi təsnif edə bilərik. Çünki müstəqillikdən bəri Ukrayna kimi Moldovada da həmişə Rusiyapərəstlərlə Qərb tərəfdarlarının amansız mübarizəsi gedib, tez-tez hökumətlər dəyişib. Ukrayna ilə digər oxşarlıq isə odur ki, ölkənin bir ayağı Avropada, digər hissəsi (Dnestryanı - E.S.) isə rus işğalçılarının nəzarəti altındadır.

İndi Moldovanın Dnestryanı və Qaqauziya kimi çox ciddi problemləri var. Lakin elə Maya Sandunun hakimiyyəti dövründə ölkə referenduma gedərək Avroatlantik məkana inteqrasiyanı seçib və minimal səs fərqi ilə qərbpərəstlər üstün olublar. Bu, Rusiyanın himayə etdiyi müxalifətin basqısı qarşısında çox ciddi nəticə idi.

Bəs Kremlin bu planlarını pozan, Putinin dostu olan Qaqauziya muxtarlığının rəhbəri Yevgeniya Qutsulu həbs etdirən Maya xanım kimdir? O, necə oldu ki, moldovanların qəlbini fəth edə bildi? “Persona”nın bu sayında Moldovanın ilk, postsovet məkanının isə hazırda yeganə qadın prezidentini tanıyaq...

Maya Sandu: Moldova taxıl tranziti ilə Ukraynaya kömək etmək istəyir -  AZƏRTAC

Maya Sandu 24 may 1972-ci ildə Moldovanın Faleşt rayonunun Risipeni kəndində dünyaya gəlib. Yəni bir kəndçi qızıdır, nüfuzlu, şəcərəli, siyasi bir ailədən çıxmayıb. O, sadə, zəhmətkeş və təhsilə önəm verən ailədə böyüyüb. Atası Qriqori Sandu baytar həkimi işləyib. Ətraf kəndlərdə heyvanları müalicə edirmiş. Maya uşaqlıqda bəzən atası ilə birlikdə onun işinə gedirmiş. Atası ona zəhmətkeşlik və məsuliyyət nümunəsi olub.

Anası Emiliya Sandu uzun illər müəllimə işləyib, ibtidai siniflərdə dərs deyib, musiqi müəllimi kimi də fəaliyyət göstərib. O, qızlarının təhsilinə xüsusi diqqət ayırıb. Mayanın atası vəfat edib, anası təqaüdçüdür. Prezidentin bacısı Veronikanın isə ictimai-siyasi fəaliyyəti yoxdur, cəmiyyət qarşısında tez-tez görünən şəxs deyil.

Maya Sandu 1989-1994-cü illərdə Moldova İqtisadi Araşdırmalar Akademiyasında menecment üzrə təhsil alıb. 1995-1998 aralığında isə Kişineuda Dövlət İdarəçilik Akademiyasında beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi əldə edib. Nəhayət, 2010-cu ildə ABŞ-nin Harvard Universitetinin Con Kennedi Dövlət İdarəçiliyi Məktəbində dövlət siyasəti üzrə magistr təhsilini tamamlayıb. Harvardda aldığı təhsil onun gələcək siyasi fəaliyyətinə də ciddi təsir göstərib. Maraqlı məqam budur ki, o, Harvard təhsilini başa vurduqdan sonra ABŞ-də qalaraq akademik karyera qurmaq əvəzinə, Moldovaya qayıdaraq ölkəsində işləməyi seçib. İlk peşəkar fəaliyyətinə dövlət sektorunda başlayıb. İqtisadiyyat Nazirliyində məsləhətçi və şöbə rəhbərinin müavini vəzifələrində çalışıb. Sonra Kişineudakı Dünya Bankı ofisində iqtisadçı kimi işləyib. Bu dövr ona iqtisadi inkişaf, dövlət maliyyəsi və beynəlxalq əməkdaşlıq sahəsində təcrübə qazandırıb. Harvard təhsilindən sonra Dünya Bankının Vaşinqtondakı ofisində icraçı direktorun müşaviri vəzifəsində çalışıb. Yəni ABŞ-nin diqqət mərkəzində olub. 2012-ci ildə Moldova hökumətində təhsil naziri təyin edilib. Onun təhsil naziri kimi fəaliyyətinin əsas istiqamətlərindən biri imtahanlarda rüşvət və saxtakarlığın qarşısını almaq idi. Harvard Kennedi Məktəbi də onun bu islahatlarını xüsusi qeyd edib.

Maya Sandu: Moldova təhlükəsizlik zəmanətləri olmasa da, Aİ-yə qoşulmağa  hazırdır - AZƏRTAC

Mayanın sevgilisi varmı - suallar çox, amma...

Maya Sandu 2016-cı ilin mayında Fəaliyyət və Həmrəylik Partiyasını (PAS) təsis edir. Elə həmin il prezident seçkilərində iştirak edir, lakin ikinci turda İqor Dodona məğlub olur. Bu məğlubiyyət onun siyasi fəaliyyətini dayandırmır. 2019-cu ildə baş nazir təyin olunur. Lakin onun hökuməti uzun müddət fəaliyyət göstərə bilmir və həmin ilin noyabrında istefaya gedir. 2020-ci ildə yenidən prezident seçkilərində iştirak edir. Bu dəfə ikinci turda İqor Dodona qalib gələrək Moldova tarixində ilk qadın prezident seçilir. 24 dekabr 2020-ci ildə rəsmi olaraq prezident vəzifəsinə başlayır. Onun əsas siyasi mesajlarından biri Moldovanın Avropa İttifaqına üzvlük istiqamətində irəliləməsi idi. 2022-ci ildə Moldova Avropa İttifaqına üzvlük üçün rəsmi müraciət edir və həmin ilin iyununda namizəd ölkə statusu alır.

Sandunun siyasəti ölkə daxilində birmənalı qarşılanmır. Onun tərəfdarları Avropaya inteqrasiya və korrupsiyaya qarşı mübarizə xəttini dəstəkləyirlər. Tənqidçiləri isə iqtisadi çətinliklər, islahatların sürəti və hökumətin qərarları ilə bağlı narazılıqlar bildirirlər. Bir sözlə, uzun illərini təhsilə, beynəlxalq karyeraya və siyasi fəaliyyətə həsr edən Maya Sandu heç vaxt ailə qurmayıb. Sandunun şəxsi həyatı haqqında müsahibələrini araşdıranda maraqlı bir məqam ortaya çıxır: o, şəxsi münasibətlərini gizlətməyə çalışmaqdan daha çox, şəxsi həyatının siyasi mübarizədə silaha çevrilməsinə etiraz edir.

Moldovanın yeni prezidenti Maya Sandu

Bu mövzuda ən maraqlı müsahibələrindən biri 2017-ci ilin dekabrında Pro TV-də yayımlanıb. Sandu ideal kişi obrazını belə təsvir edib: “Yaxşı insan olsun, dəyərləri olsun, ortaq maraqlarımız olsun və karyera quran qadından qorxmasın”.

Ona ideal kişini tapıb-tapmadığı barədə də sual verilib. O isə zarafatla bildirib ki, evli olmadığına görə belə bir insanı hələ tapmayıb. Ən maraqlı məqam isə hazırda münasibətinin olub-olmaması barədə verilən sual olub. Maya Sandu bu suala konkret cavab verməyib və bəzi şəxsi məsələləri televiziya verilişində açıqlamağı sevmədiyini bildirib.

2019-cu ildə isə bloger Dorin Qalbenə verdiyi müsahibədə ona çox şəxsi sual ünvanlanıb: “Peşəkar karyeranı şəxsi həyatdan üstün tutduğuna görə peşmançılıq hiss edirmi?”

Sandu isə belə cavab verib: “Bilmirəm, peşmançılıq varmı...”

O izah edib ki, böyük və mehriban ailəsi var, əmisi, xalası, dayısı, bibisi uşaqları və onların övladları ilə sıx əlaqə saxlayır. Prezidentin fikrincə, ailə yalnız həyat yoldaşı və uşaqlardan ibarət deyil. Geniş ailə və yaxın insanlarla münasibətlər də insana mənəvi dolğunluq verə bilər. Bununla belə, o, bir uşağı övladlığa götürməyi düşündüyünü də bildirib. Yeri gəlmişkən, 2016-cı ildə prezidentliyə namizəd olduğu vaxt rəqibi İqor Dodon onun ailə vəziyyətini siyasi müzakirə mövzusuna çevirmişdi. Sandu bu yanaşmanı alçaldıcı hesab etdiyini bildirmişdi.

İlk məhəbbət və prezident otağına gedən yemək

Ancaq Sandu ilk məhəbbəti haqda danışmaqdan çəkinməyib. 2016-cı ildə “EA.md”yə verdiyi müsahibədə uşaqlıq xatirələri və şəxsi həyatı haqda danışarkən ilk sevgisi barədə də sual verilib.

Sandu bildirib ki, ilk dəfə ibtidai sinifdə, təxminən ikinci və ya üçüncü sinifdə kiməsə aşiq olub. O, bunu yumorla xatırlayıb və həmin hissin olduqca şən bir xatirə olduğunu deyib. Yəni onun ilk məhəbbəti siyasi karyerasından çox əvvəl, uşaqlıq illərinə təsadüf edib. Həmçinin müsahibəsində uşaqlıqda evlərində çoxlu pişik və it saxladıqlarını, atasının onlara heyvanları sevməyi öyrətdiyini danışıb. O, xüsusilə dağları sevdiyini bildirib. Moldova dağlıq ölkə olmadığı üçün Rumıniyaya getdiyini deyib. O, ad günlərini də ailəsi ilə birlikdə keçirməyi sevdiyini deyib. Ailə üzvləri musiqini sevdikləri üçün ad günlərində birlikdə mahnı oxuyurlar. Bu detal onun ailə həyatında musiqinin xüsusi yer tutduğunu göstərir.

Sandu bildirib ki, anası həftədə iki-üç dəfə Prezident Administrasiyasına yemək gətirir. O, sadə yeməkləri, tərəvəzləri və meyvələri sevdiyini söyləyib. Xüsusilə yayda təzə pomidorlardan hazırlanmış salatı xoşladığını qeyd edib. Onu da deyək ki, xanım prezidentin özəl biznesi və ya şirkəti olduğuna dair açıq rəsmi məlumat yoxdur...



Xəbərin oxunma sayı : 94




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap