“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Ali Məhkəmə SOCAR-ın sabiq vitse-prezidentinin oğlu ilə bağlı qərar verdi - YENƏ UDUZDU

Tarix 16.11.26, 13:18

Font ölçüsü : - / +
bitmap-img6


Ali Məhkəmə SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin kassasiya şikayətini təmin etməyib.

Musavat.com xəbər verir ki, hakim Zaur Əliyevin sədrliyi ilə keçirilən iclasda Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Bu qərar illərdir davam edən atalıq və aliment mübahisəsinə son qoyub.

Məhkəmə çəkişməsi Fidan Abbasovanın qızı Nilin atasının Orxan İsmayılzadə olduğu iddiası əsasında başlayıb. İddiaya görə, Orxan İsmayılzadə övladına adını və soyadını verməkdən, eləcə də aliment ödəməkdən boyun qaçırıb. Fidan Abbasova hələ 2017-ci ildə Sabunçu Rayon Məhkəməsinə müraciət etsə də, sonradan aldadılaraq iddiasını geri götürüb. Yalnız 7 il sonra - 2024-cü ildə icraata xitam verilməsi barədə qərardad ləğv edilib və işə yenidən baxılıb.
Məhkəmə materiallarına əsasən, tərəflər 2012-ci ilin mayından 2016-cı ilin sentyabrına qədər faktiki nikah münasibətlərində olublar. Onlar əvvəlcə Bakıda, daha sonra isə Orxan İsmayılzadənin Almaniyanın Münhen şəhərindəki evində birlikdə yaşayıb və müxtəlif ölkələrə səyahət ediblər. Bu faktlar pasportlardakı sərhəd-keçid qeydləri ilə də təsdiqlənib.
2015-ci il mayın 5-də cütlüyün Nil adlı qızı dünyaya gəlib. Lakin Orxan İsmayılzadə valideynlərinin narazılığı və atasının fiziki təzyiqi səbəbindən uşağı rəsmən öz adına yazdırmaqdan imtina edib.

Sabunçu Rayon Məhkəməsi 23 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə Fidan Abbasovanın tələbini təmin edib. Orxan İsmayılzadənin atalığı tanınıb və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 2 min manat aliment tutulması qərara alınıb. Sonradan apellyasiya instansiyası aliment məbləğini 500 manata endirib. Orxan İsmayılzadə qızının saxlanılması üçün alimenti stabil ödəməkdən yayınır. Hətta buna görə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə ölkədən çıxşına məhdudiyyət qoyulub, yalnız bundan sonra o, alimenti ödəyib.

Qeyd edək ki, məhkəmə prosesləri boyu Orxan İsmayılzadə iclaslara gəlməyib və DNT ekspertizasından keçməklə bağlı müxtəlif instansiyaların çıxardığı 5 məhkəmə qərarının (sonuncu dəfə 2026-cı ilin yanvarında Bakı Apellyasiya Məhkəməsinin hakimi İkram Şirinovun qərarı ilə) icrasından yayınıb. Apellyasiya məhkəməsi kimi Ali Məhkəmə də onun şikayətini rədd edərək əvvəlki qərarı dəyişdirməyib.




Xəbərin oxunma sayı : 70




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap