“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Son 10 ildə avtomobillərin sayı 33, yanacağa çəkilən xərc isə 74 faiz artıb – İnfoqrafika

Tarix 16.11.26, 12:14

Font ölçüsü : - / +
bitmap-img6


Ötən il Azərbaycanda benzin və dizellə işləyən nəqliyyat vasitələrinin ümumi sayı 1 milyon 758 min 425-ə çatıb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 2016-cı ildə bu göstərici 1 milyon 319 min 589 olub. Beləliklə, son 10 il ərzində ölkədə benzin və dizellə işləyən nəqliyyat vasitələrinin sayı 33,3 faiz artıb.

2016-cı ildə Azərbaycanda benzinlə işləyən minik avtomobillərinin sayı 1 milyon 23 min 285, dizellə işləyənlərin sayı isə 113 min 698 olub. 2025-ci ildə isə benzinlə işləyən minik avtomobillərinin sayı 1 milyon 350 min 958-ə, dizellə işləyənlərin sayı 160 min 483-ə yüksəlib.

Yük avtomobillərinin sayında da artım müşahidə edilib. Belə ki, benzinlə işləyən yük avtomobillərinin sayı 49 min 618-dən 58 min 520-yə, dizellə işləyənlərin sayı isə 102 min 30-dan 156 min 302-yə çatıb.
Avtobusların sayında da artım qeydə alınıb. 2016-cı ildə benzinlə işləyən avtobusların sayı 8 min 426, dizellə işləyənlərin sayı 22 min 532 olduğu halda, 2025-ci ildə bu rəqəmlər müvafiq olaraq 9 min 320 və 22 min 842 təşkil edib.

Benzin və dizelin qiyməti bahalaşıb

2016-cı ildə benzinin bir litri 70 qəpik, dizelin bir litri isə 60 qəpik olduğu halda, 2025-ci ildə benzinin qiyməti 1 manat 10 qəpiyə, dizelin qiyməti isə 1 manata yüksəlib.

Beləliklə, son 10 ildə benzinin qiyməti 57,1 faiz, dizelin qiyməti isə 66,7 faiz artıb.
Ümumilikdə, bir litr yanacağın orta qiyməti 2016-cı ildə 68 qəpik, 2025-ci ildə isə 1 manat 8 qəpik təşkil edib. Bu, orta qiymətin 58,8 faiz artması deməkdir.


Yanacağa çəkilən xərc 129 faiz artıb
2016-cı ildə Azərbaycanda benzin və dizelin ümumi satış dəyəri 1 milyard 681,5 milyon manat olduğu halda, 2025-ci ildə bu göstərici 3 milyard 856,3 milyon manata çatıb. Nəticədə yanacaq satışı 129,3 faiz artıb.
Apardığımız hesablama göstərir ki, bir avtomobilin illik yanacaq sərfiyyatı 2016-cı ildə 1 874 litr, 2025-ci ildə isə 2 031 litr olub. Bu göstərici 8,4 faiz artıb. Bir avtomobilin gündəlik orta yanacaq sərfiyyatı da 5,13 litrdən 5,56 litrədək yüksəlib.
2016-cı ildə bir avtomobil üçün gündəlik orta yanacaq xərci 3 manat 45 qəpik olduğu halda, 2025-ci ildə bu məbləğ 6 manata çatıb. Başqa sözlə, gündəlik yanacaq xərci 73,9 faiz artıb.
Beləliklə, son 10 ildə Azərbaycanda nəqliyyat vasitələrinin sayı 33,3 faiz, bir litr yanacağın orta qiyməti 58,8 faiz, bir avtomobilin gündəlik yanacaq xərci isə 73,9 faiz yüksəlib.
Açıqlanan məlumatlar göstərir ki, 2025-ci ildə avtomobillərin yanacaq sərfiyyatı 10 il əvvəllə müqayisədə artıb.



Xəbərin oxunma sayı : 88




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap