“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Bakı aeroportunda sursatla saxlanılan Samit Bəşirov kimdir? - FOTO

Tarix 14.11.26, 11:15

Font ölçüsü : - / +
bitmap-img6


Moskva-Bakı aviareysi ilə Azərbaycana gələn və əl yükündə odlu silaha aid patronlar aşkar edilən Samit Bəşirovun məhkəmə prosesi başa çatıb.

AzFakt.com Xitab24.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs barəsində hökm oxunub.

Cinayət Məcəlləsinin 206.3.2 və 228.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinən S.Bəşirov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin ona bir il sınaq müddəti təyin olunmaqla cəzası şərti hesab edilib.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında həmin şəxsin əl yükü stasionar rentgen qurğusundan keçirilərkən monitorda şübhəli görüntülər müşahidə olunub. Daha sonra aparılan yoxlama zamanı əl yükündəki ayaqqabının içərisində gizlədilmiş 11 ədəd patron aşkar edilib.

Ekspertiza nəticəsində patronların zavod üsulu ilə istehsal edilmiş, 9x18 mm kalibrli və atəşə yararlı döyüş sursatları olduğu müəyyənləşdirilib.

Bakı aeroportunda sursatla saxlanılan şəxs dünya çempionu imiş - Foto

Bakı aeroportunda sursatla saxlanılan şəxs dünya çempionu imiş - Foto
Samit Bəşirov məhkəmədə patronların ona məxsus olmadığını bildirib. Onun sözlərinə görə, Moskvada tanımadığı bir şəxs Bakıya göndərilməsi üçün ona bir qutu verib.

Rusiya vətəndaşı olan təqsirləndirilən şəxs, həmçinin Moskvada hava limanında üç gömrük nəzarətindən keçdiyini, lakin heç bir problemin aşkarlanmadığını deyib. O, sonda törətdiyi əməldən peşman olduğunu bildirib.

Qeyd edək ki, S.Bəşirov 2013-cü ildə Pekində keçirilən uşu-sanda üzrə dünya çempionatının qalibi olub.



Xəbərin oxunma sayı : 166




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap