“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Vətəndaşın haqqı ödənilməlidir“ - Nazirdən bələdiyyələrə irad

Tarix 11.11.26, 15:03

Font ölçüsü : - / +
bitmap-img6


Sosial sığorta vəsaitləri vətəndaşların pensiya təminatı ilə bağlı hüquqlarını formalaşdıran vəsaitlərdir və onların dövlət qərarı ilə birtərəfli qaydada silinməsi və ya başqa formada sərəncam verilməsi yolverilməzdir.

AzFakt.com xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Nazir bildirib ki, bələdiyyələrin Dövlət Sosial Müdafiə Fonduna borclarının ödənilməməsi həmin bələdiyyələrdə çalışan işçilərin gələcək pensiya təminatına mənfi təsir göstərə bilər.
Ətraflı

"Ona görə də borcların ləğvi, silinməsi müzakirə mövzusu deyil və ola da bilməz. Bu, vətəndaşın haqqıdır və həmin haqq ödənilməlidir. Borcların yaranma səbəbləri araşdırılmalıdır. Çünki onların yaranması birbaşa qanun pozuntusudur.

Yəni bu borcların yaranmasına səbəb olan qurum birbaşa qanun pozuntusuna yol verib. Sosial sığorta haqqı qanunvericiliyə uyğun olaraq əməkhaqqı ödənilərkən ödənilməlidir. Necə olub ki, əməkhaqları ödənilib, lakin həmin vətəndaşların sosial sığorta haqları ödənilməyib?"

S.Babayev bildirib ki, bu məsələnin birgə müzakirəsini təklif edəcək:

"İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də ortaq təkliflə çıxış edə bilərlər ki, necə edək, növbəti dövrlərdə borcların bağlanması üzərində işləyə bilək".



Xəbərin oxunma sayı : 25




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap