“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Etibar Pirverdiyevin milyonları: 17 illik “AZƏRENERJİ” dövrünün qaranlıq sirləri açılır!

Tarix 13.11.26, 11:36

Font ölçüsü : - / +
bitmap-img6


Etibar Pirverdiyevin milyonları.

Azərbaycanın enerji sektoruna 17 il rəhbərlik etmiş Etibar Pirverdiyevin adı yenidən məhkəmə salonlarında səslənir. Bir vaxtlar milyardlarla manatlıq enerji layihələrinin həyata keçirildiyi “Azərenerji” ASC-nin keçmiş prezidenti 2018-ci ildə vəzifəsini itirsə də, onun dövründə formalaşdığı iddia edilən biznes əlaqələri barədə suallar bu gün də cavabsız qalır.
Poliqon xəbər verir ki, Pirverdiyevlə əlaqələndirilən “Azenco” ASC-nin keçmiş rəhbəri Vüqar Əliyevin məhkəməsində ortaya çıxan məlumatlar illərdir Azərbaycan mediasında səsləndirilən korrupsiya və maraqlar toqquşması iddialarını yenidən gündəmə gətirib.

Ortada son dərəcə ciddi sual var: dövlətin enerji sektoruna ayrılan böyük vəsaitlərdən kimlər, hansı mexanizmlərlə faydalanıb və bu proseslərə kim nəzarət edib?

Aylıq 55 min manat maaş – keçmiş məmur hansı xidmətin əvəzində bu qədər qazanıb?

Noyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Azenco”nun keçmiş rəhbəri Vüqar Əliyevin işi üzrə keçirilən prosesdə sensasion iddia səsləndirilib.

Vəkil Nurlan Məmmədov bildirib ki, Etibar Pirverdiyev şirkətdə məsləhətçi kimi çalışıb və aylıq 55 min manat əməkhaqqı alıb.

Bu, ildə 660 min manat deməkdir!

Məhkəmədə səsləndirilən həmin rəqəm hələ müstəqil sənədlərlə təsdiqlənməyib. Lakin iddia doğrudursa, hansı xidmət müqaviləsi əsasında belə məbləğin ödənildiyi və məsləhətçinin konkret hansı işləri gördüyü açıqlanmalıdır.

Eyni prosesdə Vüqar Əliyev bildirib ki, şirkətdə əsas qərarların arxasında Etibar Pirverdiyev dayanıb. Onun sözlərinə görə, “Azenco”da Pirverdiyevi “şef” adlandırıblar və xarici tərəfdaşlarla müzakirələrdə əsas şəxs o olub.

Bu iddialar məhkəmədə səslənib, lakin Pirverdiyevin şirkət üzərində faktiki mülkiyyət və nəzarət hüququnun həcmi hələ hüquqi baxımdan müəyyənləşdirilməyib.

3,7 milyonluq mənimsəmə işi: “Azenco”nun arxasında kim dayanır?
Hazırda “Azenco”nun keçmiş Müşahidə Şurası sədri Vüqar Əliyev xüsusilə külli miqdarda mənimsəmə ittihamı ilə mühakimə olunur.

Söhbət təxminən 3,7 milyon manatdan gedir. Təqsirləndirilən şəxs ittihamı qəbul etmir.

Əliyev məhkəmədə və istintaq dövründə Etibar Pirverdiyevin şahid kimi dindirilməsini tələb edib. O, şirkətin faktiki olaraq Pirverdiyevə məxsus olduğunu, özünün isə onun göstərişlərini yerinə yetirdiyini iddia edir.

Məhkəmə əvvəlcə qapalı keçirilsə də, sonradan iclasların açıq aparılmasına qərar verilib.

İndi diqqətlər noyabrın 16-na təyin edilmiş növbəti prosesə yönəlib.

Əgər “Azenco”nun əsas qərarlarını başqa şəxs verirdisə, milyonlarla manatlıq əməliyyatlara görə məsuliyyət yalnız rəsmi rəhbərin üzərində qala bilərmi?

Bu sualın cavabını məhkəmə sübutları müəyyənləşdirməlidir. Etibar Pirverdiyevin həmin cinayət işi üzrə təqsirləndirilən şəxs olması barədə təsdiqlənmiş məlumat yoxdur.

Deputat hələ 2012-ci ildə korrupsiya ittihamı irəli sürmüşdü
Etibar Pirverdiyevin adı korrupsiya iddialarında ilk dəfə çəkilmir.
Hələ 2012-ci ildə Milli Məclisin deputatı Çingiz Qənizadə “Azərenerji”nin fəaliyyətini kəskin tənqid etmiş, qurumla “Azenco” arasındakı müqavilələrdə korrupsiya və dövlət vəsaitlərinin mənimsənilməsi iddialarını səsləndirmişdi.

Deputat su elektrik stansiyası layihələrindən birinin icra müddətinin 20 aydan əlavə 15 ay uzadıldığını, bunun üçün büdcədən əlavə vəsait ayrıldığını bildirmişdi.

Qənizadə Hesablama Palatasının araşdırma materiallarının Baş Prokurorluğa göndərilməsini tələb etmişdi.

Bu, sadəcə anonim sosial media paylaşımı deyildi. İddialar parlament səviyyəsində səsləndirilmişdi.

Lakin həmin bəyanatlar özlüyündə korrupsiyanın məhkəmə tərəfindən sübuta yetirildiyi anlamına gəlmir. (unikal.az)

2,4 milyonluq mülk qalmaqalı – ailə üzvlərinin adı da çəkilib

2014-cü ildə “Reytinq” qəzetinin araşdırmasına istinadla “Qafqazinfo” Etibar Pirverdiyevin ailəsi ilə bağlı diqqətçəkən məlumatlar yayıb.

İddialara görə, Bakının Nərimanov rayonunda dördmərtəbəli mülkün alınması üçün 2,4 milyon manatlıq razılaşma olub. Alıcı kimi Pirverdiyevin həyat yoldaşı Pərvanə Pirverdiyevanın adı göstərilib.

Mülkün əvvəlki sahibi Elbrus Məmmədovun nümayəndəsi alqı-satqı sənədində əmlakın qiymətinin 800 min manat göstərildiyini, faktiki razılaşdırılmış məbləğin isə daha yüksək olduğunu iddia edib.

Məqalədə Pirverdiyevin qohumlarının “Azərenerji” ilə kommersiya əlaqələrinə malik olması, mal-materialların baha qiymətə satılması və tenderlərin müəyyən şirkətlərə yönləndirilməsi barədə də iddialar yer alıb.

Bu məlumatlar ciddi araşdırma mövzusudur. Lakin onların hamısının məhkəmə qərarı və ya rəsmi audit sənədləri ilə təsdiqləndiyi müəyyən edilməyib.

Bayraq Meydanı qalmaqalında da adı çəkilmişdi

2015-ci ildə Dövlət Bayrağı Meydanı ətrafındakı cinayət araşdırmalarında da Pirverdiyevin adı gündəmə gəlmişdi.

“Qafqazinfo”nun 2018-ci ildə dərc etdiyi materiala görə, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədov istintaqa verdiyi ifadədə Pirverdiyevə qarşı ittihamlar səsləndirmişdi.

Həmin nəşr Pirverdiyevin məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarında ifadə verdiyini də yazmışdı.

Diqqətçəkən məqam odur ki, “Azenco” Dövlət Bayrağı Meydanı və “Baku Crystal Hall” kimi böyük layihələrin podrat işlərində iştirak etmişdi.

Bununla belə, adıçəkilən layihələrdə Pirverdiyevin korrupsiya cinayəti törətməsi barədə qanuni qüvvəyə minmiş hökm müəyyən edilməyib.

2018-ci il: ölkə qaranlığa qərq oldu, Pirverdiyev vəzifədən çıxarıldı
Etibar Pirverdiyevin karyerasındakı ən ağır hadisələrdən biri 2018-ci ilin iyulunda Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən qəza idi.

Qəza nəticəsində ölkənin enerji sistemində genişmiqyaslı fasilələr yarandı. Bakı da daxil olmaqla, çoxsaylı yaşayış məntəqələri elektrik enerjisiz qaldı.

Hadisəni araşdıran Dövlət Komissiyası “Azərenerji”nin texniki çatışmazlıqlarını, qəzaya hazırlıq və reaksiya problemlərini müəyyənləşdirdi.

Prezident İlham Əliyev müşavirədə enerji sisteminin idarə edilməsini sərt tənqid etdi. Sentyabrın 4-də isə Etibar Pirverdiyev vəzifəsindən azad olundu.

Bu, artıq sadəcə mətbuat iddiası deyil, dövlət komissiyasının rəyi ilə müəyyən edilmiş idarəçilik nöqsanları və onların ardınca verilmiş rəsmi qərar idi.

Vəzifədən gedib, amma böyük biznesin ətrafındakı suallar bitməyib

2025-ci ilin dekabrında “Qafqazinfo” yeni məlumat yaydı: Etibar Pirverdiyevlə əlaqələndirilən “Azenco”nun iştirak etdiyi konsorsium Rumıniyada 106 milyon avroluq su elektrik stansiyası layihəsi üzrə tenderə namizədlər sırasında idi.

Bu məlumat özlüyündə qanun pozuntusu deyil. Lakin keçmiş dövlət məmurunun adı ilə əlaqələndirilən şirkətin beynəlxalq miqyaslı layihələrdə iştirakı onun bizneslə faktiki əlaqələrinin və bu əlaqələrin hüquqi əsaslarının şəffaflaşdırılması məsələsini aktuallaşdırır. Qafqazinfo

15 min manatlıq gül, 44 900 manatlıq içki – məhkəmədə daha nələr açılıb?
Noyabrın 2-də keçirilən məhkəmədə “Azenco”nun hazırkı rəhbəri Pərviz Hacıyev şirkətin xərcləri barədə də diqqətçəkən ifadə verib.

Onun sözlərinə görə, hesabatlarda bir gündə 15 min manatlıq gül, həmçinin 44 900 manatlıq içki alınması kimi xərclər aşkar edilib.

Şahid bu xərclərlə bağlı məsuliyyəti keçmiş rəhbər Vüqar Əliyevin üzərinə qoyub. Müdafiə tərəfi isə maliyyə qərarlarının kim tərəfindən verildiyini mübahisələndirərək Pirverdiyevin rolunun araşdırılmasını tələb edib.

Bu xərclərin qanuniliyi və onlara görə kimin məsuliyyət daşıdığı məhkəmədə müəyyən edilməlidir. Əə

Əsas sual: Etibar Pirverdiyevin fəaliyyətinin tam maliyyə auditi aparılıbmı?

İllər ərzində Azərbaycan mediasında Pirverdiyevin adı müxtəlif korrupsiya, tender, əmlak və biznes əlaqələri iddialarında çəkilib.

İndi həmin iddiaların bir qismi “Azenco” işi ilə yenidən aktuallaşıb.



Xəbərin oxunma sayı : 52




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap