“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Hər 100 manatın 65 manatı... - Yeni rəqəm açıqlandı

Tarix 16.11.26, 17:19

Font ölçüsü : - / +
bitmap-img6


Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov cari ilin ilk 10 ayında dövlət büdcəsinə daxilolmaların 65 faizinin məhz qeyri-neft-qaz sektorunun payına düşdüyünü bildirib.

Nazir qlobal ticarətdə parçalanma meyillərinin güclənməsi, təchizat zəncirlərinin yenidən formalaşması, eləcə də enerji və nəqliyyat bazarlarında baş verən dəyişikliklərin bütün ölkələr qarşısında yeni artım mənbələri yaratmağı zəruri etdiyini diqqətə çatdırıb. M.Cabbarov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın müdafiə qabiliyyətinin əhəmiyyətli dərəcədə gücləndirildiyini, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin uğurla aparıldığını, həmçinin əhalinin sosial rifahına xidmət edən mühüm sosial paketlərin reallaşdırıldığını vurğulayıb. O, bütün bu strateji vəzifələrin ölkənin daxili resursları hesabına, xarici borclanmaya əlavə müraciət edilmədən icra olunduğunu qeyd edib.

2026-cı il noyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatlarının 89 milyard ABŞ dollarına yaxınlaşdığını qeyd edən nazir bu göstəricinin 2018-ci illə müqayisədə təxminən iki dəfə artdığını və mövcud xarici dövlət borcunu təqribən 20 dəfə üstələdiyini bildirib.

M.Cabbarov milli iqtisadiyyatın neft-qaz sektorundan asılılığının ardıcıl və sistemli şəkildə azaldığını diqqətə çatdıraraq cari ilin ilk 10 ayında ÜDM-in artımının bütövlükdə məhz qeyri-neft-qaz sektoru hesabına təmin olunduğunu bildirib.

Onun sözlərinə görə, qeyri-neft-qaz sektorunun ÜDM-in nominal həcmində payı 2025-ci ildə 71,5 faizə çatıb. Dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz daxilolmalarının xüsusi çəkisi isə 2021-ci ildəki 49 faizdən cari ilin ilk 10 ayında 65 faizə yüksəlib. Əlavə edilib ki, qeyri-neft gəlirləri 2021-ci ildə 17,9 milyard manat təşkil etdiyi halda, 2026-cı ilin təsdiq edilmiş büdcəsində bu rəqəm 22,2 milyard manatı ötüb və həmin daxilolmaların 63 faizdən çoxu məhz bu sektordan yığılan vergilər hesabına formalaşıb.

Nazir Azərbaycan şirkətlərinin beynəlxalq bazarlara çıxışının və xaricdə qiymətli aktivlər əldə etməsinin ölkənin gəlir mənbələrinin şaxələndirilməsinə mühüm töhfə verdiyini qeyd edib. Eyni zamanda, dövlət şirkətlərinin idarə edilməsində keyfiyyət dəyişikliklərinin baş verdiyini vurğulayan M.Cabbarov 2022-ci ildən etibarən dövlət müəssisələrində holdinq idarəetmə modelinə keçid və qabaqcıl korporativ idarəetmə standartlarının tətbiqi istiqamətində ardıcıl islahatların aparıldığını diqqətə çatdırıb.



Xəbərin oxunma sayı : 85




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap