“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Bu torpaqlar amnistiyaya düşə bilər - Siyahıda hansı ərazilər var?

Tarix 19.11.26, 15:30

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda uzun illərdir vətəndaşların istifadəsində olan, lakin müxtəlif səbəblərdən rəsmiləşdirilməyən torpaq sahələri və fərdi yaşayış evləri ilə bağlı amnistiya məsələsi yenidən gündəmə gəlib. Xüsusilə sənədsiz torpaqlarda tikilən evlərin, bələdiyyə sənədləri əsasında əldə edilən ərazilərin və hüquqi çatışmazlıqlar səbəbindən çıxarış verilməyən daşınmaz əmlakların taleyi vətəndaşları maraqlandırır.

Bəs mümkün amnistiya hansı torpaq sahələrini əhatə edə bilər? Sənədsiz evlərin və torpaqların kütləvi şəkildə rəsmiləşdirilməsi gözlənilirmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Ramil Süleymanov bildirib ki, torpaq sahələri, daşınmaz əmlaklar və fərdi yaşayış evləri ilə bağlı genişmiqyaslı amnistiya mexanizminin tətbiqi məsələsi müzakirə olunur.

Hüquqşünasın sözlərinə görə, belə bir mexanizm qəbul edilərsə, ilk növbədə uzun illərdir vətəndaşların faktiki istifadəsində olan torpaq sahələrinin rəsmiləşdirilməsi nəzərdən keçirilər:

“Hesab edirəm ki, amnistiya ilk növbədə uzun müddətdir vətəndaşların istifadəsində olan və üzərində fərdi yaşayış evləri tikilmiş torpaq sahələrini əhatə edə bilər. Eyni zamanda bələdiyyələrdən müəyyən sənədlər əsasında əldə edilmiş, lakin müxtəlif səbəblərdən dövlət qeydiyyatına alınmamış torpaqlara da amnistiyanın tətbiqi mümkündür”.

Ramil Süleymanov qeyd edib ki, mümkün amnistiya yalnız sənədsiz torpaqlarla məhdudlaşmaya bilər. Torpaqların təyinatı ilə bağlı yaranmış problemlərin həlli də bu mexanizm çərçivəsində nəzərdən keçirilər:

“Torpaq sahələrinin təyinatının dəyişdirilməsi ilə bağlı məsələlər də amnistiya çərçivəsində həllini tapa bilər. Bundan başqa, sənədləşmə prosesində müəyyən inzibati və hüquqi çatışmazlıqlar səbəbindən dövlət qeydiyyatından imtina edilmiş torpaq sahələrinin də bu mexanizmdən yararlanması mümkündür”.

Hüquqşünas vurğulayıb ki, sadalananlar hələlik ehtimallardır və amnistiyanın konkret olaraq hansı torpaq sahələrinə şamil ediləcəyi barədə qəti fikir söyləmək mümkün deyil.

“Hazırda səsləndirdiyimiz fikirlər ehtimal xarakteri daşıyır. Amnistiyanın əhatə dairəsi yalnız müvafiq qanunvericilik aktı qəbul edildikdən sonra dəqiq məlum olacaq. Əgər məsələ qanun layihəsi şəklində tənzimlənərsə, onun Milli Məclisdə qəbul olunması, Prezident tərəfindən imzalanması və rəsmi dərc edilməsi mühüm mərhələlərdir. Yalnız bundan sonra hansı torpaq sahələrinin və daşınmaz əmlakların amnistiyadan yararlana biləcəyi barədə konkret danışmaq mümkün olacaq”, – deyə hüquqşünas bildirib.

Beləliklə, mümkün amnistiya uzun müddət istifadə olunan, üzərində yaşayış evi tikilmiş, bələdiyyə sənədləri olan və rəsmiləşdirilməsində hüquqi maneələr yaranmış torpaq sahələrini əhatə edə bilər. Lakin bu, həmin ərazilərin avtomatik olaraq qanuniləşdiriləcəyi anlamına gəlmir. Yekun şərtlər və istisnalar yalnız qəbul ediləcək rəsmi sənədlə müəyyənləşdirilə bilər.



Xəbərin oxunma sayı : 109




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap