“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Xəzərsahili qanunsuz obyektlər söküləcək? - AÇIQLAMA

Tarix 19.11.26, 13:34

Font ölçüsü : - / +
bitmap-img6


“Hazırkı qanunvericiliyə görə, qanunsuz tikili varsa, o təbii ki, sökülür. Amma söhbət bu ərazidən gedirsə və bu ərazidə tikilinin statusu, hüquqi statusu nədirsə, ona uyğun yanaşma olmalıdır”.

AzFakt.com xəbər verir ki, bunu Xəzər dənizinin sahilboyu ərazilərinin idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı mətbuat konfransında Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdiri İlqar Həbiyev bildirib.

“Birincisi, biz gözləməliyik ki, müvafiq normativ hüquqi aktlar təsdiq olunsun. Həmin ərazilər bu günə qədər vahid ərazi deyildi. Ayrı-ayrı ərazilər idi, amma Xəzər sahilboyu deyilən bir ərazi statusu yox idi. Bizim bu ərazi ilə bağlı əsaslanmamız təsdiq olunacaq, qanunvericiliyə müvafiq dəyişikliklər olunacaq. Orada hansı rejim olmalıdır, o müəyyən olunacaq. Tikililər özəlləşdirilə bilər, bilməz, xüsusi mülkiyyət ola bilər, ola bilməz. Təbii ki, dövlət o sahəni dövlət mülkiyyəti kimi görür, indi buna gedişatda da baxacağıq. Amma buna qədər qanuniləşmiş müəyyən obyektlər var, qanuniləşmiş mülkiyyət formaları var. Onlara qanunvericilik, Azərbaycan hüquqi dövləti qanunvericiliyi hansı formatda yanaşırsa, biz də o formatda yanaşacağıq. Amma deyildiyi kimi, tamamilə yararsız, əndazəsiz və heç bir ictimai əhəmiyyət kəsb eləməyən, əhaliyə xidmət göstərməyə layiq olmayan tikililər təbii ki, tənzimlənməlidir. Burada indi biz bunu birmənalı deyə bilmərik ki, o söküləcək, ya yox”, - şöbə müdiri əlavə edib.



Xəbərin oxunma sayı : 46




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap