“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Qapıları bağlı, divarları tozlu: Respublika Perinatal Mərkəzinin aqibəti necə olacaq? - VİDEO

Tarix 19.11.26, 9:15

Font ölçüsü : - / +
bitmap-img6


Respublika Perinatal Mərkəzinin binasının qapıları iki ildir ki, bağlıdır, pəncərələrini toz basıb.

Xezerxeber.az-ın məlumatına görə, minlərlə ailə məhz bu Mərkəzdə sağlam övladına qovuşub.

Mərkəz illər ərzində yüksək ixtisaslı ginekoloqlar, neonatoloqlar, reanimatoloqlar və təcrübəli tibb bacılarından ibarət güclü peşəkar komanda formalaşdırıb. Bu sahədə uzun illər aparıcı rol oynamış Respublika Perinatal Mərkəzinin iki ildən artıq bir müddətdə fəaliyyət göstərməməsi isə ciddi suallar doğurur.

Maraqlıdır ki, bu il təmir olunması gözlənilən tibb  müəssisəsində hələ daş üstünə daş qoyulmayıb.

Binanın hər iki giriş qapısına yaxınlaşırıq. İçəridə heç bir iş görülmədiyini elə qapının aynasından kameramızın obyektivi ilə görüntüləyirik. Səssiz dəhlizlər, toz basmış oturacaqlar. Ətrafda çalışanlardan öyrənirik ki, xəstəxananın yalnız birinci mərtəbəsində şöbələrdən birinin fəaliyyəti bərpa olub. Yaxınlaşıb az da olsa məlumat almağa çalışırıq. Kamera qarşısında görünmək istəmədiyini deyən əməkdaşdan öyrənirik ki, Perinatal Mərkəzinin inzibati şöbəsi binanın birinci mərtəbəsində fəaliyyətini  bərpa edib.

Respublika Perinatal Mərkəzinin taleyi barədə məlumat üçün Səhiyyə Nazirliyi və TƏBİB-ə sorğu ünvanladıq. Hər iki qurumdan bildirldi ki, mərkəzin taleyi  heç onların özünə də məlum deyil.



Xəbərin oxunma sayı : 100




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap