“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Torpaqlarımızı Rusiyaya vermək istəsəydik, bunu 2022-ci ildə edərdik - Zelenski

Tarix 20.11.26, 9:56

Font ölçüsü : - / +
bitmap-img6


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə sülh danışıqlarında mümkün ərazi güzəştlərinə münasibət bildirib.

UNIAN-ın məlumatına görə, Zelenski bu barədə Berlində keçirilən "İstəklilər koalisiyası”nın iclasından sonra jurnalistlərə açıqlamasında danışıb.

"Əgər torpaqlarımızı təcavüzkara vermək istəsəydik, bunu hələ 2022-ci ildə edə bilərdik. Lakin biz sübut etdik ki, ölkəmiz öz evlərini, torpaqlarını, ailələrini və ən əsası, müstəqilliyini və azadlığını müdafiə etməyə qətiyyətlə hazırdır”, – deyə Zelenski bildirib.

Ukrayna lideri müharibə illərində ölkəsinin bu mövqeyini dəfələrlə nümayiş etdirdiyini vurğulayıb.

"Bəli, çətin olacaq, çox çətin. Ola bilsin ki, bu, ən ağır qışımız olsun. Lakin biz prinsiplərimizə sadiq qalırıq”, – o əlavə edib.

Zelenskinin sözlərinə görə, ərazi məsələsinə sülh razılaşmasının sadəcə texniki hissəsi kimi yanaşmaq olmaz.

O bildirib ki, ukraynalılar üçün bu məsələ suverenlik, təhlükəsizlik və dövlətin gələcəyi ilə bağlıdır. Buna görə də istənilən kompromis Ukrayna xalqının mövqeyini nəzərə almalıdır.



Xəbərin oxunma sayı : 61




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap