“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Azərbaycanda dövlət fondları hesabına verilən kreditlərin biznes kreditlərində payı azalıb - Zakir Nuriyev

Tarix 24.11.26, 12:40

Font ölçüsü : - / +
bitmap-img6


2025-ci ilin sonundan 2026-cı ilin sentyabr ayınadək dövlət fondlarının vəsaitləri hesabına maliyyələşdirilən kreditlərin bankların biznes kreditləri portfelində payı 12,5%-dən 6,9%-ə düşüb.

AzFakt.com xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev X Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, son 12 ayda bankların biznes kreditləri portfeli 18,6%, dövlət fondlarının vəsaitləri hesabına maliyyələşdirilən biznes kreditləri isə 14,7% artıb.

Beləliklə, dövlət fondları hesabına verilən biznes kreditlərinin artım tempi ümumi biznes kreditlərinin artım tempindən 3,9 faiz bəndi aşağı olub.

Zakir Nuriyev bunu bank sektorunda əmanətçilərin sayının və əhalidən cəlb edilən depozitlərin həcminin artması ilə əlaqələndirib.

ABA rəhbəri onu da əlavə edib ki, bank sektorunda süni intellektin tətbiqi zamanı müştərilərin maliyyə vəziyyətinə təsir edən qərarların əsaslandırılması və insan nəzarətinin qorunması təmin edilməlidir.

Onun sözlərinə görə, süni intellekt risklərin qiymətləndirilməsi, dələduzluğun aşkarlanması və müştəri xidmətlərinin təkmilləşdirilməsi sahələrində geniş tətbiq imkanlarına malikdir. Bu imkanların reallaşdırılması etibarlı məlumatlar, ixtisaslı kadrlar və düzgün idarəetmə tələb edir.

Zakir Nuriyev qeyd edib ki, rəqəmsallaşma ilə yanaşı, kibertəhlükələrə və dələduzluğa qarşı birgə mübarizə də gücləndirilməlidir. Təhdidlər barədə operativ məlumat mübadiləsi, şübhəli əməliyyatlara vaxtında reaksiya verilməsi və xidmətlərin fasiləsizliyi sektorun dayanıqlılığının əsas şərtlərindəndir.



Xəbərin oxunma sayı : 67




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap