“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Şokolad qutularında 50 min dollar, alt paltarında xərçəng dərmanları gətirdi - Cəzası qüvvədə qaldı

Tarix 23.11.26, 14:58

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyədən Bakıya qayıdan kişi 50 min ABŞ dollarını şokolad qutularında, 4 flakon bahalı dərmanı isə alt paltarında gizlədərək gömrük nəzarətindən keçirməyə çalışıb.

Qaynarinfo-nun məlumatına görə, 1968-ci il təvəllüdlü Şərur sakini R.Y. bu əməlinə görə Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirli bilinib.

İş materiallarına görə, o, şəxsiyyəti istintaqla müəyyən edilməyən şəxslə razılaşaraq Türkiyədən Azərbaycana 50 min dollar və ümumi dəyəri 4 350 manat olan “Opdivo nivolumab” dərmanları gətirib. Dərmanların üç flakonu 100 mq/10 ml, biri isə 40 mq/4 ml göstəricili olub.

R.Y. 50 min dolları 500 ədəd 100 dollarlıq əskinas şəklində beş bərabər hissəyə bölüb. Daha sonra beş şokolad qutusundakı şirniyyatları çıxararaq pulları həmin qutularda gizlədib. Dərmanları isə salfetə büküb, yapışqanlı lentlə sarıyıb və alt paltarının ön və arxa hissələrində yerləşdirib.

O, İstanbul-Bakı aviareysi ilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gəldikdən sonra gömrük nəzarətinin “Yaşıl kanal”ından keçərək çıxışa yönəlib. Lakin risk analizi nəticəsində saxlanılıb və yoxlama zamanı gizlətdiyi pul və dərmanlar aşkarlanıb.

Məhkəmədə R.Y. 50 min dolların özünə məxsus olduğunu, Türkiyədə borclu olduğu şəxsdən aldığını bildirib. Dərmanları isə Bakıda tanımadığı birinə çatdırmalı olduğunu deyib. O, dərmanların ölkəyə gətirilməsinin qanunsuz olduğunu bildiyini və gömrük əməkdaşlarının onları əlindən alacağından qorxduğu üçün gizlətdiyini etiraf edib.

Bakı şəhəri Xəzər Rayon Məhkəməsi onu Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirli bilərək cinayətin predmetinin dəyərinin 50 faizi miqdarında – 44 min 675 manat cərimələyib.

Hökmdən narazı qalan müdafiə tərəfi bəraət tələb etsə də, Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Dövlət ittihamçısının protesti isə təmin olunub.

Apellyasiya məhkəməsi 50 min dolların R.Y.-yə məxsus olmadığını və pulun mənşəyi ilə bağlı ayrıca cinayət işinin ayrıldığını nəzərə alaraq, onun həmin vəsaiti geri almasının düzgün olmadığı qənaətinə gəlib. Nəticədə pulun gömrük rəsmiləşdirilməsindən sonra qanuni sahibinə qaytarılması, taleyinin isə ayrılmış cinayət işi üzrə toplanacaq sübutlara uyğun həll edilməsi qərara alınıb.

Beləliklə, 44 min 675 manat cərimə cəzası qüvvədə saxlanılıb, yalnız 50 min dolların taleyi ilə bağlı hissə dəyişdirilib.



Xəbərin oxunma sayı : 67




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap