“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Deputatdan nazirliklərə xəbərdarlıq: “Parlamentdə adlarını çəkəcəyəm“

Tarix 21.11.26, 18:39

Font ölçüsü : - / +
bitmap-img6


"Mən parlamentdə Elm və Təhsil Nazirliyi haqqında danışmışdım. Təhsil nazirinə təkliflər vermişdim ki, İmişli rayon 1 saylı tam orta məktəbinə modul otaqlar göndərilsin. Çünki orada dəhşətli dərəcədə sıxlıq var. Üzərindən bir il keçsə də göndərilməyib. Həmçinin həmin məktəbin akt zalı sınıq stul, stol, şkafla doldurulub, zibilləri yığıblar ora. Direktorun da əlindən heç nə gəlmir.

Nəhayət, mən o akt zalını təmizlətdirdim. Amma yenə də orada müəyyən şeylər qalır. Heyrətimə səbəb olan da odur ki, məktəbin akt zalı işləmirsə, hansı vətənpərvərlik tərbiyəsindən söhbət gedə bilər? Üstəlik, məktəbin səhnəsi də yer olmaması üzündən bufetə verilib".

AzFakt.com xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında deputat Səyyad Aran deyib.

O bildirib ki, həmin məktəb 1964-cü ildə istifadəyə verilib:

"Yəni 62 ildir. Səsləndirdiyim problem isə tam olaraq həllini tapmayıb. Elm və Təhsil Nazirliyi ilə bağlı qeydlərim, iradlarım hələ də həyata keçmir. Parlament nə üçündür? Gördüklərimizi, bildiklərimizi, xalqın bizə söylədiyi nöqsanları, iradları, məsləhətləri orada danışmaq üçün. Milli Məclisdə də danışırıq, necə deyərlər, mesaj ötürürük ki, belə məsələlər var. Bir il ərzində bu problemi həll edə bilmirsənsə, mənim sənə sözüm yoxdur".

Deputat əlavə edib ki, bu dəfə əsas giley-güzarı Elm və Təhsil Nazirliyindən olub, növbəti dəfə imkan olsa, başqa nazirliklər haqqında da sözünü deyəcək:

"Həmin qurumlarla bağlı qeydlər aparmışam. Parlamentdə növbəti iclaslarda adlarını çəkəcəyəm".



Xəbərin oxunma sayı : 7




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap