“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Hövsan Sağlamlıq Mərkəzində rentgen aparatı yoxdur - Xəstələr başqa tibb müəssisəsinə göndərilir

Tarix 25.11.26, 9:00

Font ölçüsü : - / +
bitmap-img6


Hövsan qəsəbəsində, MİDA yaşayış kompleksinin ərazisində yerləşən Hövsan Sağlamlıq Mərkəzində rentgen aparatı mövcud deyil.

Bizim.Media-ya bununla bağlı müraciət edən şikayətçilərin sözlərinə görə vətəndaşlar rentgen müayinəsindən keçmək üçün Hövsan qəsəbəsində yerləşən 23 nömrəli poliklinikaya üz tuturlar.

Lakin həmin tibb müəssisəsində də cəmi bir rentgen aparatının olması xəstələrin sayının çoxluğu fonunda uzun növbələrin yaranmasına səbəb olur. Nəticədə icbari tibbi sığorta çərçivəsində müayinəyə gələn bir çox xəstə saatlarla gözləməli olur.

Bəzən isə növbənin uzunluğu səbəbindən onların həmin gün rentgen müayinəsindən keçməsi mümkün olmur. Bu halda sakinlər növbəti gün yenidən qeydiyyatdan keçərək müayinəyə yazılmalı olurlar.

Beləliklə, sadə bir tibbi müayinədən keçmək istəyən vətəndaşlar əlavə vaxt və enerji itirməli, eyni zamanda bir neçə dəfə tibb müəssisəsinə müraciət etməli olurlar.

Sakinlər üçün bu vəziyyət xüsusilə səhhətində problem olan və təxirəsalınmaz müayinəyə ehtiyac duyan şəxslərin işini daha da çətinləşdirir:

“Tibb mərkəzində niyə rentgen aparatı olmasın ki? Bunun üçün niyə başqa tibb müəssisəsinə getməliyik? Ərazidə tibb mərkəzi fəaliyyət göstərirsə, rentgen müayinəsi də elə orada mümkün olmalıdır. Ən adi müayinə üçün başqa poliklinikaya gedib, saatlarla növbə gözləməliyik? Bizə deyirlər ki, Hövsan Sağlamlıq Mərkəzi rentgen aparatına görə cərimələnib. Ona görə də orada bu aparat işləmir. Bu problem niyə həll olunmur?”, - deyə narazı vətəndaşlar gileyləniblər.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq. Qurumdan məsələnin araşdırılacağı bildirildi.



Xəbərin oxunma sayı : 133




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap