“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Avropa Parlamentində Fransaya sərt ittiham: “Uşaqlar şikəst edilir”

Tarix 06.10.26, 16:15

Font ölçüsü : - / +
bitmap-img6


Avropa Parlamentinin fransalı deputatı Emma Fourreau Fransada günlərdir davam edən lisey şagirdlərinin etirazları ilə bağlı parlamentdə sərt çıxış edib.

AzFakt.com xarici mediaya istinadən xəbər verir ki, Fourreau Strasburqda keçirilən AP Baş Assambleyasının iclasında Fransa hakimiyyətini etirazlar zamanı yetkinlik yaşına çatmayanlara qarşı polis zorakılığında ittiham edib.

"Fransa uşaqlarını şikəst edir”, - deyə deputat bildirib.

Fourreau etirazlar zamanı Tours şəhərində bir şagirdin gözünü itirdiyini, Saint-Ouen l`Aumone şəhərində bir şagirdin çənəsinin sındığını, Lensdə isə bir uşağın əlini itirdiyini söyləyib. O, Belfortda polisin bir şagirdi suda boğmağa cəhd göstərdiyi iddiasını da səsləndirib.

Deputat etirazlar zamanı 190 yetkinlik yaşına çatmayan şəxsin yaralandığını iddia edib və bununla bağlı Fransanın daxili işlər naziri Laurent Nunezi məsul tutub.

Fourreau 14-16 yaşlı şagirdlərin yalnız normal təhsil şəraiti tələb etdiyini bildirib. Onun sözlərinə görə, bəzi məktəblərdə yağış zamanı tavanlar çökür, tualetlərin qapıları yoxdur, siniflərdə isə 40-a yaxın şagirdin olduğu və lazımi şəraitin təmin edilmədiyi hallar mövcuddur.

Deputat Fransa hökumətini gəncləri uzun illərdir diqqətdən kənarda saxlamaqda və dövlət təhsil sistemini zəiflətməkdə ittiham edib.

Qeyd edək ki, Fransanın daxili işlər naziri Laurent Nunez oktyabrın 2-də TF1 telekanalına açıqlamasında lisey aksiyaları ilə bağlı hüquq-mühafizə orqanlarına "təmkinli davranmaq” göstərişi vermədiyini bildirib. Bu açıqlama ölkədə müxalifətin etirazına səbəb olub.
 



Xəbərin oxunma sayı : 178




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap