“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Məktəb servisi saatlarla gecikir - “2School”la bağlı ŞİKAYƏTLƏR artır

Tarix 08.10.26, 21:03

Font ölçüsü : - / +
bitmap-img6

 
Məktəbə gedib-gələn uşaqlar üçün servis xidməti valideynlərin işini asanlaşdırmalı, ən əsası isə övladlarının təhlükəsizliyini və vaxtında daşınmasını təmin etməlidir. Bunun üçün valideynlər aylıq ödəniş edir və uşaqlarının məktəbdən evə, evdən isə məktəbə nəzarət altında çatdırılacağına güvənirlər. Lakin “2School” servis xidmətindən istifadə edən valideynlərin şikayətləri xidmətin təşkili ilə bağlı ciddi suallar yaradır.

Musavat.com-a müraciət edən valideynlər qeyd edir ki, ərazinin yaxın olmasına rəğmən uşaqları saat 2-də evə çadırmalı olan avtobus saat 6-da gəlib çıxır. Valideynlərin sözlərinə görə, yüksək ödəniş qarşılığında vəd edilən xidmət səviyyəsi ilə real vəziyyət arasında fərq var. Uşaqların uzun müddət yolda qalması, servis avtomobilini gözləməsi, gecikmələr və valideynlərin operativ məlumat ala bilməməsi narazılığa səbəb olan əsas məsələlərdəndir. Hətta bəzi hallarda normal şəraitdə 35-40 dəqiqəlik yolun bir neçə saata qədər uzandığı, uşaqların isə məktəbdən çıxdıqdan saatlar sonra evə çatdığı bildirilir. Məktəb servislərində uşaqların vaxtında və təhlükəsiz daşınması ilə bağlı konkret standartlar varmı?  “2School” kimi özəl məktəb servislərinin fəaliyyətinə nəzarət edən qurum varmı?

Qeyd edək ki, sosial şəbəkələrdə də valideynlər narazılıqlarını bildirirlər.

İstehlakçıların hüquqlarının müdafiəçisi Eyyub Hüseynov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Hələ ki bu şirkətlə bağlı şikayət daxil olmayıb. Lakin qiymətin yüksək olduğu aydındır. Bununla belə, şirkətlə valideynlər arasında bağlanan müqaviləyə, oradakı şərtlərə və ödəniş edənlərin hüquqlarına diqqət yetirmək lazımdır. Valideynlərin əlində mütləq müqavilə olmalı və xidmət göstərən tərəf qarşısında müqavilə şərtlərinə uyğun xidmətin təmin edilməsi tələbi qoyulmalıdır.

Eyni zamanda Dövlət Yol Polisi tərəfindən şərait yaradılmalıdır ki, həmin avtobuslar ümumi yollarla deyil, xüsusi avtobus zolaqları ilə hərəkət etsinlər. Bu halda ləngimələrin və gözləmələrin qarşısını almaq mümkündür. Bir çox ölkələrdə xüsusiləşdirilmiş və fərqli görünüşə malik məktəb avtobusları mövcuddur. Bu təcrübənin Azərbaycanda da geniş yayılması çox müsbət olardı. Lakin 200–300 manat civarında olan qiymət Azərbaycan vətəndaşlarının indiki sosial-iqtisadi şəraitində yuxarı hesab olunur.

Müqavilə şərtlərində hər bir təfərrüat öz əksini tapmalıdır. Əgər müqavilə şərtləri pozularsa, istehlakçılar, yəni xidmətdən istifadə edənlər (012) 599-76-00 telefon nömrəsi vasitəsilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərlər”.

Təhsil eksperti Məzahir Məmmədli də mövzu ilə bağlı fikrini bildirib: “Bu layihə ilk dəfə təqdim olunanda Azərbaycan üçün bir ilk idi. Lakin özəl liseylərdə bu cür xidmətlərdən artıq istifadə olunurdu və onlar daha çox birbaşa özlərinə tabe olan nəqliyyat vasitələrindən, yəni öz servis şəbəkələrindən faydalanırdılar. Dövlət-özəl tərəfdaşlığı çərçivəsində bağlanan müqavilə onu göstərir ki, özəl sektorun nümayəndələri üzərilərinə götürdükləri məsuliyyətdən yayınmamalı, öhdəlik və tələblərə uyğun iş qurmalıdırlar. Təəssüf ki, burada yalnız bir faktor rol oynamır, şəhər infrastrukturu kimi bir-biri ilə əlaqəli digər amillər də var.

Bütün hallarda, bəlkə də məktəblərə müəyyən muxtariyyət verilsə və onlar özəl-dövlət əməkdaşlığını müstəqil şəkildə həyata keçirə bilsələr, bu daha faydalı olar. Məsələn, hər bir məktəbin valideynlərlə birgə əməkdaşlıq etməsi və ya özü üçün nəqliyyat vasitəsi əldə etmək imkanının yaranması iri servis şirkətlərindən daha effektiv nəticə verə bilər. Çünki Bakı kimi sıx şəhərdə işin öhdəsindən gəlməyin müəyyən çətinliklər yaratdığını görürük.

Ona görə də hər məktəbin bu məsələni özünün həll etməsi və prosesi valideynlərin dəstəyi ilə tənzimləməsi daha məqsədəuyğundur. Bildiyim qədər, Bakıda artıq bu təcrübədən istifadə edən məktəblər var. Onlar öz imkanları hesabına servis xidmətini qurublar və şagirdlərin daha sıx yaşadığı ərazilər üzrə marşrutlar müəyyənləşdirərək prosesi uğurla koordinasiya edə bilirlər”.







Xəbərin oxunma sayı : 145




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap