“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Türkiyədə bu şəxslərə sosial mediaya giriş qadağan olunacaq - 1 noyabrdan

Tarix 10.10.26, 18:23

Font ölçüsü : - / +
bitmap-img6


2026-cı il noyabrın 1-dən etibarən sosial şəbəkə provayderləri Türkiyədə 15 yaşdan kiçik uşaqlara sosial media xidmətləri təklif edə bilməyəcəklər.

AzFakt.com xəbər verir ki, sosial media platformalarının 15 yaşdan kiçik uşaqlara xidmət göstərməsini qadağan edən qayda oktyabrın 10-da Rəsmi Qəzetdə dərc edilib.

Kibertəhlükəsizlik İdarəsi tərəfindən hazırlanan qaydaya əsasən, yaşın təsdiqlənməsi elektron hökumət sistemi vasitəsilə yaradılan sənəd əsasında həyata keçiriləcək.

Qaydalar sosial media platformalarına yaşın təsdiqlənməsi və uşaqların qorunması ilə bağlı müxtəlif öhdəliklər qoyur. Qaydaya əsasən, platformalar 15 yaşdan kiçik uşaqlara xidmət göstərə bilməyəcək. Yaşı 15-dən az olduğu müəyyən edilən istifadəçilərin hesab açmaq üçün müraciətləri rədd ediləcək.

Yeni qaydalara əsasən, 15 yaşı tamam olmuş uşaqların sosial media hesabları standart olaraq gizli olacaq. Bu hesablarda canlı yayıma və fərdiləşdirilmiş reklamlara icazə verilməyəcək. Uşaqlar yalnız izlədikləri hesablardan mesaj ala biləcəklər. Bundan əlavə, digər istifadəçilər uşaqların hesablarının izləyici və izlədikləri hesabların siyahılarını görə bilməyəcəklər.
Qaydalar həmçinin sosial media platformalarının valideyn nəzarəti vasitələri təqdim etməsini tələb edir. Bu, valideynlərə uşaqlarının hesab parametrlərini izləməyə, istifadə müddətini məhdudlaşdırmağa və pullu xidmətlərə icazə verməyə imkan verir.

Mövcud hesablar üçün yaşın təsdiqlənməsi ən gec 2027-ci il martın 31-dək tamamlanmalıdır. Yaşı 15-dən az olduğu müəyyən edilən istifadəçilərin hesabları bağlanacaq.



Xəbərin oxunma sayı : 202




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap