“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Putin Trampa İranın mövqeyini çatdırıb“ - Kreml

Tarix 10.10.26, 21:09

Font ölçüsü : - / +
bitmap-img6


Kreml Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampa Yaxın Şərqdə müharibəyə son qoyulmasını nəzərdə tutan mümkün sazişlə bağlı İranın mövqeyini çatdırıb.

Rusiya mətbuatının, RİA Novosti agentliyinin Kremlin sözçüsü Dmitri Peskova istinadən yaydığı məlumata görə, Tehranın mövqeyi cümə günü Vladimir Putinlə Donald Tramp arasında baş tutan telefon danışığı zamanı ABŞ prezidentinə çatdırılıb.

Rusiya Prezidenti bu həftə Türkmənistanda Müstəqil Dövlətlər Birliyinin (MDB) sammiti çərçivəsində iranlı həmkarı Məsud Pezeşkianla görüşü zamanı müharibənin sona çatmasına kömək etmək üçün vasitəçilik təklif edib.

“İran Prezidenti ilə koordinasiyalı şəkildə Vladimir Putin münaqişənin mümkün həlli ilə bağlı İran tərəfinin mövqeyini Donald Trampa çatdırıb”, – Kremlin sözçüsü bildirib.

O, ABŞ prezidentinin buna necə cavab verdiyini açıqlamayıb və İranın mövqeyinin təfərrüatlarını da dəqiqləşdirməyib.

Fevral ayında ABŞ və İsrailin İrana endirdiyi zərbələr nəticəsində başlayan Yaxın Şərq münaqişəsinə son qoymağa yönəlmiş diplomatik səylər yay aylarından bəri dalana dirənib. Apreldə atəşkəsin əldə olunması, iyunda anlaşma memorandumunun imzalanması və sentyabrda BMT Baş Assambleyasının sessiyası çərçivəsində aparılan təmaslar hərbi əməliyyatların dayandırılmasına gətirib çıxarmayıb.



Xəbərin oxunma sayı : 202




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap