“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Araq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü - Astarada

Tarix 10.10.26, 22:28

Font ölçüsü : - / +
bitmap-img6


Astrada kişi arvadını döyüb.

Lent.az-ın xəbərinə görə, hadisə rayonun kəndlərindən birində baş verib.

64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub.

Akif Rzayev əvvəlcə deyib ki, arvadı xəstə olduğu üçün özünü yaxşı hiss etmir və ona heç bir xəsarət yetirməyib. Amma o, sonradan əməlindən peşman olduğunu deyərək, barəsində yüngül cəza verilməsini istəyib.

Zərərçəkən qadın isə bildirib ki, Akif onun üçüncü həyat yoldaşıdır. Qeyri-rəsmi olaraq bir yerdə yaşayırlar və 9 yaşlı övladları var. Qadının sözlərinə görə, spirtli içki (araq) almaq üçün pul vermədiyi üçün əri tərəfindən baltanın sapı ilə döyülüb. Tez-tez aralarında belə mübahisələr olur. Zərərçəkən artıq ərinin evə gəlməyini istəmədiyini deyərək, onun cəzalandırılmasını istəyib.

Məhkəmənin qərarı ilə Akif Rzayev 20 gün müddətinə inzibati qaydada həbs olunub.



Xəbərin oxunma sayı : 304




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap