“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Ən böyük arzusu şəhid olmaq olub” - Həlak olan polkovnik-leytenantın qardaşı + FOTO

Tarix 02.12.21, 11:24

Font ölçüsü : - / +
bitmap-img6


Xızıdakı Qaraheybət aviasiya poliqonunda baş vermiş helikopter qəzasında həlak olan 14 hərbçidən 11-i II Şəhidlər xiyabanında, üçü isə doğulduğu bölgədə torpağa tapşırıldı. Şəhid olan 14 hərbçidən biri polkovnik-leytenant Emil Nəzirovdur.

Əslən Lənkəran rayonunun Veravul kəndindən olan Emil Nəzirovun qardaşı Abbas Nəzirov şəhidimiz haqqında qısa olaraq Modern.az-a danışıb.

A.Nəzərov qardaşının işini nə qədər sevdiyini, ailəsinə bağlı olduğunu, övladları ilə bağlı sonsuz arzuları olduğunu dilə gətirib.

Qardaşı deyib ki, hadisə baş verən gün Emil Nəzərov evdən həmişəki qaydada çıxıb: “Həmişəki kimi səhər saatlarında ailəsi ilə sağollaşıb evdən çıxıb işə yollanıb. Qəzanın baş verdiyini, şəhid olduğunu yayılan xəbərlərdən bildik. Təbii ki, çox ağır oldu. Ailəndən, canından olan biri barədə mətbuatdan xəbər almaq dəhşətlidir. Əlin çatmır, ünün yetmir, o an yaşanan hisləri heç kimə arzulamıram”.

Onun sözlərinə görə, qardaşı həm 90-cı illərin Qarabağ, həm də Vətən müharibəsində ön sıralarda olub: “1992-1994-cü illərdə Kəlbəcərdə, Füzulidə, Şuşada xidmət edib. 44 günlük müharibədə də əlindən gələn qədər vətənin keşiyində dayanıb. Xətai rayonu Polad Həşimov küçəsində yaşayırdılar. Həddi-büluğ yaşına çatmış üç qız övladı var”.

Qardaşı Emil Nəzərovun arzularından da danışıb: “1987-ci ildə hərbi məktəbə qəbul olub, uşaqlıqdan hərbi sahəyə marağı böyük idi. Qardaşımın ən böyük arzusu şəhid olmaq olub. Özündən kiçik iş yoldaşları şəhid olanda, o qədər heyfsilənirdi ki, “biz qocalar qalmışıq, onlar şəhid olur” deyirdi həmişə. Hər ata kimi övladları ilə bağlı onun da sonsuz arzuları var idi. Çox heyf, yarımçıq qaldı”.

Qeyd edək ki, helikopter qəzası ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb, cinayət işinin istintaqı baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.



Xəbərin oxunma sayı : 367




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap