![]() |
|














“İndi dayanmaq daha təhlükəlidir…” – “Belə kadrları birmənalı silib atmaq lazımdır”
Tarix 04.11.19, 23:02 |
|
812.jpg)
Azərbaycanda həyata keçirilən kadr dəyişiklikləri mövzusunda Yeni Nəsil Jurnalistlər Birliyinin sədri, ictimai xadim Arif Əliyev “AzPolitika.info”-ya müsahibə verib.
Hər bir mövzuya fərqli və maraqlı reaksiyaları ilə tanınan Arif Əliyevlə müsahibəni təqdim edirik:
- Arif bəy, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ciddi kadr islahatları aparılır, demək olar ki, hamı bu dəyişiklikləri təqdir edir. Siz bu prosesi necə qiymətləndirirsiniz?
– Biz onun şahidi oluruq ki, həm yaş, həm də təcrübə etibarı ilə yeniləşmə prosesi baş verir. Qəbul olunan son qərarlar bunu göstərir. Əlbəttə, hələlik biz kütləvilik haqqında danışa bilmərik, adətən belə işlər kütləvi şəkildə də həyata keçirilir. Amma proses başlanıb və onun uğurlu nəticələnməsi indiki şəraitdə Azərbaycan üçün böyük şans verə bilər.
Başqa cəhət olaraq deyim ki, siz islahat ifadəsi işlətdiniz. Amma islahat planlı şəkildə və bir neçə sahədə həyata keçirilməlidir. Hələlik bu şaxələnmə özünü göstərmir. Ümid edirik ki, müəyyən mərhələ keçəndən və çətinliklər aradan qaldırılandan sonra şaxələnməni görəcəyik. O mənada ki bu təkcə Azərbaycanın iqtisadi həyatında dəyişikliklərə gətirib çıxarmasın, paralel olaraq ictimai münasibətlərdə, siyasi münasibətlərdə də dəyişikliklərə səbəb olsun. Onda biz əlimizi ürəyimizin üzərinə qoyub deyə bilərik ki, bu həqiqətən planlı və böyük hədəflərə malik islahat prosesidir.
- Yəni kadr dəyişikliklərinin islahat kimi təqdim edilməsini qəbul etmirsiniz?
– Fikrimcə, bu islahatların tərkib hissəsidir. Əgər siz ortaya yeni proqram və yeni təfəkkür qoyursunuzsa, sözsüz ki, bunu köhnə kadrlarla həyata keçirmək mümkün deyil. Xüsusilə, nəzərə alsaq ki, bizim köhnə kadrlar 10, bəzən 20 il vəzifədə əyləşiblər və yalnız köhnə idarəçilik alətlərindən istifadə etməyə alışqan idarəçilərdir. Əlbəttə, onların qarşısına hansı yeni vəzifə qoysan da, yerinə yetirilməyəcək. Biz dəfələrlə bunun şahidi olmuşuq. Bir yaxşı iş tapşırılanda da zibilə çönür. Məsələn, alternativ enerji mövzusu. Çox gözəl proqram oldu, vacib hədəflər götürüldü – Azərbaycan üçün yeni sahə idi. Amma bütün dünyanın gələcəyi alternativ enerji resursundadır. Bunun üçün ölkəmizin özü vəsait ayırdı, bir o qədər də kreditlər alındı. Nəticə nədir? Sizə deyim ki, bugünkü nəticə prosesin başlandığı 10 il əvvəlkindən daha pisdir. 10 il əvvəl daha yaxşı nəticə var idi, amma biz indi əks prosesin şahidi oluruq. Mənzərə də belədir: biz gözəl hədəf götürürük, səviyyəli sənədlər ortaya qoyuruq, yaxşı vəsait ayırırıq, amma sonda idarəçilik düzgün, kadrlar yerində olmadığı üçün nəticə əldə edilmir. Bu mənada kadr dəyişikliyi islahatların tərkib hissəsidir. Biz ayrı-ayrılıqda götürdükdə, kadr islahatı deyə bilmərik. Bu hansısa vəzifəyə, yeni proqrama və təfəkkürə bağlanan prosesin tərkib hissəsidir. Odur ki, bundan kənarda islahatları dərk edə bilmərik. Bir sıra yeni dövr Avropa islahat nəzəriyyəçiləri də bu faktoru qabardaraq qeyd edirlər ki, əksər islahatların tətbiqi adətən kadrların dəyişdirilməsindən başlanır ki, bundan sonra hansısa tormozlanma baş verməsin.
- Ancaq belə yanaşmalar da var ki, yaşlı və təcrübəli kadrları bütövlükdə çıxdaş etmək mənfi fəsadlar yaradar…
– Ümumiyyətlə götürəndə, bu, doğru yanaşmadır. Amma söhbət hansı təcrübəyə malik olan kadrlardan gedir? Əgər söhbət ancaq dəyənək və zorun dilini başa düşən, bu sahədə təcrübə qazanan, korrupsiya və rüşvət sahəsində mütəxəssis olan, xalqın və cəmiyyətin düşüncələri üzərində oynamağa hazır olan, intriqalar sahəsində püxtələşmiş kardlardan gedirsə, onları birmənalı silib atmaq lazımdır.
- Hüquqşünas Erkin Qədirli ortaya maraqlı yanaşma qoyub. Bildirib ki, əslində yaşlı kadrlar Bakıya kəndlərdən gəliblər, kasıbçılığın bütün mərhələlərini keçiblər, bu səbəbdən xalqa daha yaxın hesab oluna bilərlər, xalq tərəfindən gələn impulsları daha tez hiss edirlər. Yeni kadrlar isə böyük çətinliklər görməyiblər, gözəl həyat tərzi keçiriblər, xarici universitetlərdə yüksək səviyyəli təhsil alıblar…
– Erkin Qədirli yaxşı mütəxəssisdir, dostumdur, amma mən onun bu arqumenti ilə iki səbəbdən razı ola bilmərəm. Birincisi, bayaq dedim ki, bu insan təcrübəlidir, amma hansı təcrübəyə malikdir? Əgər söhbət korrupsiya və rüşvət təcrübəsindən gedirsə, belə kadrlar harada nəyi necə yemək olduğunu bilirsə, onun xalqın içərisindən çıxmasının və ya aydan gətirilməsinin fəqi yoxdur. O, həmin prinsiplər əsasında işləyəcək. Digər tərəfdən, əgər biz Qədirlinin yanaşma tərzini qəbul etsək, onda düşünməliyik ki, xaricdə oxutdurduğumuz, yaxşı həyata alışanlar içlərində bizim üçün təhlükə gəzdirirlər… Yox! Əksinə, mənə elə gəlir ki, köhnə variantı bütövlükdə təzələmək lazımdır. Yəni yaxşı həyat hansısa bir təbəqənin üstünlüyü və ya hüququ olmamalıdır. Əksinə, bu, bütün xalqın hüququdur və yaxşı həyat tərzini görən məmur da başa düşməlidir ki, onun yaxşı həyatının davam etməsi xalqdan asılıdır.
- Son kadr dəyişiklikləri içərisində cəmiyyət və siyasi publika üçün ən maraqlı hadisə Prezident Administrasiyasına uzun illər rəhbərlik edən Ramiz Mehdiyevin AMEA-ya göndərilməsidir. Çoxları Mehdiyevi hakimiyyət daxilində nüfuzlu, təsirli və böyük rıçaqlara malik məmur kimi təqdim edirdi. Bu dəyişikliyi necə qarşıladınız?
– Şübhəsiz ki, onun güclü rıçaqlara malik olması və uzun müddət idarəçiliyin başında durması bir faktdır. Bu hamımızın gözünün qarşısında idi və s. Belə mövqedə əyləşən, geniş əlaqələrə malik olan şəxslərin dəyişdirilməsi də asan məsələ deyil və çox zaman burada hansısa bir taktika tətbiq edilir. Məsələn, bir vəzifədən götürülüb, başqa vəzifəyə yerləşdirilirlər. Düşünmürəm ki, bu onun hansısa idarəçilik səviyyəsində nüfuzunu saxlamağa yönəldilib. Əksinə, nüfuzunu zəiflədib və məncə, burada prosesin daha təhlükəsiz aparılması prinsipi üstün tutulub.
- İslahatların sistemli şəkildə davam edəcəyini düşünürsünüzmü?
– İndi dayanmaq daha təhlükəlidir, nəinki bunu bütün çətinliklərə baxmayaraq davam etdirmək. Dayanmaq çox təhlükəli olduğundan bu nəyisə yaralayıb buraxmağa bənzəyir… Yox, burada bir yol var. Bunlar elə prosesdir ki, başlandısa, ya davam etməlidir, ya onun təşəbbüskarının özünün əleyhinə çevrilməlidir. Dayanmaq nə deməkdir? Bu, məğlubiyyətdir. Məğlubiyyət baş versə, dəyişmək istədiyin qüvvənin daha kəskin şərtlərinə tabe olmalı olacaqsan.
- Yeni kadrlardan gözləntiləriniz nədir?
– Deyə bilmərəm. Bunlar daha çox iqtisadi və birbaşa idarəçiliklə bağlı kadrlardır. Onların bacarıqları haqda mənim geniş təsəvvürlərim yoxdur. Kadr islahatlarının uğuru barəsində o zaman danışa bilərik ki, konkret hansısa proqramın şahidi olaq. Sadəcə kadra demək ki, sən rüşvət alma, korrupsiyaya qoşulma, yoxsa buna görə cəzalandırılacaqsan… əslində bunlar üzdə olan populyar və vacib elementlərdir. Amma bunlar birbaşa idarəçilik göstərişləri deyil. Biz bir ildən sonra deyə biləcəyik ki, Yevlax və Xaçmazın əhalisi yeni idarəçilərə necə qiymət verirlər, o rayonların əhalisinə asan oldu, ya yox. Eləcədə, iqtisadi sahədə baş verən dəyişikliklər haqqında. Baxmayaraq ki, bir il elədə böyük zaman deyil, amma bir ildən sonra deyə biləcəyik ki, bu addımlar ölkə iqtisadiyyatında yeni istiqamətlərə səbəb oldu və ya olmadı. Necə ki, bir neçə il vergilər sahəsində fəaliyyət bizə aydın imkan yaradıb ki, bunu müsbət və ya mənfi qiymətləndirə bilək. Bu dəyişikliklər Azərbaycan büdcəsinə əlavə gəlirlər gəlməsinə, idarəçilik xərclərinin azalmasına səbəb oldumu, ya yox. İndilikdə biz son dəyişikliklər haqda ancaq arzumuzu dilə gətirə bilərik. Hər halda mən bunları ümidverici proses kimi görürəm.
- Sizcə, bu dəyişikliklərin media sahəsinə hansı təsirləri ola bilər?
– Biz dəyişikliklərin mətbuata təsirindən deyil, mətbuatın dəyişikliklərə təsirindən daha çox danışmalıyıq. Bu da, məncə, hələlik sıfır səviyyəsindədir. Mən, müsahibənin əvvəlində qeyd etdim ki, dəyişikliklər paralel getməlidir və islahatlar hər zaman medianın dəstəyini istəyir. İslahatlar daima maarifçilik, təbliğat, müzakirələri tələb edir. Çünki islahatın sualtı daşları, çətinlikləri çoxdur. İndiki şəraitdə islahat prosesi hələlik nə ictimai münasibətlərə, nə mətbuata, nə də QHT-lərə toxunmadan gedir. Üzdə bəzi dəyişikliklər var. Tutaq ki, nələrsə bərpa olunur, kimlərsə azadlığa buraxılır və s. Amma dərin mənada mediaya təsir etməyib. Mənə elə gəlir ki, ictimai münasibətlərdə dəyişikliklərin sonrakı mərhələyə saxlanılmasının özü islahatlara bir təhlükə yarada bilər. Bu səbəbdən də deyirəm ki, islahatlar paralel getməlidir. Yalnız paralelilik onun səmərəliliyini artıra bilər. Bu gün üçün mediada heç bir təsir yoxdur. Əksinə, mediada bir çaş-başlıq yaranıb ki, nə olacaq, necə olacaq…
Xəbərin oxunma sayı : 532
Müsahibə
Xəbərlər
-
Aygün Kazımova bu dəfə misirli xanım obrazında - FOTO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Bu sahələrdə çox sayda işçiyə ehtiyac var - VİDEO
-
Putin və Tramp telefonda danışdılar - Ukrayna, Suriya, İran məsələləri müzakirə edilib
-
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şahbulaq qalasında olublar - FOTO
-
Moskvada 2 azərbaycanlı “qanuni oğru“ saxlanıldı - VİDEO
-
Fərid Əsgərov yeni vəzifəsində ilk dəfə görüntüləndi - VİDEO
-
Əsir və girovlarımızın başına nələr gətirilib? - Məhkəmə
-
Kurskda Rusiya generalı öldürüldü - Ukrayna ordusundan uğurlu əməliyyat
-
Səhiyyə nazirinin məhkəməyə verildiyi iş üzrə - QƏRAR
-
Vüqar Səfərlinin şikayəti rədd edildi - Ali Məhkəmədən qərar
-
“Razılaşdıq ki, birlikdə gələcəyik” - İlham Əliyev
-
Alatavadakı qalmaqallı mülk söküldü - Razılığa gəldilər
-
“18-ci sanksiyalar paketi Rusiya iqtisadiyyatının ürəyinə zərbə vuracaq“ - Leyen
-
Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak etdi - Fotolar
-
“Sputnik-Azərbaycan“ işi: beş nəfər polis nəzarətinə verildi
-
İki dost dövlət arasında münasibətlər yüksək səviyyədə inkişaf etdirilir
-
Məktəbli qızları təqib etdi, həbs olundu - Məhkəmədə özünü belə müdafiə etdi
-
Zirvə görüşünün iştirakçıları “Zəfər“ şousunu izlədi - FOTOLAR
-
Bakıda bu yollarda təmirlə bağlı hərəkət məhdudlaşdırıldı - Siyahı
-
Abituriyentlərin şikayətləri araşdırılıb, bəzilərinin imtahan balları artırılıb - DİM-dən açıqlama
-
27 il hakimlikdən sonra Konstitusiya Məhkəməsindən getdi - Yerinə oğlu gəlir
-
Əl yükündə ölkəyə 547 karat brilyant keçirmək istədi - Fotolar
-
Azərbaycanda heyvanların sığorta xərci açıqlandı: Qoyunlar 7-11 manat, inəklər isə...
-
Masazır qəsəbəsində sənədsiz evlərin tikintisi davam edir - FOTO/VİDEO
-
Nazirlikdən küləkli hava ilə bağlı - Müraciət
-
ABŞ Azərbaycana yeni diplomat göndərir - Emi Karlo kimdi?
-
Bakıdakı yeni park belə olacaq - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Özbəkistan həm tarix, həm də ortaq mədəni, mənəvi və dil kökləri ilə bir-birinə yaxın və bir o qədər də zəngindir
-
Xankəndidən Şuşaya kanatla gedəcəyik - 13 dəqiqəyə...
-
Bakıda inanılmaz hadisə: Həkim vətəndaşı QİÇS-ə yoluxma təhlükəsi ilə üz-üzə qoydu
-
Şahbaz Şərifin Azərbaycana səfəri başlayıb - FOTO
-
Azərbaycanda manata olan inam dolları üstələdi - 10 ilin statistikası
-
Əfqanıstanın Baş nazirinin müavini Füzulidə - FOTO
-
Konstitusiya Məhkəməsində 4 yeni hakim - ADLAR
-
Sadir Japarov Azərbaycana səfərə gəlib - FOTOLAR
-
Prezident “Xankəndi” Biznes Mərkəzinin açılışında - FOTOLAR
-
“Qala Sığorta”nın işçisinə “dümbələk” deyən şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
-
İlham Əliyev Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Azərbaycanın bu saytları Rusiyada bloklandı - SİYAHI
-
Prezident Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış oldu - FOTOLAR
-
Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? - İDDİA
-
Agentlik sədri onu departament müdiri təyin etdi - FOTO
-
Futbol dünyası şokda - Ulduz futbolçu qəzada öldü
-
Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyuldu - Fotolar
-
Bu yolda 2 aydır ki, “həyat donub“ - Təmir nə vaxt bitəcək?
-
Polisə işə düzəldəcəyini vəd etdi, külli miqdarda pul aldı - DƏLƏDUZLUQ İŞİ
-
"Adil Kərimli mənə dedi ki, artıq heç kəsə fəxri ad verilmir“ - Zemfira Sadıxova
-
Rusiya Poltavaya dron zərbələri endirib - Ölənlər var
-
Təhlükəsizlik qaydalarını pozan obyektin fəaliyyəti məhdudlaşdırıldı - Video
-
II və III ixtisas qrupları üzrə qəbul imtahanı.. - DİM-dən xəbərdarlıq
-
Prezident Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında - Fotolar
-
Microsoft 9000 əməkdaşını ixtisar edir - SƏBƏB
-
Saxta çantalar necə tanınır? - Satıcıların fırıldaq üsulları
-
İlham Əliyevlə Paşinyanın görüşü planlaşdırılır - Dubayda
-
“Golden Beach“də faciə: Cəryan vurub öldürdü
-
AZAL təyyarəsinin vurulması ilə bağlı - Yeni detallar
-
Xırdalanda Heydər Əliyev parkında ağaclar qurudulur - Çay evlərindən şikayət
-
Kərə yağı sağlamlığa necə təsir edir: hər gün yemək olarmı?
-
ABŞ bütün dünyaya silah paylaya bilməz - Pentaqon
-
Bakıda nəqliyyatın intensiv hərəkət etdiyi körpü qəzalı vəziyyətdədir? - VİDEO
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
“Lavrov İsa Məsihin vaxtından xarici işlər naziridir...“ - NATO BAŞ KATİBİ
-
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
-
“Bütün layihələri yığışdırın, atam bu yeri qardaş ölkəyə verib” - İlham Əliyev
-
“Nə təcili yardım, nə də xəstəxana harayımıza çatır“ - ŞİKAYƏT/VİDEO
-
Araz Ağalarov da hədəfə alındı - Barəsində icraat başladıldı
-
Öldürdüyü müdirinin axtarışlarında iştirak edibmiş - Füzulidəki cinayətin ŞOK TƏFƏRRÜATI
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - FOTOLAR
-
Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilib - "VƏHDƏT" nümayəndəsidə iştirak etdi
-
Nəsimi rayonunda obyektlər piyada səkisini zəbt edib - VİDEO
-
Prezidentlər “Sea Breeze” istirahət mərkəzində olublar - FOTOLAR
-
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması DƏYİŞDİRİLİR
-
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
-
Makronun arvadının kişi olması iddiasına Trampdan REAKSİYA: “Mən Bricitə yaxından baxmışam“
-
Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir - İlham Əliyev
-
Vəzifəli şəxs cəzalandırıldı - 1400 manata sürücülük vəsiqəsi alacaqmış...
-
Bakıda Özbəkistan səfirliyinin yeni binası açıldı - FOTOLAR
-
Azər Qasımlı barəsində cinayət işi məhkəmə baxışına verilib - Vəkilin vəsatəti təmin edilməyib
-
Şəxsiyyəti müəyyənləşdirilən daha üç itkin şəhid dəfn olunacaq - ADLAR + FOTO
-
Binəqədi rayonunda qanunsuz tikintiləri Hacıbaba Babayev himayə edir? - VİDEO
-
“Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb” - Video
-
Ağ Şəhərdə “Özbəkistan” parkının təməli qoyuldu - Fotolar
-
Əli Əsədov Əfqanıstanın Baş nazirinin müavini ilə görüşdü - FOTO
-
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakıdan moskvaya etiraz
-
İyulun ilk ongünlüyündə ölkə ərazisində hava mülayim keçəcək - PROQNOZ
-
Azərbaycanla Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edildi - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Binəqədidə partlayışda ölənlərin yaxınlarına 30 min manat təklif edilib - MƏHKƏMƏ
-
Peterburqda azərbaycanlı iş adamının evinə basqın - VİDEO
-
Ötən il tikinti şirkətlərinə 288 mln. manat ödənilib - “Kirayə mənzillərə“ görə
-
Beyləqanda Azərbaycan Polisi Günü qeyd olundu - Fotolar
-
140 manatlıq müavinət: Kimlər faydalana biləcək?
-
“Mor-mor” suları bu antisanitar vəziyyətdə hazırlanır? - VİDEO
-
Prezidentlər iclasda iştirak etdilər - FOTOLAR
-
ABŞ bir müddət Ukraynaya sursat tədarük etməyəcək - “The New York Times”
-
Dr.Ella necə estetik əməliyyatlar icra edir? - Araşdırma
-
Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi oldu - FOTO
-
Nazir Qubada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Külək, yağış, 33° isti... - Sabahın havası
-
DİN-in Polis Akademiyasında “Məzun Günü” keçirilib - VİDEO
-
İnformasiya agentliklərinə dair tələblər sərtləşdirilir - Nələr olacaq?
-
Rusiya mediasında Azərbaycana qarşı kampaniya başladılıb - RƏSMİ
-
Ersin Tatar Azərbaycana səfərə gəlib - FOTOLAR
-
Konstitusiya Məhkəməsinin 3 hakimi yola salınır - ONLAR KİMDİR?
-
Azərbaycanlıların ölümündə əli olduğu deyilən rus polislər - FOTO
-
Mirziyoyev Azərbaycana səfərə gəlib - FOTO
-
Şahin Şıxlinskini saxlayanlar ondan nə soruşublar? - Özü danışdı
-
PKK yaxın günlərdə silahları təhvil verəcək - Hakim partiya sözçüsü açıqladı
-
Abşeron rayon Qobu qəsəbəsində qanunsuz tikintiyə icazə verib? - VİDEO
-
“Ziyəddin Səfərov evdən aparılarkən tam sağlam olub“ - Baş Prokurorluq
-
Media Reyestrində olmayan media subyektləri - Onları cərimələr gözləyir
-
Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO
-
“Azərbaycan və Rusiya üçün dostluq münasibətləri olduqca vacibdir“ - Zaxarova
-
Hakan Çalhanoğlu “od püskürdü“: “İnter“in prezidenti və kapitanı cavabını aldı
-
Qohum evlilikləri ilə bağlı qadağa əvvəlcədən nişanlı olanlara da aiddir? - VİDEO
-
Avronun manata qarşı bahalaşması davam edir - Rəsmi məzənnələr açıqlandı
-
“Mənə təxribatçı suallar verdilər” - Rusiyada hücuma məruz qalan azərbaycanlı qadın
TOP 10
ARXİV