“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“İndiki şəraitdə sülh müqaviləsi qeyri-mümkündür“ - Ukrayna Prezident Ofisi

Tarix 21.06.22, 19:03

Font ölçüsü : - / +
bitmap-img6


Ukrayna Prezident Ofisi müşaviri Mixaylo Podolyak Rusiya ilə sülh danışıqlarının şərtini açıqlayıb.

“Report” “Ukrinform”a istinadən xəbər verir ki, o bu barədə Moldovanın “Newsmarker” nəşrinə müsahibəsində deyib.

“Sülh müqaviləsi o zaman mümkündür ki, Ukraynanın ərazi bütövlüyü bərpa olunsun və Rusiya qaçılmaz məğlubiyyətə uğrasın. İndiki şəraitdə sülh müqaviləsi qeyri-mümkündür. Bu gün müharibənin dayandırılması o deməkdir ki, biz xalqımızı Ukraynaya qaytarmaqdan imtina edirik. Heç kim Xarkov, Zaporojye, Dnepr, Krivoy Roqa getməyəcək. Çünki Ukrayna vətəndaşı anlayır ki, savaş hər an yenidən başlaya bilər”, - o söyləyib.

M.Podolyak əlavə edib ki, Ukrayna danışıqlara yalnız gücləndirilmiş mövqedən girəcək.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibənin başa çatması ilə bağlı danışıqlar prosesi fevralın sonunda başlayıb. May ayında isə Prezident Ofisinin rəsmisi Ukraynanın Rusiya ilə danışıqların dayandırıldığını bildirmişdi.



Xəbərin oxunma sayı : 526




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap