| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
“İnsanları öldürən COVID-19 deyil” - Tibb professorunun təsbiti
Tarix 23.09.21, 12:35 |
|
Professor Musa Qəniyev koronavirusun yeni ştamları haqqında həqiqətləri açıqladı
İki ilə yaxındır dünya səviyyəsində koronavirus infeksiyası ilə mübarizə aparılır. Bu müddət ərzində virusun yaratdığı xəstəlikdən qorunmağın yolları, müalicə metodları haqqında çox yeni bilgilər öyrənmişik. Bununla belə, praktika göstərir ki, hələ də insanlarda bir çox məqamlara dair dəqiq məlumat yoxdur. Koronavirusdan effektiv müdafiə üsulları haqqında Azərbaycan Tibb Universitetinin mütəxəssislərinin açıqlama və tövsiyələri daim maraqla qarşılanır. Odur ki, ATU-nun Farmakologiya kafedrasının müdiri, professor Musa Qəniyevin COVID-19-la əlaqəli əhalini maraqlandıran sualları cavablandırmasını xahiş etdik.
Professor M.Qəniyev ilk olaraq hər bir kəsi narahat edən məsələ - vaksinlərin mənfi təsirinin olub-olmaması ilə bağlı fikirlərini açıqladı:
“1796-cı ildən etibarən, yəni vaksinlərin praktik istifadəsinə başladığı ildən ta bu günədək peyvənd - viral infeksiyalardan ən etibarlı qorunma vasitəsidir. Peyvəndləmə hər il yer kürəsində 3 milyondan çox əhalini ölümün pəncəsindən xilas edir. Vaksin müvafiq infeksiyanın orqanizmdə “nisbi xəstələnmə modeli”ni yaradır. Bu səbəbdən də peyvənddən sonra inyeksiya yerində ağrının olması, hətta bu ağrının bir neçə gün davam etməsi, qızdırma, üşütmə, halsızlıq, ishal, baş, əzələ, oynaq ağrısı və s. olması normal gözləntilərdir. Yəni, bunlar peyvəndin yan təsirləri deyil. Bu, yalnız formalaşan immunitetə orqanizmin lokal və ya sistem reaksiyasıdır ki, qısa müddətdən sonra tamamilə aradan qalxır”.
Professor vurğulayır ki, istənilən infeksiya kimi COVID-19-a qarşı təbii immunitetin yaranması xüsusi əhəmiyyət kəsb edir. Belə ki, infeksiyaya yoluxub sağalmış insanlarda əmələ gələn immunitet həmin virusa qarşı ən müasir peyvəndlərin belə əmələ gətirdiyi immunitetdən dəfələrlə güclü olur:
“Çünki təbii xəstələnmə fonunda orqanizm virusun hansısa bir fraqmentinə qarşı deyil, canlı virusun bütün subvahidinə (örtük təbəqə, matriks və nukleoprotein sırası) qarşı, hüceyrə yaddaşına total şəkildə həkk olunan, aktiv immunitet formalaşdırır. Odur ki, mutant ştamından asılı olmayaraq, bütün təkrar yoluxma halında insan bu infeksiyaları çox yüngül, yəni mövsümi infeksiya kimi keçirir”.
M.Qəniyevin sözlərinə görə, COVID-19-un əsas yoluxma mənbəyi hava-damcı yolu, yəni nəfəs-nəfəsə dayanmaq, xüsusən öpüşüb-görüşmək kimi ünsiyyət formasıdır. Odur ki, öpüşüb-görüşməkdən imtina etməklə də, yoluxma sayının kəskin azalmasına nail olmaq mümkündür.
Professor COVID-19-la bağlı digər vacib bir məqama da toxundu. Onun sözlərinə görə, hər gün sosial şəbəkələrdə kiminsə virusdan ölümü xəbəri verilir. Bu da digər insanlara güclü psixoloji təsir göstərir:
“Əslində ölümün səbəbi rəsmi mənbələrə istinadən yalnız patoloq-anatomun təsdiqindən sonra verilməlidir. Naməlum ölüm səbəbləri COVID-19-un statistikasına salınmamalıdır. Bunu etmək cinayətdir. Hər bir şüurlu insan bilməlidir ki, ölüm canlı aləm üçün haqdır və qaçılmazdır. Canlı toxuma, postnatal inkişafın yaş dövrlərinə uyğun olaraq, məruz qaldığı mərhələli dəyişikliyin hər birində subhüceyrəvi genom vahidi itirərək, irsiyyətini yaşatmaq üçün sonda canlı həyata əlvida deyir. Yəni, ölüm həyatın sonu yox, yeni həyatın başlanğıcıdır. Bu ölümlər əbədi yaşam qanunudur”. Professor hesab edir ki, insanları qorxudub onların psixoloji sarsıntı keçirməsinə səbəb olmaqdansa, hər kəsə daha düzgün və elmə əsaslanan məlumatların verilməsi daha doğrudur.
Professor Musa Qəniyev əvvəlki ştamlara nisbətən daha yoluxucu və daha aqressiv olan “Lyambda” və “My” ştamlarının yayılması haqqında xəbərlərə də aydınlıq gətirdi. Onun sözlərinə görə, bu ştamlar COVID-19-dan genom fərqliliyi göstərən 24 mutant ştamdan bir neçəsidir:
“Onların hər birinin ayrı-ayrılıqda mutasiya variantları var. Məsələn, “Lyambda” ştamının virogen fəallığına nisbi təsir göstərən səkkiz, virogen fəallığına praktik olaraq təsir göstərməyən, iyirmi funksional aktiv mutasiyası vardır. Bunların içərisində yalnız T76I и L452Q, eləcə də NTD-domeni mutasiyasının patogen fəallığının yüksək olması ehtimal olunur. T76I и L452Q mutasiyası virusu tənəffüs yolu epitel hüceyrələrinin ACE2 reseptorlarına bağlayan SHCO14 spayka (yapışan) zülal fraqmentinin özündə, sonuncu isə, spayka zülalın özünün bağlandığı domendə baş verir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) avqustun 30-da nəzarətə götürdüyü və hazırda dünyada koronavirusa ümumi yoluxmanın cəmi 0,1%-ni təşkil edən “My” ştamında genom dəyişikliyi, yenə də virusu ACE2 reseptorlarına bağlayan SHCO-14 spayka zülalında baş verir, yəni 146 N nuklen əlavəsi (N-terminal domendə, AAC kodonda 3 nukleotid- Aspargin aminturşusu (Asn/N) əlavəsi) və furin parçalanma- genom sahəsində (S1/S2 parçalanma saytı) P681 mutasiyası. Göründüyü kimi, istər “Lyambda”, istərsə də “My” ştamında ana virus – COVID-19-dan fərqlilik yalnız SHCO-14 zülalında törənən dəyişiklikdir. SHCO-14-ün yeganə funksiyası virusa yoluxmanın təminatçısı olmaqdır. Odur ki, bu struktur vahidində törənən dəyişiklik heç bir halda virusun patogen fəallığı və letallıq əmsalının yüksəlməsi və ya xəstəliyin ağır gedişinə səbəb ola bilməz”.
Professor xatırlatdı ki, COVID-19-un genom fərqliliyi göstərən bütün mutantları, o cümlədən “Lyambda” və “My” ştamları da ana ştamdan müəyyən xüsusiyyəti (məsələn, yoluxdurma əmsalı və s.) ilə fərqlənməlidir. Bu, mutasiyaya uğramanın əsas şərtidir, əks halda ana ştamın (COVID-19) mutasiyaya məruz qalmasını söyləmək olmaz. İstər təbii immunitet, istərsə də peyvəndləmə nəticəsində formalaşan immunitet - hər kəsi, bütün mutant ştamlardan, o cümlədən, “Lyambda” və “My” ştammndan da aktiv şəkildə qorumalıdır. Belə şəxslərdə virusa təkrar yoluxma ehtimalı 0,002 faiz nisbətindən yüksək olmamalıdır. Odur ki, müsahibimiz bu ştamların yalnız ehtimal olunan xüsusiyyətlərini reallıq kimi qiymətləndirib yazmağın, danışmağın, insanları şiddət altında saxlamağın yolverilməz olduğunu bildirdi. Professor elmi məntiq və fundamental klinik müşahidə və tədqiqatlara söykənməyən, yanlış fərdi yanaşmaların ictimailəşdirilərək geniş əhali içərisində yayılmasının, yalnız stress, qorxu, mənəvi sarsıntı və tərki-dünyalığa xidmət etdiyini vurğuladı.
Professor M.Qəniyev onu da söylədi ki, əhalinin 40-60%-nin vaksinləşəcəyi təqdirdə guya virusun daha dözümlü mutant ştamlar yaradacağı ilə bağlı deyilənlər də əsassızdır:
“Bu mutasiyalar virus RNT-sinin simbioz yaşamağa xidmət edən, letallıq mutasiyasının nəticəsi kimi əmələ gəldiyindən, vaksinlərin ona təsiri, ana ştama təsirilə müqayisədə daha güclü olmalıdır. Həmçinin, istənilən virus populyasiyasında əsaslı genom fərqliliyi göstərən, letallığı çox yüksək və son dərəcə patogen virus ştamı, yalnız orqanizmin məlum virus ailəsini mütləq şəkildə “özündən təcridə” son cəhdi halında əmələ gələ bilər. Ana ştamın (COVID-19) bu dəyişikliyə uğraması üçün ən azı 8-10 il vaxt lazımdır”.
Professor Musa Qəniyev sonda əminliklə bildirdi ki, COVID-19 insanları öldürmür:
“İnsanları öldürən profilaktik və şəxsi gigiyenik tədbirlərə əməl olunmaması, ruhi sarsıntı, stress, gərginlik, koronavirusa görə yaranan endogen ölüm qorxusudur. COVID-19-dan qorunmanın ən sadə və etibarlı yolu - yalnız adi gigiyenik tələb və normal ünsiyyət formalarına əməl etmək və koronavirus “xofunu” birdəfəlik unutmaqdır”.
Xəbərin oxunma sayı : 466
Sosial
Xəbərlər
-
Paytaxtın bu rayonunda 2 gün su olmayacaq - XƏBƏRDARLIQ
-
Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub - Sərəncam
-
Aİ ilə bağlı referendum keçirməyəcəklər - Baş nazir açıqladı
-
DTX avtomobilləri qəsdən yandıranları həbs etdi - VİDEO
-
Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq? - Azərbaycana gözlənilən qərar
-
Mənzil alanlara şad xəbər: Bu məbləğ sizə geri ödəniləcək
-
Rusiya sentyabrda 50 mindən çox hərbçi itirib? - NATO rəsmisi AÇIQLADI
-
Tap.az-da işə düzəltmək adı ilə 1085 manat alan şəxs həbs edilib - TƏFƏRRÜAT
-
Azərbaycanda avtomobil bazarında son vəziyyət açıqlandı - Ən çox bu avtomobillər satılır
-
Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib - TƏFƏRRÜAT
-
Vilayət Eyvazov İranın daxili işlər naziri ilə görüşdü – Fotolar
-
TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı
-
Aİ Rusiyaya qarşı yeni sanksiyaları təsdiqlədi - 1600-ə yaxın məhdudiyyət tətbiq edildi
-
Bakıda və rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
-
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - Fotolar
-
Azərbaycanda bahalaşan məhsullar açıqlandı - SİYAHI
-
Ermənistanın Aİ-yə üzvlüklə bağlı referendum keçirməsi bu il real deyil - Paşinyan
-
“Səfərbərlik Xidmətinin 121 əməkdaşı barəsində araşdırmalar aparılıb“ - Baş Prokurorluq
-
Hava soyuyan kimi dəm qazının törətdiyi faciələr artır - VİDEO
-
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI
-
Agentlik bu şəxsdən 74 mənzil alır - 3,4 milyon manat ödəniləcək
-
“Tarixin ən yaxşı oyunçusu mənəm” - Kriştianu Ronaldo
-
Məktəbli formaları ilə bağlı monitorinqlər başlayıb - FOTOLAR
-
Prezidentlə xanımının adından rəsmi nahar verildi - VİDEO/FOTOLAR
-
Qoz Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - Siyahı
-
“Azərbaycan və Kamboca mina çirklənməsi problemlərini öz təcrübəsindən bilir“ - Prezident
-
Məktəbli forması ilə bağlı münaqişə yaradan 37 nəfər həbs olundu - RƏSMİ
-
Kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalandı - Fotolar
-
Azərbaycanda orta aylıq əməkhaqqı 7,2 faiz artıb - RƏSMİ
-
“Süni intellekt əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir“ - Prezident
-
İlham Əliyevlə Hun Manet mətbuata bəyanatlarla çıxış etdi - Fotolar
-
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - Video - Fotolar
-
Bu il dövlət sektorunda işləyənlərin sayı 31,6 min nəfər azalıb - Rəsmi
-
Prezident Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşüb -FOTOLAR
-
“Müharibə daha qaranlıq mərhələyə daxil olub“ - Ursula von der Leyen
-
İlham Əliyev Kambocanın baş nazirini qarşılayıb - FOTOLAR
-
Azərbaycan İnvestisiya Holdinqində yeni direktor təyinatı - FOTO
-
Səudiyyə Ərəbistanında hava limanlarına ardıcıl hücumlar - 19 ölü
-
Macarıstan Ukraynaya hərbi yardım göstərmək niyyətində deyil - Magyar
-
Armud Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı
-
Tikinti sektoruna verilən kreditlər artır - VİDEO
-
Kredit faizləri ilə bağlı meyar dəyişdi - Video
-
Sənədsiz evlərə necə çıxarış almaq olar? - Video
-
Bahalı avtomobillər niyə qəfildən yanır? - Video
-
7 yaşlı Nihatın köməyə ehtiyacı var - Anasından müraciət
-
“Növbəti hücuma cavab fərqli olacaq” - İrandan xəbərdarlıq
-
Qədim insanların miqrasiya marşrutu Azərbaycandan keçib? - VİDEO
-
İpoteka kreditləri artır, mənzil bazarında hansı risklər yaranır? - VİDEO
-
“Mümkündür, bu məsələyə baxacağıq” - ABŞ husiləri bombalaya bilər
-
Türkiyədə 8 ayda 7 818 əməliyyat keçirilib - 32 mindən çox şübhəli həbs olunub
-
Yanğında həlak olan Könül Vəlibəylinin qızı kömək istədi - VİDEO
-
Azərbaycana qarşı ideoloji təhdidlər - Necə müdafiə olunmalıyıq?
-
“Rusiya və Ukrayna enerji atəşkəsinə razılaşıb“ - Tramp
-
Nəsimidə parkın bir hissəsi kafe üçün başçının qohumuna verilib - VİDEO
-
Abramoviçin milyonluq oyunu ifşa olunur? - Şok araşdırma
-
Yollarda duman olacaq - Sürücülərin nəzərinə!
-
Montellanın postuna 6 namizəd - Türkiyə millisini kim çalışdıracaq?
-
Alman nazir Trampı sərt tənqid etdi: “Bu, mənəvi iflasdır”
-
Kambocanın Baş naziri Azərbaycana gəldi - Fotolar
-
Mask da “xor“a qoşuldu: Zelenski çox irəli getdi...
-
Pakistanda İmran Xan böhranı - Fövqəladə vəziyyət
-
Avstraliyadan Azərbaycana gilas gətirilib - Kiloqramı 35 manata
-
“Vətəndaşlarımızı təxribatlara uymamağa çağırırıq“ - Milli QHT Forumu
-
Bəzi rayonlarında yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Mourinyoya qarşı narazılıq: Futbolçular qruplaşmalara bölünüblər
-
Zelenski müharibəni dəfələrlə dayandıra bilərdi - Tramp
-
Türkiyədə dəhşətli qəza: 11 nəfər öldü, 27 yaralı var
-
Şəmkirdə 18 yaşlı gənc bıçaqlandı - Şübhəli əkiz qardaşıdır
-
ABŞ husilərin Səudiyyə Ərəbistanına hücumlarını kəskin pisləyir - Rubio
-
Yeni hakimlərin əksəriyyəti bu universiteti bitiriblər - ADLAR
-
Türkiyədə cinayətkar qruplaşmalara qarşı əməliyyat - 73 şübhəli həbs edilib
-
Makronun reytinqi rekord həddə düşüb - Fransızların cəmi 15 faizi onu dəstəkləyir
-
“Biz hər an vurulub ölə bilərik” - Rostovda qalan 12 dənizçimizi kim xilas edəcək?
-
Hadrutda 80 əsgərimizi mühasirədən çıxararkən şəhid oldu - FOTOLAR
-
Sakit okean rekord dərəcədə istiləşib - SƏBƏB
-
Nepalda daşqınlar evləri və körpüləri dağıdıb - İtkin düşənlər var
-
“İşə getsən, səni öldürəcəyəm“ dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
-
Avtomobil bazarında yeni tələblər qiyməti artıracaq? - VİDEO
-
Putin razılaşma istəyir, amma Zelenski razılaşmadan imtina edir - Tramp
-
“Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır“ - Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?
-
ABŞ Konqresində qanun layihəsi hazırlanır - Rusiya neftinin alınmasının qadağan edilməsi müzakirə edilir
-
İpoteka kreditləri artır, mənzil bazarında hansı risklər yaranır? - VİDEO
-
Ər-Riyad hava limanına hücumlarda zərərçəkənlər var - 12 nəfər həlak olub, 300-dən çox şəxs yaralanıb
-
Paytaxt sakinlərini narahat edən problem: Evlərə verilən su nə dərəcədə keyfiyyətlidir?
-
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
-
Araq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü - Astarada
-
Xaricdə istirahət lüksə çevrilir: Azərbaycanlı turistlər seçimlərini dəyişir
-
Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
-
“Putin Trampa İranın mövqeyini çatdırıb“ - Kreml
-
Salyanda kişi arvadını döydü - Balıq bişirmədiyinə görə
-
Yeni qayda pensiya məbləğlərinə necə təsir edəcək? - VİDEO
-
Türkiyədə bu şəxslərə sosial mediaya giriş qadağan olunacaq - 1 noyabrdan
-
“Azərişıq” cənub regionunda fasiləsiz çalışır - VİDEO
-
Portuqaliyadan şok Ronaldo qərarı: Cəza verildi, intizam araşdırması başladı
-
Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı - SİYAHI
-
İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTOLAR
-
ABŞ Ukraynanı hədələdi: Hücumları dayandır, yoxsa...
-
Prezident Ramzan Kadırovla “Ağ Şəhər”də - Fotolar
-
Natiq Əlisoyun dövlət sifarişləri 25 milyon manata yaxınlaşır - Yeni mənzil tenderi
-
Qadını şantaj edən gənc həbs olundu - TƏFƏRRÜAT
-
İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTOLAR
-
“Aqrarkredit” ala bilmədiyi borcları satışa çıxardı - 90 milyon manata yaxın...
-
“Zorakılığa və ədalətsizliyə boyun əyməyəcəyik“ - Pezeşkian
-
Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama
-
Şahbaz Şərif İlham Əliyevə zəng etdi - Nələr müzakrə olunub?
-
Yeni təyin olunan hakim şəhid qardaşıdır - FOTO
-
Azərbaycanda 33 milyonluq şirkət yaradıldı - Qanuni təmsilçisi kimdir?
-
“Putinin 10 ildir edə bilmədiyini mən iki gündə etdim” - Tramp
-
Zakir Quliyev məşhur obyektini satışa çıxardıb -10 milyon dollara
-
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq - Sabahın havası
-
ABŞ Rusiyaya qarşı sanksiyaları yumşaltdı - Zelenski od püskürdü...
-
Kənan Aşurlu dövlət hesabına maşın alır -159 minlik
-
Pakistan döyüş təyyarələri husiləri vurub - “The New York Times”
-
Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?
-
Yunanıstan və İspaniya “Patriot” raketlərini Ukraynaya verməkdən imtina edir - “The Telegraph”
-
Azərbaycanda LGBT-nin fəaliyyətini qadağan edən qanun qəbul olunur - Təfərrüat
-
Dövlət Komissiyasının tərkibi dəyişdi - SƏRƏNCAM
-
Prezident bu məhkəmələrə hakimlər təyin etdi - SƏRƏNCAM
-
Masazırda 4 avtomobil yanıb kül oldu - VİDEO
-
Kəlbəcərə qar yağıb, Yardımlıya dolu düşüb - FAKTİKİ HAVA
TOP 10
ARXİV






