| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
“İnter” MMC-nin rəhbəri eyni mənzilləri iki adama satıb? - ŞİKAYƏT
Tarix 26.01.22, 19:51 |
|
“19 aprel 2019-cu il tarixində Bakı Şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181 ünvanında yerləşən binanın C blokunun 22-ci və 23-cü mərtəbələrindən iki mənzili satın aldım. 195 kvadratmetrlik mənzil üçün 144 min 400 manat, 80 kvadratmerlik mənzil üçün isə 57 min 600 manat olmaqla, ümumilikdə 202 min manat vəsaiti “İnter” MMC-nin bank hesabına ödədim. Bu ödənişlər müqavilələrin 3.1-ci bəndində şirkətin icraçı direktoru Qabil Əliyev və mənim imzamla birlikdə ayrıca qeyd olunub. Amma buna baxmayaraq, Qabil Əliyev ödənişini etdiyim mənzilləri mənə verməkdən boyun qaçırır”.
Bu sözləri “AzPolitika.info”ya müraciətində şikayətçi Adıgözəlova Könül Əlövsət qızı bildirib. K.Adıgözəlova qeyd edir ki, 2015-ci ildə adıçəkilən ünvanda “İnter” MMC şirkəti bina inşa etməyə başlayıb: “19 aprel 2019 - cu ildə bu binadakı iki mənzilin ödənişini edərək, rəsmi qaydada Qabil Əliyevlə müqavilə imzaladıq. Bütün rəsmi sənədlərdə mənim və “İnter” MMC-nin direktoru Q.Əliyevin imzası var. Müqavilədə bütün nüanslar, ödənişlər, öhdəliklər və s. qeyd olunub. Eyni zamanda maliyyə arayışında da qeyd olunur ki, hər iki mənzilin ödənişi edilib və mənzillər Adıgözəlova Könül Əlövsət qızına məxsusdur. Müqavilədə o da qeyd olunur ki, bu sənəd imzalandığı gündən qüvvəyə minir və tərəflər öz üzərlərinə düşən öhdəlikləri yerinə yetirməyə borcludurlar. Amma nədənsə qarşı tərəf üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırır, məni get-gələ salır, süründürməçiliklə məşğul olur, bir sözlə ödənişini etdiyim mənzilləri mənə vermək istəmir, adıma sənədləşdirmir”.

Şikayətçi qeyd edir ki, problemlə bağlı bütün aidiyyatı qurumlara şikayət məktubu ünvanlasa da, onların heç birindən tutarlı cavab ala bilməyib: ”Qabil Əliyevin qanunsuz əməlləri ilə bağlı Xətai Rayon Prokurorluğuna müraciət ünvanladım və tələb etdim ki, bu şəxsin cinayət əməlləri araşdırılsın və hüquqi müstəvidə cəzalandırılsın. Amma prokurorluğun cavabı məni qane etmədi. Xətai Rayon Prokurorluğundan bildirildi ki, ərizədə qeyd edilənlər Azərbaycan Respublikası MPM-nin 25.1-ci maddəsinə əsasən, mülki qaydada məhkəmə baxışı ilə həll edildiyindən, MPM-nin 35.1-ci maddəsinə uyğun olaraq aidiyyatı üzrə məhkəmə orqanına müraciət etməyim tövsiyyə olunur. Halbuki, Qabil Əliyevin əməlində külli miqdarda dələduzluq cinayətinin tərkibi hissəsi var. Prokurorluğun belə mövqe tutması bizdə heyrət və təəssüf hissi doğurur. Amma biz bu cavabla qane olmaq niyyətində deyilik. Hüququmuzun bərpası üçün lazım olan bütün addımları atacağıq".
Şikayətçinin vəkili də bildirir ki, göstərilən sənədlərdə heç bir qanun pozuntusu yoxdur və sənədləşmə prosedura uyğun aparılıb: “Şikayətçi Xətai Rayon Məhkəməsinə müraciət edib. Orada problemin ilin sonuna qədər həll ediləcəyi deyilsə də, məhkəmə müraciətə etinasız yanaşdığından lazımi qərar qəbul edilməyib. Hesab edirəm ki, zərərçəkmiş şəxs yenidən məhkəməyə müraciət edərək öz haqqını tələb etməlidir”.
“İnter” MMC-nin direktoru Qabil Əlyev isə “AzPolitika.info”ya bildirdi ki, sözügedən məsələdən xəbardar deyil və bu barədə şikayətçi tərəfindən ona heç bir müraciət daxil olmayıb: “Bəli, sözügedən mənzil K.Adıgözəlovaya məxsusdur və 2019-cu ildə ödəniş edib. Amma qeyd edilən şikayətdən xəbərim yoxdur. Qeyd etdiyiniz binanın tikintisi hələ tam başa çatmayıb. Hal-hazırda təmir- tikinti işləri davam etdirilir. Binada tikinti işlərinin bu ilin sonunadək bitməsi planlaşdırılır. Hazırda binada yaşayış yoxdur. Şikayətçinin sizə niyə müraciət etdiyini də bilmirəm. Qeyd edim ki, binada tikinti işləri tam yekunlaşdıqdan sonra mənzillər sahiblərinə təhvil veriləcək. Prokurorluq bu işi araşdırıb və lazımi qərarı veribsə deməli, burda heç bir problem yoxdur”.

Könül Adıgözəlova isə bildirir ki, Q.Əliyevin dedikləri yalandır. Həyat yoldaşı Mahmud Tahirov dəfələrlə ona müraciət edərək mənzilləri onun adına sənədləşdirməyi tələb edib, amma Q.Əliyev bundan imtina edib. Daha sonra ödədiyi 202 min manatı geri qaytarmasını istəyib, Q.Əliyev isə vəsaiti ödəməkdən yayınıb: “Bizdə olan məlumata görə həmin mənzillər başqa şəsxlərə satılıb. Həyat yoldaşım ötən həftə Qabil Əliyevin mobil telefonuna dəfələrlə zəng edib, onunla görüşməyə çalışdı, amma telefonu açmadı, ofisinə də getdi, amma o, həyat yoldaşımla görüşmədi".
Onu da qeyd edək ki, internet resurslarında “İnter” MMC şirkəti və Qabil Əliyev haqqında xeyli qalmaqallı xəbərələrə rast gəldik. Qabil Əliyev və şirkətinin adı bir neçə məhkəmə çəkişmələrində hallanır. Ona görə də mənzil alarkən daha ehtiyatlı olsunlar deyə, şirkətin və direktorun adının hallandığı bəzi hadisələri oxuculara xatırlatmaqda fayda var. Məsələn, K.Adıgözəlovanın üzləşdiyi problemin eynisi 2012-ci ildə bu şirkətdən mənzil alan Tünzalə Həsənovanın da başına gəlib. 2016-cı ildə iş adamı İsfəndiyar Axundov(Şərurlu İsfəndiyar) Qabil Əliyevin ortağı olduğu “Hom Paş Prestij” MTK-nı məhkəməyə verib. Belə ki, Qabil Əliyev və türk iş adamı Hikmət Yiğitdölünün sahibi olduqları “Hom Paş Prestij” MTK şirkəti 2019-cu ildə 74 vətəndaşı aldadaraq, mənzil satışı adı ilə onların pullarını mənimsəməkdə günahlandırılıb. Qeyd edək ki, Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə türk biznesmenin barəsində dələduzluq ittihamları ilə cinayət işi açılmış, Yiğitdölünün iş ortağı Qabil Əliyevin isə günahsız olduğuna qərar verilmişdi.





Xəbərin oxunma sayı : 571
Sosial
Xəbərlər
-
Paytaxtın bu rayonunda 2 gün su olmayacaq - XƏBƏRDARLIQ
-
Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub - Sərəncam
-
Aİ ilə bağlı referendum keçirməyəcəklər - Baş nazir açıqladı
-
DTX avtomobilləri qəsdən yandıranları həbs etdi - VİDEO
-
Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq? - Azərbaycana gözlənilən qərar
-
Mənzil alanlara şad xəbər: Bu məbləğ sizə geri ödəniləcək
-
Rusiya sentyabrda 50 mindən çox hərbçi itirib? - NATO rəsmisi AÇIQLADI
-
Tap.az-da işə düzəltmək adı ilə 1085 manat alan şəxs həbs edilib - TƏFƏRRÜAT
-
Azərbaycanda avtomobil bazarında son vəziyyət açıqlandı - Ən çox bu avtomobillər satılır
-
Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib - TƏFƏRRÜAT
-
Vilayət Eyvazov İranın daxili işlər naziri ilə görüşdü – Fotolar
-
TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı
-
Aİ Rusiyaya qarşı yeni sanksiyaları təsdiqlədi - 1600-ə yaxın məhdudiyyət tətbiq edildi
-
Bakıda və rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
-
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - Fotolar
-
Azərbaycanda bahalaşan məhsullar açıqlandı - SİYAHI
-
Ermənistanın Aİ-yə üzvlüklə bağlı referendum keçirməsi bu il real deyil - Paşinyan
-
“Səfərbərlik Xidmətinin 121 əməkdaşı barəsində araşdırmalar aparılıb“ - Baş Prokurorluq
-
Hava soyuyan kimi dəm qazının törətdiyi faciələr artır - VİDEO
-
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI
-
Agentlik bu şəxsdən 74 mənzil alır - 3,4 milyon manat ödəniləcək
-
“Tarixin ən yaxşı oyunçusu mənəm” - Kriştianu Ronaldo
-
Məktəbli formaları ilə bağlı monitorinqlər başlayıb - FOTOLAR
-
Prezidentlə xanımının adından rəsmi nahar verildi - VİDEO/FOTOLAR
-
Qoz Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - Siyahı
-
“Azərbaycan və Kamboca mina çirklənməsi problemlərini öz təcrübəsindən bilir“ - Prezident
-
Məktəbli forması ilə bağlı münaqişə yaradan 37 nəfər həbs olundu - RƏSMİ
-
Kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalandı - Fotolar
-
Azərbaycanda orta aylıq əməkhaqqı 7,2 faiz artıb - RƏSMİ
-
“Süni intellekt əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir“ - Prezident
-
İlham Əliyevlə Hun Manet mətbuata bəyanatlarla çıxış etdi - Fotolar
-
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - Video - Fotolar
-
Bu il dövlət sektorunda işləyənlərin sayı 31,6 min nəfər azalıb - Rəsmi
-
Prezident Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşüb -FOTOLAR
-
“Müharibə daha qaranlıq mərhələyə daxil olub“ - Ursula von der Leyen
-
İlham Əliyev Kambocanın baş nazirini qarşılayıb - FOTOLAR
-
Azərbaycan İnvestisiya Holdinqində yeni direktor təyinatı - FOTO
-
Səudiyyə Ərəbistanında hava limanlarına ardıcıl hücumlar - 19 ölü
-
Macarıstan Ukraynaya hərbi yardım göstərmək niyyətində deyil - Magyar
-
Armud Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı
-
Tikinti sektoruna verilən kreditlər artır - VİDEO
-
Kredit faizləri ilə bağlı meyar dəyişdi - Video
-
Sənədsiz evlərə necə çıxarış almaq olar? - Video
-
Bahalı avtomobillər niyə qəfildən yanır? - Video
-
7 yaşlı Nihatın köməyə ehtiyacı var - Anasından müraciət
-
“Növbəti hücuma cavab fərqli olacaq” - İrandan xəbərdarlıq
-
Qədim insanların miqrasiya marşrutu Azərbaycandan keçib? - VİDEO
-
İpoteka kreditləri artır, mənzil bazarında hansı risklər yaranır? - VİDEO
-
“Mümkündür, bu məsələyə baxacağıq” - ABŞ husiləri bombalaya bilər
-
Türkiyədə 8 ayda 7 818 əməliyyat keçirilib - 32 mindən çox şübhəli həbs olunub
-
Yanğında həlak olan Könül Vəlibəylinin qızı kömək istədi - VİDEO
-
Azərbaycana qarşı ideoloji təhdidlər - Necə müdafiə olunmalıyıq?
-
“Rusiya və Ukrayna enerji atəşkəsinə razılaşıb“ - Tramp
-
Nəsimidə parkın bir hissəsi kafe üçün başçının qohumuna verilib - VİDEO
-
Abramoviçin milyonluq oyunu ifşa olunur? - Şok araşdırma
-
Yollarda duman olacaq - Sürücülərin nəzərinə!
-
Montellanın postuna 6 namizəd - Türkiyə millisini kim çalışdıracaq?
-
Alman nazir Trampı sərt tənqid etdi: “Bu, mənəvi iflasdır”
-
Kambocanın Baş naziri Azərbaycana gəldi - Fotolar
-
Mask da “xor“a qoşuldu: Zelenski çox irəli getdi...
-
Pakistanda İmran Xan böhranı - Fövqəladə vəziyyət
-
Avstraliyadan Azərbaycana gilas gətirilib - Kiloqramı 35 manata
-
“Vətəndaşlarımızı təxribatlara uymamağa çağırırıq“ - Milli QHT Forumu
-
Bəzi rayonlarında yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Mourinyoya qarşı narazılıq: Futbolçular qruplaşmalara bölünüblər
-
Zelenski müharibəni dəfələrlə dayandıra bilərdi - Tramp
-
Türkiyədə dəhşətli qəza: 11 nəfər öldü, 27 yaralı var
-
Şəmkirdə 18 yaşlı gənc bıçaqlandı - Şübhəli əkiz qardaşıdır
-
ABŞ husilərin Səudiyyə Ərəbistanına hücumlarını kəskin pisləyir - Rubio
-
Yeni hakimlərin əksəriyyəti bu universiteti bitiriblər - ADLAR
-
Türkiyədə cinayətkar qruplaşmalara qarşı əməliyyat - 73 şübhəli həbs edilib
-
Makronun reytinqi rekord həddə düşüb - Fransızların cəmi 15 faizi onu dəstəkləyir
-
“Biz hər an vurulub ölə bilərik” - Rostovda qalan 12 dənizçimizi kim xilas edəcək?
-
Hadrutda 80 əsgərimizi mühasirədən çıxararkən şəhid oldu - FOTOLAR
-
Sakit okean rekord dərəcədə istiləşib - SƏBƏB
-
Nepalda daşqınlar evləri və körpüləri dağıdıb - İtkin düşənlər var
-
“İşə getsən, səni öldürəcəyəm“ dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
-
Avtomobil bazarında yeni tələblər qiyməti artıracaq? - VİDEO
-
Putin razılaşma istəyir, amma Zelenski razılaşmadan imtina edir - Tramp
-
“Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır“ - Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?
-
ABŞ Konqresində qanun layihəsi hazırlanır - Rusiya neftinin alınmasının qadağan edilməsi müzakirə edilir
-
İpoteka kreditləri artır, mənzil bazarında hansı risklər yaranır? - VİDEO
-
Ər-Riyad hava limanına hücumlarda zərərçəkənlər var - 12 nəfər həlak olub, 300-dən çox şəxs yaralanıb
-
Paytaxt sakinlərini narahat edən problem: Evlərə verilən su nə dərəcədə keyfiyyətlidir?
-
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
-
Araq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü - Astarada
-
Xaricdə istirahət lüksə çevrilir: Azərbaycanlı turistlər seçimlərini dəyişir
-
Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
-
“Putin Trampa İranın mövqeyini çatdırıb“ - Kreml
-
Salyanda kişi arvadını döydü - Balıq bişirmədiyinə görə
-
Yeni qayda pensiya məbləğlərinə necə təsir edəcək? - VİDEO
-
Türkiyədə bu şəxslərə sosial mediaya giriş qadağan olunacaq - 1 noyabrdan
-
“Azərişıq” cənub regionunda fasiləsiz çalışır - VİDEO
-
Portuqaliyadan şok Ronaldo qərarı: Cəza verildi, intizam araşdırması başladı
-
Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı - SİYAHI
-
İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTOLAR
-
ABŞ Ukraynanı hədələdi: Hücumları dayandır, yoxsa...
-
Prezident Ramzan Kadırovla “Ağ Şəhər”də - Fotolar
-
Natiq Əlisoyun dövlət sifarişləri 25 milyon manata yaxınlaşır - Yeni mənzil tenderi
-
Qadını şantaj edən gənc həbs olundu - TƏFƏRRÜAT
-
İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTOLAR
-
“Aqrarkredit” ala bilmədiyi borcları satışa çıxardı - 90 milyon manata yaxın...
-
“Zorakılığa və ədalətsizliyə boyun əyməyəcəyik“ - Pezeşkian
-
Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama
-
Şahbaz Şərif İlham Əliyevə zəng etdi - Nələr müzakrə olunub?
-
Yeni təyin olunan hakim şəhid qardaşıdır - FOTO
-
Azərbaycanda 33 milyonluq şirkət yaradıldı - Qanuni təmsilçisi kimdir?
-
“Putinin 10 ildir edə bilmədiyini mən iki gündə etdim” - Tramp
-
Zakir Quliyev məşhur obyektini satışa çıxardıb -10 milyon dollara
-
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq - Sabahın havası
-
ABŞ Rusiyaya qarşı sanksiyaları yumşaltdı - Zelenski od püskürdü...
-
Kənan Aşurlu dövlət hesabına maşın alır -159 minlik
-
Pakistan döyüş təyyarələri husiləri vurub - “The New York Times”
-
Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?
-
Yunanıstan və İspaniya “Patriot” raketlərini Ukraynaya verməkdən imtina edir - “The Telegraph”
-
Azərbaycanda LGBT-nin fəaliyyətini qadağan edən qanun qəbul olunur - Təfərrüat
-
Dövlət Komissiyasının tərkibi dəyişdi - SƏRƏNCAM
-
Prezident bu məhkəmələrə hakimlər təyin etdi - SƏRƏNCAM
-
Masazırda 4 avtomobil yanıb kül oldu - VİDEO
-
Kəlbəcərə qar yağıb, Yardımlıya dolu düşüb - FAKTİKİ HAVA
TOP 10
ARXİV






