Tünzalə Ağayeva imicini dəyişdi - VİDEO Röya xarici görünüşündə dəyişiklik etdi - VİDEO Aygün Kazımovanın həyatında rolu olan 10 kişi Hülya Avşar pozitiv olmağın sirlərini açıqladı - VİDEO
Axtar
 
  • / Maqazin / — 12 Mart 2023

    Tünzalə Ağayeva imicini dəyişdi - VİDEO

  • / Maqazin / — 04 Mart 2023

    Röya xarici görünüşündə dəyişiklik etdi - VİDEO

  • / Maqazin / — 26 Yanvar 2023

    Aygün Kazımovanın həyatında rolu olan 10 kişi

  • / Maqazin / — 22 Yanvar 2023

    Hülya Avşar pozitiv olmağın sirlərini açıqladı - VİDEO

  • / Maqazin / — 13 Yanvar 2023

    Aygün Kazımova və Hadisədən sonra Gülay... - Fotolar

  • / Maqazin / — 12 Yanvar 2023

    Sevda Sanəliyeva ərə gedir - Üçüncü dəfə

İran casusları məlumatları Bakıdakı gizli radiostansiya vasitəsilə ötürürmüş - ŞOK FAKTLAR

Tarix 02.02.23, 14:55

Font ölçüsü : - / +
bitmap-img6


Birinci Qarabağ müharibəsi dövründə İranın hərbi müşahidəçiləri, guya, ermənilərlə bizim aramızda əlaqə yaradırdılar və onların hərbi hissələrə daxil olmaq imtiyazları var idi. Guya, onlar bizim əsgər və zabitlərimizə təlimlər keçirdilər.

Bu fikirləri Trend BİA-nın "Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinə müsahibəsində Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib.

O qeyd edib ki, Birinci Qarabağ müharibəsi dövründə həmin hərbi müşahidəçilər mütəmadi olaraq hərbi hissələrə gedirdilər və onlar hansı hərbi yüksəkliklərə, strateji məntəqələrə gedirdilərsə, qayıtdıqdan bir neçə gün sonra qəflətən həmin yerə ermənilər tərəfindən hücum olurdu.

"O zaman bu məsələ diqqət mərkəzinə düşdü, araşdırma zamanı şübhələr yarandı və artıq İran hərbi müşahidəçiləri ətrafında işlənilməyə başlanıldı. O zaman bunların Bakıda 8-ci mikrorayonda gizli radiostansiyası aşkarlandı. Həmin hərbi müşahidəçilər mənzil kirayə götürmüşdülər. Radioəlaqə kanalları müəyyən edildi və məlum oldu ki, bu hərbi müşahidəçilər SEPAH-ın kəşfiyyatçıları idilər. Hətta bu müşahidəçilər o zaman daxili qoşunların 120 əməkdaşının İrana göndərilməsini təşkil etdilər. Guya, onlar oraya təlimə getmişdilər, amma onların hamsını dövlət çevrilişinə hazırlayırdılar. Onları inandırırdılar ki, hər biri yüksək vəzifə sahib olacaqlar.

O dövrdə təhlükəsizlik orqanı çox unikal bir tədbir keçirdi. Onda artıq bu müşahidəçilərin sülhsevər yox, düşmənçilik faəliyyəti ilə məşğul olduqları bilindi. Bu, İran üçün şok idi. Onlar çox xahiş etdilər, yalvardılar ki, bunu ictimailəşdirməyək. Onlar ən azından "erməniyə dəstəyi dayandırıb, Azərbaycana dəstək göstərəcəyik" dedilər. Təbii ki, bu, yalan idi onlar yenə düşmənçilik faəliyyətini davam etdirdilər", - deyə o bildirib.

Müsahibənin tam versiyasını təqdim edirik:

 



Xəbərin oxunma sayı : 1750

loading...

Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap