Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

“AAAF Park“ rəhbərindən şok ittihamlar: “Bizə qarşı təxribatları həmin məmurlar edir”

Tarix 24.01.18, 1:00

Font ölçüsü : - / +
bitmap-img6


"AAAF Park"ın rəhbəri Tofiq Heydərov şok ittihamlarla çıxış edib.

 BakuPost.az xəbər verir ki, o özünün facebook hesabında son günlər "AAAF Park"da baş verənlərin təxribat olduğunu bildirib.
Bu işlərin başında Abşeron İcra hakimiyyətinin və bir sıra dövlət qurumlarının dayandığını açıq şəkildə bildirib: "Sön günlər baş verən hadisələr bizə qarşı aparılan təxribatların kiçik formasıdır. Sifarişçiləri təqdim edirəm: 

1. Abşeron İH 
2. Azərişıq ASC 
3. Abşeronda inşaat sektorunda marağı olan məmurlar
4. Parka yerləşdirilən satqınlar.
Amma narahat olmağa heç bir səbəb yoxdur. Çünki on ildən artıqdır, bizə qarşı bu oyunlardan istifadə edirlər. Hücumlar çoxaldıqca bu, işlərimizin daha da inkişafına səbəb olur”.

 İş adamın bildirib ki, yaranmış problemlərin bir qismi də "AAAF Park"da iş görən başqa şirkətlərin məsuliyyətsizliyi ucbatından baş verib: "AAAF Park”
 "Ağ şəhər” kimi bir böyük şəhərsalma layihəsidir. Bu layihədə onlarla iş adamları və sahibkarlar yaxından iştirak ediblər. Aralarında Azərbaycan Beynəlxalq Bankın keçmiş əməkdaşları, İH-in məmurları və s. iş adamlarını qeyd etmək olar. İnşa edilən torpaq ərazisi AAAF inşaat MMC-nin adında girovda olduğundan bütün inşaat bir sərəncamlar bizim adımıza sənədləşdirilib. Bu layihədə iştirak edən sahibkarlar arasında işini yarımçıq qoyub qaçanlar, vergisini ödəməyənlər da olub. Bizim adımız olduğuna görə bir xırda problem olan kimi hamı bizim üzərimizə hücum çəkir. Dərd orasındadır ki, adımıza olmayan Xalq Sity, Qismət-Ruzi MTK , Abşeron Sity və s. şirkətlərə görə də üstümüzə gəlirlər. Biz də məcbur olub işlərini tamamlamayan bu adamların sakinlərə vurduğu ziyanları aradan qaldırmasına hər zaman köməklik göstəririk.
AAAF inşaat MMC isə respublikamızda ağır atletikanın inkişafı üçün təsis edilən bir şirkətdir. Bu qədər çətinliklərə baxmayaraq, elə bir işlər görə bilmişik ki, xaricdən gələn qonaqlar da qurduğumuz şəraitə heyran qalırlar. Uğurlarımızı qəbul etməyən öz xəyanətkarlarımız isə sübut etmək istəyirlər ki, heç bir sahibkar öz gücünə respublikamızda iş qura bilməz”.



Tofiq Heydərov iddia edir  ki, baş verən proseslər hansısa məmurlar tərəfindən yönəldilir. Məqsəd isə onları müflis etmək və nələrisə onlardan qoparmaqdır: "Cənab Prezidentimizin sahibkarlar haqqında tapşırıqlarına baxmayaraq, bəziləri öz çirkin əməllərinə davam edirlər”

O, insanların əsas narazı olduqları işıq və istilik probleminə də toxunub: "Həqiqətən işıq Xırdalanda böyük bir problemə çevrilib. Biz Quşçuluq fabrikini satın alanda bizə bu obyektin en güclü işıq stansiyası və kanalizasiya sisteminin mükəmməl olduğunu demişdilər. Lakin məlum oldu ki, bunlar hamısı yalan imiş. Ondan sonra yenidən iki ədəd 1600 kv- lıq yarımstansiya tikdirdilər, amma  xeyri olmadı ki, olmadı. AAAF parkın en gözəl obyekti olan olimpiya üzgüçülük hovuzu neçə vaxtdır işıq çatışmazlığından açıla bilmir. İnşaatda kranlarını sakinlərə görə çalışdıra bilmirik ki işıq zəifləyər. Dəfələrlə İcra Hakimiyyətində məsələ qaldırmışıq və Baba Rzayevin qəbulunda olmuşam. Nə məsələdirsə başa düşə bilmirəm. "Kupça” məsələsinə oxşayır bir az. Onu da deyim ki, bu "Kupça” məsələsi ictimailəşəndən sonra Bank lazım olan sənədləri Əmlak Komitəsinin qeydiyyat şöbəsinə teqdim edib. 
O ki, qaldı istilik məsələsinə, sakinlərimizin kəçən ildən istixanalara görə qaz idarəsinə küllü miqdarda borcu qalmışdı. Aylıq müəyyən məbləğ ödəməklə şəxsən öz vəsaitim hesabına öhdəçilik götürmüşəm. Bu il də iki ayda yenə kifayət qədər borclar yığılıb. Yaxında ödəyə bilməsək, qazı da kəsəcəklər. Allaha şükürlər olsun ki, havalar o qədər de çox soyuq keçmir. Bir az soyuq və bir az da möhkəm külək olan kimi işıqları fasilələrlə söndürürlər”.
 

 
T.Heydərov sakinlərin iki gün öncə etiraz etmələrinə, yolu bağlamalarına da münasibət bildirib: "Sakinlərimizə yolu kəsməyi heç yaraşdırmıram. Məlumatım var, kimlər evlərin qapısını bir-bir döyərək, sakinləri yolu kəsməyə dəvət edib. 15 000 sakindən 20 nəfəri yığmağa nail olub. Hüquq-mühafizə orqanlarında cavab verəndə görəcəyik sizi. Utanmadan sanki 20 yanvarda tankların qabağını kəsirlər. Yol kəsmək və qanunsuz hərəkətlərlə qarışıqlıq salmaq çıxış yolu olsaydı, onu məndən yaxşı bacaran inanmıram ki, respublikamızda olsun. Sabitliyi pozmağa çalışan hər bir şərəfsizlə şəxsən hesablaşmağı bacara bilən gücüm var. Mən bu mübarizədə kiçik tulalarla mübarizə aparmağı özümə sığışdırmıram. Çox məqamı olan nazir səviyyəli məmurların arxalarınca başqalarının deməyə cürət etmədiklərini kabinetlərində üzlərinə deməyi bacara bilmişəm. Bu mübarizəm otuz ildir ki davam edir.



Bu müddət ərzində "Müxalifətçi", "Ələkrəmçi", "Vahabi", "Nurçu","Fetoçu", "Cinayətkar", "İranın Adamı", "Dələduz", "ABB la kredit fırıldaqçısı" və s. adları ilə mətbutda məni yalandan on dəfədən artıq "həbs ediblər”. İnternetdə sadəcə mənim adımı və soyadımı yazsanız mindən artıq belə yalan məlumatlar çıxacaq...
Yaxında bütün tanıdığım sahibkarlarla birgə Cənab Prezident İlham Əliyevə rəsmi müraciət ünvanlayacağıq. Bütün sahibkarlara burdan müraciət edirəm: Cənab Prezidentimizin söylədiyi kimi heç kimdən qorxmayın, yazı və ya başqa vasitələrlə süni problemlər yaradan xəyanətkarlar haqqında məlumat verin. 2017-ci ildə 5 000 000 manata yaxın vergi ödəmişik, inşa etdiyimiz obyektlərdə minlərlə vətəndaşımız ailəsinə çörək pulu qazana bilir, idmana milyonlarla vəsait xərcləmişik. Bu il daha da artığını etməyi qarşımıza məqsəd qoymuşuq. Bir mənalı hamı başa düşməlidir ki, sahibkarlara qarşı yaradılan süni maneələr dövlətimizə və Prezidentə qarşı bir xəyanətdir.
Allahın köməkliyi ilə hər şey yoluna qoyulacaq”.

Qeyd edək ki, yanvarın 21-i axşam saatlarında 
Xırdalanda yerləşən "AAAF Park” yaşayış kompleksinin sakinləri etiraz aksiyası keçirib. Kompleks sakinləri bir neçə saatdır, işıq və qaz olmamasına görə narazılıq edir.
 
Sakinlər "AAAF Park” rəhbərliyinin ofisi qarşısına toplaşıb. Bir qrup insan isə Xırdalan yolunu bağlayıb.










Xəbərin oxunma sayı : 322




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap