“Halal pul qazanıram“ – Fatimə əsəbiləşdi Türkan donuna görə şərhləri bağladı - FOTO Tünzalə Ağayeva şortikdə, göbəyi açıq poz verdi - VİDEO Aygün Kazımova gözlərinin rəngini dəyişdi - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 24 May 2023

    “Halal pul qazanıram“ – Fatimə əsəbiləşdi

  • / Maqazin / — 15 May 2023

    Türkan donuna görə şərhləri bağladı - FOTO

  • / Maqazin / — 05 May 2023

    Tünzalə Ağayeva şortikdə, göbəyi açıq poz verdi - VİDEO

  • / Maqazin / — 25 Aprel 2023

    Aygün Kazımova gözlərinin rəngini dəyişdi - FOTOLAR

  • / Maqazin / — 17 Aprel 2023

    “Səsimə yaraşan xanım müğənni yoxdur“ - Mətanət Əsədova

  • / Maqazin / — 09 Aprel 2023

    Bir ərlə yaşamaqdan bezərəm“ - Pərvin Abıyeva

“ABŞ Dövlət Departamentinin hesabatı Gürcüstan hökuməti üçün maraqlı deyil“ - Baş nazir

Tarix 21.03.23, 17:41

Font ölçüsü : - / +
bitmap-img6


Gürcüstan Baş naziri İrakli Qaribaşvili ABŞ Dövlət Departamentinin növbəti hesabatının böyük hissəsinin yalan informasiyalara əsaslandığını və hökumət üçün maraqlı olmadığını bəyan edib.

APA-nın “newsgeorgia.ge”-yə istinadən verdiyi xəbərə görə, İrakli Qaribaşvili qısa şəkildə hesabatın əsas hissələri ilə tanış olduğunu, sənədin bəzi “elitar QHT-lər”-in təqdim etdiyi əsasən qeyri-obyektiv, qərəzli, subyektiv və ədalətsiz rəylərə əsaslandığını bildirib.

Baş nazir qeyd edib ki, hesabatda sadalananlar həqiqəti əks etdirmir və buna görə də hesabat hökumət üçün maraqlı deyil: “Dövlət Departamentinin öncəki hakimiyyətlə bağlı tənqidi hesabatını xatırlamıram. Həmin hakimiyyət dövründə sistemli korrupsiya, işgəncə, zorlama, qətl, biznesin ələ keçirilməsi halları olub, KİV azadlığı isə olmayıb. Gürcüstanda yüzlərlə QHT fəaliyyət göstərir, qeyri-dəqiq informasiya yayırlar. Ancaq buna baxmayaraq, bu gün QHT-lər, KİV-lər tam azad şəkildə fəaliyyət göstərir. Bu, demokratiyanın bir hissəsidir. Biz onların qarşısında bu həqiqəti ortaya qoyuruq”.

Qeyd edək ki, dünən ABŞ Dövlət Departamentinin 198 ölkədə insan hüquqları ilə bağlı hesabatı yayılıb. Hesabatda Gürcüstana 57 səhifə həsr olunub. Hesabatda iddia olunub ki, hökumət insan hüquqlarının pozulması hallarına qarşı tədbirlər görsə də, ölkədə cəzasızlıq problem olaraq qalır. Sənəddə həbsdə olan Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin durumuna da diqqət çəkilib.



Xəbərin oxunma sayı : 847

loading...

Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap