“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“ABŞ terrorçular üçün “təhlükəsiz bölgə” yaratmaq istəyir” - Ərdoğan

Tarix 08.09.19, 23:21

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Türkiyə və ABŞ hərbçilərinin Suriyanın şimalında birgə patrul xidmətinə başlamasına münasibət bildirib.

Bu gün Malatyada keçirilən kütləvi açılış mərasimində çıxış edən Türkiyə Prezidenti bu istiqamətdə atılan addımların Ankaranı qane etmədiyini bildirib.

R. T. Ərdoğan deyib ki, Suriyanın şimalında 3-5 vertolyot, 5-6 hərbi maşın, bir neçə yüz hərbçinin olması ilə Fərat çayının şərqindəki təhlükəsiz bölgə problemini həll etmək mümkün deyil: “Suriya sərhədi böyük miqyasda nəzarətimiz altındadır. Bizim üçün ən önəmli bölgə Fəratın şərqidir. Bizim şərtlərimizlə onların istəklərinin eyni olmadığı hər addımda görünür. Biz dinc suriyalılar üçün, müttəfiqlərimiz terrorçular üçün təhlükəsiz bölgə istəyir”.

Türkiyə Prezidenti bir daha bəyan edib ki, sentyabrın sonuna qədər Ankaranın şərtləri çərçivəsində Suriyanın şimalında təhlükəsiz bölgə məsələsi həllini tapmasa, Türkiyə öz planı üzrə hərəkət edəcək.

R. T. Ərdoğan gələn həftə İstanbulda Suriya böhranı ilə əlaqədar Rusiya və İranla birgə zirvə toplantısı keçiriləcəyini də bildirib. /APA




Xəbərin oxunma sayı : 667




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap