“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Ara qarışdırmağa cəhd edilir” - Siyavuş Novruzov

Tarix 25.09.19, 14:57

Font ölçüsü : - / +
bitmap-img6


"Sosial şəbəkələrin imkanlarından düzgün olmayan şəkildə istifadə edirlər. Orada ara qarışdırmağa cəhd edilir. Bu işlərin arxasında bəzi dövlətlər dayanır. Bu insanların maliyyəçiləri sırasında erməni lobbisi xüsusi yer alır".

AzFakt.com bildirir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, xaricdəki mühacir azərbaycanlıların bəziləri Azərbaycanda aparılan işlərə - islahatlara, abadlıq-quruculuq işlərinə kölgə salmağa cəhd edirlər: 

"Onlar yalan məlumatlar yaymaqla məşğuldurlar. Belə olan halda YAP üzvləri aktiv olmalıdırlar. Deyək ki, hansısa paylaşıma şərh yazmırsa belə, məsələn, Heydər Əliyev Mərkəzinin şəklini çəkib paylaşmaqla fayda verə bilər. Göstərsinlər ki, hansı Avropa ölkəsində son 20 ildə Azərbaycandakı qədər işlər görülüb. Azərbaycan və Qazaxıstan istisna olmaqla, post-sovet ölkələrində vəziyyət dəyişməz qalır. Başqa ölkələrin 100 ildə keçə bilmədiyi yolu Azərbaycan qısa müddətdə keçdi. Əgər bir ölkədə ictimai-siyasi sabitlik yoxdursa, orada inkişafdan söhbət gedə bilməz. Azərbaycan sabitlik adasıdır".

S.Novruzov qeyd edib ki, YAP-ın rayon təşkilatlarının sədrləri insanlar arasında təbliğat-təşviqat işini gücləndirməlidirlər: 

"Düzgün istiqamət vermək, yalan məlumat yayanlarla söhbət aparılmalıdır. Bəzi hallarda YAP üzvlərinin çaşdırılması prosesi həyata keçirilir, onları yoldan çıxarmağa cəhd göstərirlər, yalan fikirlər ortaya atırlar. Bunun qarşısı alınmalıdır".(Report)



Xəbərin oxunma sayı : 727




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap