Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Araz Vadisi İqtisadi Zonası”nda mobil şəhərcik salınıb - FOTO

Tarix 23.11.22, 19:53

Font ölçüsü : - / +
bitmap-img6


İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında mobil şəhərciyin salınması istiqamətində işlər artıq yekunlaşıb.

Bu barədə İZİA məlumat yayıb.

Bildirilib ki, mobil şəhərcikdə konteyner tipli yataqxanalar, ofis, aptek, anbar, mağazalar, yeməkxana və digər xidmət obyektləri yaradılıb.

Mobilizasiya şəhərciyinə asfalt yol çəkilib, park salınıb və abadlıq işləri tamamlanıb. Sənaye Parkının işıqlandırılmasında günəş enerjisindən qidalanan Azərbaycan istehsalı olan panellərdən istifadə edilir. Bundan başqa, mobil şəhərcikdə günəş enerjisindən qidalanan oturacaqlar quraşdırılıb. Bu oturacaqlardan istifadə etməklə mobil cihazları enerji ilə təmin etmək mümkündür.

Qeyd edək ki, 200 hektar ərazini əhatə edən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır.






Xəbərin oxunma sayı : 457




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap