Aygün Kazımovanın həyatında rolu olan 10 kişi Hülya Avşar pozitiv olmağın sirlərini açıqladı - VİDEO Aygün Kazımova və Hadisədən sonra Gülay... - Fotolar Sevda Sanəliyeva ərə gedir - Üçüncü dəfə
Axtar
 
  • / Maqazin / — 26 Yanvar 2023

    Aygün Kazımovanın həyatında rolu olan 10 kişi

  • / Maqazin / — 22 Yanvar 2023

    Hülya Avşar pozitiv olmağın sirlərini açıqladı - VİDEO

  • / Maqazin / — 13 Yanvar 2023

    Aygün Kazımova və Hadisədən sonra Gülay... - Fotolar

  • / Maqazin / — 12 Yanvar 2023

    Sevda Sanəliyeva ərə gedir - Üçüncü dəfə

  • / Maqazin / — 11 Yanvar 2023

    İstədiyim məbləği versələr lüt soyunaram - Afaq

  • / Maqazin / — 06 Yanvar 2023

    “Mənimlə rəqabət aparanın ağlı yoxdur” - Roza

“Ay lələ! Hamınızın qadasın alım“ - İngilis səfirdən anlamlı paylaşım + FOTOLAR

Tarix 28.11.22, 11:48

Font ölçüsü : - / +
bitmap-img6


Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld özünün "Twitter" səhifəsində maraqlı və anlamlı paylaşım edib.

Musavat.com xəbər verir ki, səfir Gəncə səfəri ilə əlaqədar fotoların müşayiəti ilə iki "Twitter" statusu ilə çıxış edib. Paylaşımların hər ikisi Azərbaycan türkcəsində və Gəncə ləhcəsindədir.

İlk paylaşımında səfir yazır: “Ay lələ! İlk dəfə Gəncəyə gələndə Azərbaycana yeni gələn tələbə idim. İndi mən Britaniya səfiri və Azərbaycanın dostu kimi qayıdıram”.

Açıklama yok.

İkinci paylaşımında isə İngiltərə səfiri orijinal bir mətn yazıb: "Hamınızın qadasın alım. Baxın kiminlə görüşdüm! Azərbaycanlı ailəm və müəllimlərim. Onların sayəsində mən Azərbaycan dilini öyrəndim və sevdim".

Məsələnin diqqətçəkici məqamı bundadır ki, cənab səfir "Twitter" dəki hesabında əksər statusları, paylaşım və mesajları Azərbaycan türkcəsində yazır. Bu da onun azərbaycanlı izləyiciləri tərəfindən təqdirlə qarşılanır.

Açıklama yok.





Xəbərin oxunma sayı : 559

loading...

Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap