| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sevgi və məntiq: Pakistanlı Əli və azərbaycanlı Nərgiz necə evlənib?
Tarix 17.05.25, 19:21 |
|
Münasibətlər iki cür olur. Ya məntiq, ya da sevgi əsasında qurulan. Lakin bunun hər ikisini eyni anda yaşayanlar da var. Pakistanlı Əli və azərbaycanlı Nərgizin hekayəsi də öncə sevgi ilə başlayıb.
Öncə sevgili olan cütlük sonradan güclərini birləşdirib birlikdə böyük işlər görürlər. Hazırda Pakistanda yaşayan cütlüyümüz xoşbəxt evliliklərindən "Kaspi” qəzetinə bəhs edib.
Nərgiz deyir ki, Əli ilə Azərbaycanda tanış olublar: "Yoldaşım 2019-cu ildə Ramazan bayramında Bakıya gəlmişdi. Mən də turizm şirkətində tur koordinatoru olaraq çalışırdım. Əli və dostları bizim şirkətlə danışmışdı və mən onları gəzdirməli idim. Gəlmələrinə üç gün qalmış dostlarının əlavə işləri çıxıb, səfərdən imtina ediblər. Ona görə Əli tək gəlmişdi. Bir həftə ona bələdçilik etdim, Bakını göstərdim, tariximizi danışdım. Ölkəsinə döndükdən sonra da biz onlayn danışırdıq. Ayda bir dəfə Bakıya gəlirdi”.
Nərgizin sözlərinə görə, pakistanlı oğlanı seçməsinin səbəbi onun xasiyyətidir: "Əli pakistanlılardan çox fərqlənir. Çünki onlar bir az daha dindar, qapalı olurlar. Lakin Əli çox müasir düşüncəlidir. Xarakteri güvən verir. Mən gec və çətin güvənən insanam. Birinə güvənmək üçün onu dəfələrlə test edirəm. Amma Əli bunların hamısından uğurla çıxdı. O, ciddi münasibət insanıdır. Bir ay idi danışırdıq, mənə dedi ki, "sənin mənimlə fikrin ciddidir? Evlənmək istəyirsən mənimlə?” Bunlar məni cəlb etmişdi. Biz ikimiz də romantik xasiyyətli deyilik. Birlikdə işlər görmək bizə daha uyğundur. Düşünürəm ki, əsl kişi romantik olmaz. Əsas olan onun sədaqətidir. Üç il ərzində heç vaxt mənə qarşı münasibəti dəyişmədi. Bu səbəbdən onunla ailə qurmaq qərarı verdim”.
Bu məsələdə Əli də yoldaşı kimi düşünür: "Nərgizlə ilk dəfə danışanda onda ən çox bəyəndiyim ağlı, savadı, işlərə fokuslanmağı oldu. Həyatda məqsədi, xəyalları olması xoşuma gəlmişdi. Çünki bizim ölkəmizdə qızların əksəriyyəti yoldaşlarından asılı olurlar. Həyatda elə də məqsədləri olmur, yalnız evlənmək haqqında düşünürlər. O, fərqli olduğu üçün bu cəhətləri məni cəlb etmişdi. Sizin ailə dəyərləriniz çox yüksəkdir. Bir-birinizlə bağlarınız çox möhkəmdir. Bu, mənim üçün çox önəmli idi”.
Nərgizin fikrincə, onlar Əli ilə həm çox fərqli, həm də eynidirlər: "Bizim ortaq cəhətlərimiz demək olar ancaq işlə bağlıdır. Mən daha çox kreativliklə bağlı işləri görürəm. Əli isə idarəetmə işləri ilə məşğuldur. Çünki xarakter olaraq bir-birimizdən fərqliyik. Mən plansız insanam, dəyişkən əhval-ruhiyyəliyəm. Amma yoldaşım hər saniyəsini planlayır, vaxtını çox gözəl idarə edir. Onun qarderobunda yalnız ağ köynəklər və cins şalvarlar görə bilərsiniz. Hər gün eyni cür geyinir, eyni qidaları yeyir, idmanla məşğul olur və bundan zövq alır. Məndə isə tərsinədir. Əli məndə olmayan xüsusiyyətləri tamamlayır. Mən də onda olmayan xüsusiyyətləri bütünləşdirirəm. Mübahisələrimiz çox zaman fərqliliklərimizə görədir. Mənim rahat, düzənsiz olmağım Əlini tez-tez əsəbiləşdirir. Amma onun belə planlı olması məni heç zaman qıcıqlandırmır. Əksinə, çox xoşuma gəlir. Bəzən deyirəm kaş mən də onun xasiyyətində ola biləydim. Amma beynimiz demək olar ki, eyni düşünür. Məncə, bu səbəbdən də bir çox mövzu ilə bağlı fikirlərimiz eynidir”.
Nərgizlə yoldaşı fərqli olsa da, onları inkişaf etdirən də elə budur: "Yoldaşım məni hər zaman motivasiya edir. Məsələn, özümə inanmadığım anlarda o, hər zaman mənə inanıb, güvənib, dəstək olub. Bəzən kefim olmur, ürəyim sıxılır, motivasiyadan düşürəm. Belə günlərdə Əlidən dəstək alıram. O, mənim yanımda olduğu zaman özümə olan inamım artır”.
Nərgiz deyir ki, ilk vaxtlar ailəsi pakistanlı kürəkənlə bağlı narahat olsa da, o, zamanla özünü sevdirməyi bacarıb: "Mən ailəmə pakistanlı oğlanla ailə qurmaq istədiyimi dedikdə anam bir az narahat oldu. Çünki məni uzağa buraxmaq istəmirdi, deyirdi, gəlsinlər Bakıda yaşasınlar. Anam Əlini tanıdıqdan sonra onun necə tərbiyəli, ağıllı biri olduğunu gördü. Beləliklə, bütün narahatlıqları keçdi. Nişandan sonra Əli evimizə gəlib-getməyə başladı. Bu zaman onu daha da çox sevdilər”.
Anasının narahatlığından əlavə Nərgiz də Bakıdan başqa bir yerdə yaşamaq istəməyib, lakin həyat onların yaşamını orada var edib: "Mən uşaqlığımdan Hindistan filmlərinə maraq göstərmişəm. Hər zaman onların adətləri, mədəniyyətləri, rəqsləri mənə maraqlı gəlib. Bu səbəbdən pakistanlı oğlanla ailə quranda insanlar o qədər də təəccüblənmədi. Amma Pakistana köçəcəyim ağlıma gəlməzdi. Çünki burada yaşamaq istəmirdim. Bakıda qalmaq daha xoş idi. Amma burada işlərimiz var. Əgər gələcəkdə Bakı ilə bağlı planlarımız olarsa, orada yaşamağı düşünə bilərik”.
Nərgiz nişan mərasimlərindən belə bəhs edib: "Nişanımız pandemiya dövrünə təsadüf etmişdi. Sərhədlər bağlı idi. Ona görə Əlinin ailəsi Azərbaycana gələ bilmirdi. Biz də belə bir qərar verdik ki, gedək İstanbula ailə dostlarımızla nişanımızı edək. Ailələrimiz ilk dəfə orada görüşdü. Nişanda həm Pakistan, həm Azərbaycan, həm kürd, həm türk adətləri bir-birinə qarışmışdı. Qayınanam öz adətlərinə uyğun mənə qırmızı yazılı lent gətirib qoluma bağlamışdı. Azərbaycan adətlərinə xas da qırmızı kəlağayı gətirmişdim. Belə kompozisiyanın olması nişanımızı daha da maraqlı etdi”.
Cütlüyün toylarında xüsusi rəqslər qonaqları valeh edib: "Toyumuzda Azərbaycanın adətlərinə əməl edilmişdi. Hətta pakistanlı qohumlarımız da rəqslərimizi oynadılar. Yoldaşım toyumuza dostlarını da dəvət etmişdi. Dostları toyumuza gələndə onları Bakı ilə də tanış etmişdim. Əli və dostlarının toyumuzda çox gözəl rəqs şousu olmuşdu. Bakıya gəldikdə mənə də rəqs öyrədirdilər. Bir dəfə bu təcrübəni Dənizkənarı Milli Parkda etmək qərarı verdik. Orada bir hindistanlı turist də bizə qoşulub rəqs etmişdi. Rəqslər toyumuzu daha da maraqlı etmişdi”.
Nərgiz Pakistan toylarından da danışdı: "Bizim toylarda onların adətlərindən fərqli olaraq içki verilir. Pakistanda heç mağazalarda da satılmır. Onlara toyumuzda əsas qəribə gələn ailə böyüklərinin məclisdə içki içməsi olmuşdu. Pakistanda daha çox görücü üsulu evliliklər olur. Ona görə birinci ailələrin tanışlığı baş tutur. Sonra isə oğlan və qız bir-birini görə bilir. Amma sevgi evlilikləri də olur. Bizim xınamız onlarda Mehindi adlanır. Rəqs etmək yalnız o zaman olur. Şadi isə toylarıdır. Dindar ailələrdə musiqi olmur. Amma daha müasir ailələrdə belə deyil. Qız köçürüldüyü üçün ağlayırlar. Bu səbəbdən mən o toylara getməyi sevmirəm. Qız oğlan evinə köçdükdən 3-4 gün sonra Valima adlanan oğlan toyu olur. Burada fərqli mədəniyyətlərə məxsus xalqlar var, onların da toyu bir-birindən fərqlənir”.
Pakistanlı kürəkən Azərbaycan toylarının daha maraqlı olduğunu düşünür: "Mən sizin toyları daha çox bəyənirəm. Öz ölkəmdə o qədər də toya gedən biri deyiləm. Bakıdakı toyumuzu çox bəyənmişdim. Mənə orada ən qəribə gələn gəlinin belinə bağlanan qırmızı lent oldu. Mənasını mənə izah etdikdə də sevmədim. Qadınlara belə məna yükləmək mənə xoş gəlməmişdi”.
Əlinin sözlərinə görə, Azərbaycan haqqında məlumata sahib olmayıb: "Ölkəniz haqqında məlumatım ilk dəfə Kərbəlaya getdiyim zaman olub. Orada tanımadığım bir bayraq gördüm. Araşdırdım və ölkənizi bu vəsilə ilə tanıdım. Pakistanda Azərbaycan çox da tanınmır. Bakı deyəndə bir az səyahət edənlər başa düşürlər. Bir neçə il keçdikdən sonra gəlib görmək qərarı verdim. Gözəl yer olduğunu demişdilər, amma bu qədər inkişaf etmiş, müasir bir şəhər olduğunu bilmirdim”.
Əli artıq ölkəmizi çox sevir: "Azərbaycana ilk dəfə 2019-cu ildə gəlmişdim. İnfrastruktur, yollar, gəzməli yerləriniz məni şoka salmışdı. Ondan sonra da tez-tez ölkənizdə oluram. Mənim ikinci vətənim kimidir. Qəbələ, Qusar, Şamaxı kimi rayonlarınızda olmuşuq. Qəbələni xoşlayıram. Mən meqapolisləri daha çox sevirəm. Çünki yaşadığım Karaçi də çox böyük şəhərdir. Bu səbəbdən daha çox Bakını bəyənirəm. Bakı mənim üçün çox sakitdir. Daha çox dincəlmək üçün səyahət edirəm”.
Əli ölkəmizi o qədər sevir ki, hətta dilimizə də maraq göstərir: "Diliniz mənə çox çətin gəlir. Ölkənizdə özümü daha rahat ifadə edə bilmək üçün dəfələrlə dilinizi öyrənmək üçün müəllimlə hazırlaşsam da, öyrənə bilmədim. Sözləriniz yadımda qalmırdı. Amma az-çox anlaya bilirəm. Özümü az da olsa, ifadə etməyə çalışıram. Lakin tam ifadə edəcək, söhbət edəcək qədər danışa bilmirəm”.
Pakistanlı bəy yeməklərimizi hədsiz çox sevir. Ən bəyəndiyi isə aş, kabablarımız, dolmadır. Nərgiz isə yaşadığı ölkənin mətbəxi haqqında bu cür düşünmür: "Yeməkləri çox acı və ədviyyatlı olur. Çayları da ağırdır, çox ədviyyatlıdır. İlk vaxtlar bununla bağlı xeyli çətinlik çəkirdim. Əsasən yeməklərimi özüm bişirirəm. Bəzən də pəhriz yeməklər satan restoranlardan sifariş edirəm. Yoldaşım da acı sevmir”.
Əli ilə Nərgizin tək ortaq cəhəti xasiyyət deyil. Hər ikisi üçün Novruz bayramının xüsusi yeri var. Sən demə, Əlinin ailəsi də illərdir bu bayramı təntənə ilə qeyd edirmiş: "Ata tərəfimin İran ilə bağlılığı olduğu üçün Novruz bayramı mənə də doğma bayramdır. Hətta uşaq olanda ata nənəm Novruz bayramını çox yüksək səviyyədə qeyd edirdi. Hər zaman tonqaldan tullanmışıq. Şirniyyatları da bişirmişik. Paxlavanızı bəyənirəm”.
Nərgiz deyir ki, onu və ölkəmizi sevən sadəcə Əli deyil: "Mən qayınanam, qayınatamla birlikdə yaşayıram. Onlar məni çox sevirlər. Qayınanamla xasiyyətimiz mükəmməl tutur. Mənə hər zaman kömək olurlar. Onlar da Bakını gəziblər. Azərbaycan çayını çox sevirlər. Qayınatam bizim çayımıza yaşıl çay deyir. Hər dəfə Bakıdan qayıdanda onlara çayımızdan gətirirəm”.
Nərgizin sözlərinə görə, pakistanlılar hər zaman milli geyimdə olurlar: "Burada ilk şoku hava limanına endikdə yaşadım. Çünki insanlar çox fərqli geyinir. Xüsusi şalvarları, kamiz adlanan uzun qollu köynəkləri var. Qadınlar üçün olanlarının üzərində güllər, qaşlar var. Yanlarında mütləq şal olur. Çünki harada olurlarsa-olsunlar, azan oxunduğu zaman başlarını örtürlər. Amma kişilərdə sadə ağ rəngdədir”.
Azərbaycanlılarla pakistanlıların ortaq cəhətlərindən biri də insanların xarici vətəndaşlara göstərdikləri xoş münasibətdir: "İnsanları çox qonaqpərvərdirlər. Xaricilərə olduqca hörmət edirlər. Buraya ilk vaxtlar gələndə mənə çox dəstək olurdular. Mənim üçün xüsusi yeməklər sifariş edirdilər. Dəfələrlə evlərinə qonaq çağırıblar”.
Nərgiz deyir ki, Pakistanda həyat ölkəmizdən çox fərqlənir: "Burada insanların rejimi çox fərqlidir. Gecə 4-5-də yatırlar. Səhəri gec oyanırlar. İş burada saat 11-də başlayır, əhali çoxdur. Kəndlərdən insanlar işçi olaraq gəlir. Şəhərdə dəhşətli sıxlıq var. Əvvəl şoka düşürdüm, əsəbiləşirdim. Amma sonradan öyrəşdim. Maşından çox motosiklet var. Kasıb ailələr bir motosikldə beş nəfər gedirlər. Güzgüləri də olmur. Necə gəldi hərəkət edirlər. O səbəbdən burada maşın sürmək təhlükəlidir. Kameralar, radarlar da mövcud deyil. Lakin hazırda burada çox xoşbəxtəm. Hamı deyirdi ki, Karaçi təhlükəli şəhərdir. Amma hər yerə getsəm də, belə bir halla qarşılaşmamışam. Sadəcə, müəyyən ərazilərdə ehtiyatı əldən verməmək lazımdır”.






Xəbərin oxunma sayı : 805
Xəbərlər
-
Kreditini tam ödəyən şəxsdən əlavə pul tələb olunur? - VİDEO
-
Tramp Rusiyaya qarşı yeni sanksiyalardan imtina edə bilər - “Politico“
-
Bəyanat həm də dünyəvi siyasətin konturları haqqında bilgi kimi dinlənildi
-
Azərbaycan-Kamboca münasibətlərində yeni dövr
-
“Azərbaycanda hicab qadağan olunmayıb, bu məsələ həll olunacaq...“ - Şeyxdən AÇIQLAMA + VİDEO
-
Azərbaycan-Kamboca münasibətlərində yeni əməkdaşlıq mərhələsində
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar
-
Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
-
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - Video
-
“44 il əvvəl səfər etdiyim Azərbaycanı çətinliklə tanıdım“ - Laos lideri
-
Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanılıb - RƏSMİ
-
“Bu sərmayələr bizim imkanlarımızı göstərir“ - Prezident İlham Əliyev
-
“Putin Zelenskidən daha çox sülh sazişi bağlamaq istəyir“ - Donald Tramp
-
Azərbaycanda qoyunların sayı 15% azalıb, ət istehsalı isə 4% artıb - Statistika
-
Lənkəranda qadınla 3 yaşlı oğlu bıçaqlandı - Əri saxlanıldı
-
Prezident təqaüdçülərinin ən çox olduğu universitetlər - Siyahı
-
Azərbaycan-Laos sənədləri mübadilə edildi - FOTOLAR
-
Bu vəziyyətdə 5 ay əlillik təyinatı ilə bağlı cavab gözləyib... – Video
-
Sakinlərin yumağa verdiyi minlərlə xalça yoxa çıxdı - VİDEO
-
Prezidentlər təkbətək görüşdü - FOTOLAR
-
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi oldu - FOTO/VİDEO
-
Aeroportlar yenə bağlandı - Türkiyədən uçan təyyarələr geri qayıtdı
-
Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq - “The Atlantic“
-
Azərbaycan neftinin qiyməti bahalaşdı - Qara qızıl 131 dolları ötüb
-
Sumqayıtda inzibati bina sökülərək yerində yaşayış binası tikilir? - VİDEO
-
“44“ bədii filminin premyerası oldu - FOTOLAR
-
Bakıda hərəkətin təşkili sürcülərdə çaşqınlıq yaratdı - VİDEO
-
Paytaxtın bu rayonunda 2 gün su olmayacaq - XƏBƏRDARLIQ
-
Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub - Sərəncam
-
Aİ ilə bağlı referendum keçirməyəcəklər - Baş nazir açıqladı
-
DTX avtomobilləri qəsdən yandıranları həbs etdi - VİDEO
-
Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq? - Azərbaycana gözlənilən qərar
-
Mənzil alanlara şad xəbər: Bu məbləğ sizə geri ödəniləcək
-
Rusiya sentyabrda 50 mindən çox hərbçi itirib? - NATO rəsmisi AÇIQLADI
-
Tap.az-da işə düzəltmək adı ilə 1085 manat alan şəxs həbs edilib - TƏFƏRRÜAT
-
Azərbaycanda avtomobil bazarında son vəziyyət açıqlandı - Ən çox bu avtomobillər satılır
-
Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib - TƏFƏRRÜAT
-
Vilayət Eyvazov İranın daxili işlər naziri ilə görüşdü – Fotolar
-
TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı
-
Aİ Rusiyaya qarşı yeni sanksiyaları təsdiqlədi - 1600-ə yaxın məhdudiyyət tətbiq edildi
-
Bakıda və rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
-
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - Fotolar
-
Azərbaycanda bahalaşan məhsullar açıqlandı - SİYAHI
-
Ermənistanın Aİ-yə üzvlüklə bağlı referendum keçirməsi bu il real deyil - Paşinyan
-
“Səfərbərlik Xidmətinin 121 əməkdaşı barəsində araşdırmalar aparılıb“ - Baş Prokurorluq
-
Hava soyuyan kimi dəm qazının törətdiyi faciələr artır - VİDEO
-
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI
-
Agentlik bu şəxsdən 74 mənzil alır - 3,4 milyon manat ödəniləcək
-
“Tarixin ən yaxşı oyunçusu mənəm” - Kriştianu Ronaldo
-
Məktəbli formaları ilə bağlı monitorinqlər başlayıb - FOTOLAR
-
Prezidentlə xanımının adından rəsmi nahar verildi - VİDEO/FOTOLAR
-
Qoz Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - Siyahı
-
“Azərbaycan və Kamboca mina çirklənməsi problemlərini öz təcrübəsindən bilir“ - Prezident
-
Məktəbli forması ilə bağlı münaqişə yaradan 37 nəfər həbs olundu - RƏSMİ
-
Kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalandı - Fotolar
-
Azərbaycanda orta aylıq əməkhaqqı 7,2 faiz artıb - RƏSMİ
-
“Süni intellekt əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir“ - Prezident
-
İlham Əliyevlə Hun Manet mətbuata bəyanatlarla çıxış etdi - Fotolar
-
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - Video - Fotolar
-
Bu il dövlət sektorunda işləyənlərin sayı 31,6 min nəfər azalıb - Rəsmi
-
Prezident Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşüb -FOTOLAR
-
“Müharibə daha qaranlıq mərhələyə daxil olub“ - Ursula von der Leyen
-
İlham Əliyev Kambocanın baş nazirini qarşılayıb - FOTOLAR
-
Azərbaycan İnvestisiya Holdinqində yeni direktor təyinatı - FOTO
-
Səudiyyə Ərəbistanında hava limanlarına ardıcıl hücumlar - 19 ölü
-
Macarıstan Ukraynaya hərbi yardım göstərmək niyyətində deyil - Magyar
-
Armud Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı
-
Tikinti sektoruna verilən kreditlər artır - VİDEO
-
Kredit faizləri ilə bağlı meyar dəyişdi - Video
-
Sənədsiz evlərə necə çıxarış almaq olar? - Video
-
Bahalı avtomobillər niyə qəfildən yanır? - Video
-
7 yaşlı Nihatın köməyə ehtiyacı var - Anasından müraciət
-
“Növbəti hücuma cavab fərqli olacaq” - İrandan xəbərdarlıq
-
Qədim insanların miqrasiya marşrutu Azərbaycandan keçib? - VİDEO
-
İpoteka kreditləri artır, mənzil bazarında hansı risklər yaranır? - VİDEO
-
“Mümkündür, bu məsələyə baxacağıq” - ABŞ husiləri bombalaya bilər
-
Türkiyədə 8 ayda 7 818 əməliyyat keçirilib - 32 mindən çox şübhəli həbs olunub
-
Yanğında həlak olan Könül Vəlibəylinin qızı kömək istədi - VİDEO
-
Azərbaycana qarşı ideoloji təhdidlər - Necə müdafiə olunmalıyıq?
-
“Rusiya və Ukrayna enerji atəşkəsinə razılaşıb“ - Tramp
-
Nəsimidə parkın bir hissəsi kafe üçün başçının qohumuna verilib - VİDEO
-
Abramoviçin milyonluq oyunu ifşa olunur? - Şok araşdırma
-
Yollarda duman olacaq - Sürücülərin nəzərinə!
-
Montellanın postuna 6 namizəd - Türkiyə millisini kim çalışdıracaq?
-
Alman nazir Trampı sərt tənqid etdi: “Bu, mənəvi iflasdır”
-
Kambocanın Baş naziri Azərbaycana gəldi - Fotolar
-
Mask da “xor“a qoşuldu: Zelenski çox irəli getdi...
-
Pakistanda İmran Xan böhranı - Fövqəladə vəziyyət
-
Avstraliyadan Azərbaycana gilas gətirilib - Kiloqramı 35 manata
-
“Vətəndaşlarımızı təxribatlara uymamağa çağırırıq“ - Milli QHT Forumu
-
Bəzi rayonlarında yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Mourinyoya qarşı narazılıq: Futbolçular qruplaşmalara bölünüblər
-
Zelenski müharibəni dəfələrlə dayandıra bilərdi - Tramp
-
Türkiyədə dəhşətli qəza: 11 nəfər öldü, 27 yaralı var
-
Şəmkirdə 18 yaşlı gənc bıçaqlandı - Şübhəli əkiz qardaşıdır
-
ABŞ husilərin Səudiyyə Ərəbistanına hücumlarını kəskin pisləyir - Rubio
-
Yeni hakimlərin əksəriyyəti bu universiteti bitiriblər - ADLAR
-
Türkiyədə cinayətkar qruplaşmalara qarşı əməliyyat - 73 şübhəli həbs edilib
-
Makronun reytinqi rekord həddə düşüb - Fransızların cəmi 15 faizi onu dəstəkləyir
-
“Biz hər an vurulub ölə bilərik” - Rostovda qalan 12 dənizçimizi kim xilas edəcək?
-
Hadrutda 80 əsgərimizi mühasirədən çıxararkən şəhid oldu - FOTOLAR
-
Sakit okean rekord dərəcədə istiləşib - SƏBƏB
-
Nepalda daşqınlar evləri və körpüləri dağıdıb - İtkin düşənlər var
-
“İşə getsən, səni öldürəcəyəm“ dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
-
Avtomobil bazarında yeni tələblər qiyməti artıracaq? - VİDEO
-
Putin razılaşma istəyir, amma Zelenski razılaşmadan imtina edir - Tramp
-
“Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır“ - Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?
-
ABŞ Konqresində qanun layihəsi hazırlanır - Rusiya neftinin alınmasının qadağan edilməsi müzakirə edilir
-
İpoteka kreditləri artır, mənzil bazarında hansı risklər yaranır? - VİDEO
-
Ər-Riyad hava limanına hücumlarda zərərçəkənlər var - 12 nəfər həlak olub, 300-dən çox şəxs yaralanıb
-
Paytaxt sakinlərini narahat edən problem: Evlərə verilən su nə dərəcədə keyfiyyətlidir?
-
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
-
Araq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü - Astarada
-
Xaricdə istirahət lüksə çevrilir: Azərbaycanlı turistlər seçimlərini dəyişir
-
Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
-
“Putin Trampa İranın mövqeyini çatdırıb“ - Kreml
-
Salyanda kişi arvadını döydü - Balıq bişirmədiyinə görə
-
Yeni qayda pensiya məbləğlərinə necə təsir edəcək? - VİDEO
-
Türkiyədə bu şəxslərə sosial mediaya giriş qadağan olunacaq - 1 noyabrdan
-
“Azərişıq” cənub regionunda fasiləsiz çalışır - VİDEO
TOP 10
ARXİV






