Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Azərbaycan Çinin ərazi bütövlüyünü daim dəstəkləyib“ - “Tayvanın müstəqilliyini tanımırıq“

Tarix 13.03.24, 20:42

Font ölçüsü : - / +
bitmap-img6


Prezident İlham Əliyev martın 13-də Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbonu qəbul edib.

AzFakt.com xəbər verir ki, Vu Honqbo İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik etdi, Çin Prezidenti Si Cinpinin bu münasibətlə dövlət başçısına təbrik məktubu göndərdiyini xatırladı və Çin Prezidentinin salamlarını dövlət başçısına çatdırdı. O, həmçinin COP29-un Azərbaycanda keçirilməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edib.
Dövlət başçısı təbriklərə və Çin Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Si Cinpinə çatdırmağı xahiş edib.
Qonaq Prezident İlham Əliyevin güclü rəhbərliyi ilə Azərbaycanın siyasi, iqtisadi, sosial və digər sahələrdə çox ciddi nailiyyətlər əldə etdiyini vurğulayıb. Vu Honqbo qeyd etdi ki, 2022-ci ildə Azərbaycan və Çin prezidentləri arasında Səmərqənddə keçirilmiş görüş əlaqələrimizin inkişafına böyük təkan verib və bundan sonra münasibətlərimizdə yeni nailiyyətlər əldə edilib. Qonaq bu gün Azərbaycan-Çin münasibətlərinin tarixdə ən yüksək səviyyədə olduğunu vurğulayıb.

Dövlət başçısı Çin Prezidenti ilə Səmərqənddə keçirilmiş görüşü məmnunluqla xatırladı və həmin görüş əsnasında müzakirə olunan məsələlərin irəli aparılması istiqamətində hər iki tərəfin ciddi səylər göstərdiyini qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanın Çin ilə əlaqələri keyfiyyətcə yeni səviyyəyə qaldırmaqda maraqlı olduğunu vurğulayıb.
Dövlət başçısı COP çərçivəsində də ölkəmizin Çin ilə yaxından əməkdaşlıq etməyə hazır olduğunu bildirdi, Çinin bərpaolunan enerji sahəsində mükəmməl texnoloji nailiyyətlərə imza atdığını, bu sahədə Azərbaycanın Çinlə əməkdaşlığa hazır olduğunu dedi. Prezident İlham Əliyev yaşıl keçidin Azərbaycanın prioritetlərindən biri olduğunu qeyd edərək, bu sahədə birgə istehsal müəssisələrinin yaradılmasında da ölkəmizin maraqlı olduğunu bildirib.

Qonaq Azərbaycanın Çinin ərazi bütövlüyünə göstərdiyi davamlı və qətiyyətli dəstəyə görə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev Azərbaycanın vahid Çin siyasətini, Çinin ərazi bütövlüyünü daim dəstəklədiyini və Tayvanın müstəqilliyini tanımadığını, orada keçirilən seçkiləri qəti şəkildə pislədiyini vurğulayıb.

Vu Honqbo Azərbaycan ilə Çin arasında əlaqələrin qarşılıqlı etimad əsasında inkişaf etdiyini vurğuladı, ikitərəfli münasibətlərin çox yaxşı səviyyədə olduğunu dedi. Qonaq “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Azərbaycan-Çin əməkdaşlığını və Orta Dəhlizin ölkəsi üçün böyük əhəmiyyətə malik olduğunu qeyd edib.

Dövlət başçısı Orta Dəhlizin mühüm strateji əhəmiyyətə malik olduğunu və Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini qeyd etdi, Orta Dəhlizin inkişafı istiqamətində Azərbaycan, Qazaxıstan və Gürcüstanın birgə müəssisə yaratdığını bildirdi. Bu xüsusda ölkəmizin Çinlə də əməkdaşlığa hazır olduğunu qeyd edərək, Qazaxıstan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı Çindən olan yük qatarının Bakıda qəbul edilməsinin mühüm məqam olduğunu vurğuladı və bunu Orta Dəhlizin nəqliyyat potensialının nümayişi kimi qiymətləndirib.
Qonaq Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin XI Qlobal Bakı Forumunun əhəmiyyətini vurğuladı, bu çərçivədə də mühüm müzakirələrin aparılacağını qeyd edib.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanla Çinin qarşılıqlı dəstəyi və bu xüsusda əməkdaşlıq, həmçinin ölkələrimiz arasında mədəni-humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi yüksək qiymətləndirilib.







Xəbərin oxunma sayı : 769




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap