Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan şəhid Sahib Şirəliyev - FOTOLAR

Tarix 11.01.21, 22:25

Font ölçüsü : - / +
bitmap-img6


Qarabağın incisi Şuşa şəhərinin düşməndən azad edilməsi 44 günlük Vətən müharibəsində həlledici məqam oldu. Bu möhtəşəm qələbə bizə, Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Böyük Zəfəri bəxş etdi.

AzFakt.com xəbər verir ki, bu qələbə məğlubedilməz ordumuzun, igid övladlarımızın misilsiz hünəri sayəsində qazanıldı. Onlardan biri də Masallı rayon sakini, Vətən müharibəsinin şəhidi, baş leytenant Sahib Şirəliyevdir.

Sahib Şirəliyev Masallı rayonunun Ərkivan qəsəbəsinin Ramazanlı məhəlləsində boya-başa çatmışdı. Valideynləri onun hələ yeniyetməlik illərindən cəsurluğu, vətənpərvərliyi ilə seçildiyini vurğulayırlar. Oktyabrın 18-də 25 yaşı tamam olmuşdu. Subay idi.

İgid döyüşçü orta təhsilini Bakı şəhərində yerləşən Ağdam rayon 28 nömrəli tam orta məktəbdə almışdı. 2017-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirdikdən sonra Naxçıvan Muxtar Respublikasında, Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı zabit kimi Vətənə qulluq edirdi.

Şuşa uğrunda döyüşlərdə canını qurban verən qəhrəman hərbçimiz noyabrın 14-də, doğulduğu Ərkivan qəsəbəsində torpağa tapşırılıb.

Şəhid zabitimiz həmyerlisi, Tovuz döyüşlərində şəhid olmuş mayor Anar Novruzovun məzarının yanında dəfn edilib.

Dəfn mərasimində şəhidin tabutuna bükülmüş üçrəngli dövlət bayrağımız onun qardaşı Əli Şirəliyevə təqdim edilib. 22 yaşlı Əli də hərbçidir - Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusudur.

Şəhid baş leytenant Sahib Şirəliyev “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.






Xəbərin oxunma sayı : 763




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap