Səmra hovuzdan görüntülərini paylaşdı – VİDEO Xalq artisti dərin sinə dekoltəsi ilə diqqət çəkdi - FOTO Röya da aktrisalıq edəcək - VİDEO Səmarının Dubay tətili - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 25 İyun 2022

    Səmra hovuzdan görüntülərini paylaşdı – VİDEO

  • / Maqazin / — 18 İyun 2022

    Xalq artisti dərin sinə dekoltəsi ilə diqqət çəkdi - FOTO

  • / Maqazin / — 13 İyun 2022

    Röya da aktrisalıq edəcək - VİDEO

  • / Maqazin / — 12 İyun 2022

    Səmarının Dubay tətili - FOTOLAR

  • / Maqazin / — 04 İyun 2022

    Aygün Kazımova dərin sinə dekoltəsi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 22 May 2022

    Röya dərin yarıqlı geyimi ilə göz qamaşdırdı - FOTO

“Azərişıq” ASC-nin sabiq əməkdaşlarına cinayət işi açıldı - Cərimə əvəzinə rüşvət

Tarix 22.06.22, 10:53

Font ölçüsü : - / +
bitmap-img6


“Azərişıq” ASC-nin Mingəçevir Mərkəzi “Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin sabiq əməkdaşları Rəsul Abuşov və Rəfael Rəhimovun vətəndaşdan pul tələb edib almaları faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

Bu barədə Yevlax Rayon Prokurorluğu məlumat yayıb.

Belə ki, aparılmış istintaqla Rəsul Abuşov və Rəfael Rəhimov tərəfindən tamah məqsədilə öz qulluq səlahiyyətlərindən istifadə etməklə Yevlax rayon sakininin fərdi yaşayış evinə baxış keçirilərkən sayğacdankənar işıq xəttinə qoşulma müəyyən edilsə də, bununla bağlı akt tərtib edilməməsi müqabilində vətəndaşdan rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.

R.Abuşov və R.Rəhimova Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddələri ilə ittiham elan edilib.

Hazırda cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.



Xəbərin oxunma sayı : 436

loading...

Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap