“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Azəriqaz”ın 28 minlik borularını oğurlayan şəxs tanışına qarşı dələduzluq etdi - TƏFƏRRÜAT

Tarix 24.07.24, 10:45

Font ölçüsü : - / +
bitmap-img6


“Azəriqaz”ın 28 minlik borularını oğurlayan şəxs tanışına qarşı dələduzluq etdi
Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən A.Abbasovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, A.Abbasov 2021-ci ilin sentyabr ayının sonlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində “Azəriqaz” İB-yə məxsus 23 800 manat məbləğində dövlət əhəmiyyətli təbii qaz borularını ələ keçirərək oğurluq edib. Sonra o, cinayətkar fəaliyyətini biznes görüntüsü kimi təqdim edərək, zərərçəkmiş R.Hüseynova Qaradağ rayonu, Sanqaçal qəsəbəsində yerləşən torpaq sahəsində istifadə müddətini başa vurmuş dəmir boru və digər əlvan metal parçalarının torpaq altından çıxarılaraq, metal kimi satıb birgə qazanc əldə etmək adı ilə yalan vəd verib. A.Abbasov 2021-ci ilin oktyabr ayının əvvəllərində bu yolla zərərçəkmişdən 20 000 manat pulunu ələ keçirib. Bundan başqa o, R.Hüseynova paytaxtın Nərimanov rayonunda yerləşən köhnə binaların istismar müddəti bitmiş istilik sistemləri borularının çıxarılaraq, metal kimi satıb birgə qazanc əldə etmək adı ilə yalan vəd verib. O, 2022-ci ilin iyul ayında bu yolla zərərçəkmişdən ümumilikdə З З00 manat pulu dələduzluq yolu ilə alıb.



Xəbərin oxunma sayı : 826




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap