“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Əbülfəs Qarayevin qızı məhkəməyə verilir - Bir qrup ziyalı tərəfindən

Tarix 08.12.25, 10:48

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan mədəni mühitində son günlərin ən çox müzakirə olunan mövzusu sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qaranın rejissoru olduğu “Məhsəti” filmidir.

Əksəriyyət tarixi şəxsiyyətin erotik məzmunla təqdimatını ümummilli dəyərlərə zərbə sayır. Bu etirazlar təkcə sosial şəbəkə paylaşımları ilə məhdudlaşmır.

AzFakt.com xəbər verir ki, Modern.az saytının əldə etdiyi məlumata görə, bir qrup ziyalı və mədəniyyət nümayəndələri Suad Qarayevanı məhkəməyə verməyə hazırlaşır. Qeyd edilir ki, hadisənin hüquqi, mənəvi və siyasi tərəfləri var və bu məsələ təkcə bir filmdən ibarət deyil. Film XII əsr şairəsi Məhsəti Gəncəvini müasir interpretasiyada təqdim edir. Kadrlar, hərəkətlər, vizual dillə verilən mesajlar klassik qəzəllər müəllifi olan şairənin “azad, sərbəst, erotik” qadın obrazı kimi göstərildiyi barədə narazılıqlar yaradır.

Cəmiyyətin narahatlığını artıran suallar odur ki, tarixi şəxsiyyət çağdaş estetika ilə təqdim oluna bilərmi? Sərbəst təqdimat təhqirlər doğurursa, bu, azadlıqdırmı? Sənət dəyərləri milli dəyərlərdən üstün tutulmalıdırmı?

Əsas narazılıq bir məqam ətrafında cəmlənib. Məhsəti Gəncəvi təkcə qadın yox, qadın təfəkkürünün, Azərbaycan poeziyasının bir simvoludur. Bu məsələ yalnız “film uğurlu və ya uğursuzdur” səviyyəsi deyil. Burada tarixə münasibət, milli yaddaş və müasir incəsənətin hədləri müzakirə olunur.

Azərbaycan qadınının azadlıq simvolu müasir dövrdə seksual obraz kimi təqdim olunması, mədəni irsə hörmətin subyektiv interpretasiya ilə əvəzlənməsi ciddi hiddət doğurub. Bu artıq kinoya yanaşma kim qəbul edilməməlidir, bir kimlik mübahisəsidir.

Məsələnin siyasi və sosial alt qatları da dərinə gedir. Hadisə adi bir rejissorun filmi olsaydı, müzakirələr bəlkə də bu qədər böyüməzdi.

Suad Qara sabiq mədəniyyət nazirinin qızıdır. Bu faktı qaldıranlar iddia edir ki, dövlət irsinə cavabdeh olmuş bir sülalənin, dövlət irsini təhrif edən iş görməsi bütöv bir xalqa təhqir və düşmənçilikdir.



Xəbərin oxunma sayı : 625




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap