“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

“Başqa seçim yox idi“ - Hikmət Hacıyev

Tarix 21.09.23, 11:58

Font ölçüsü : - / +
bitmap-img6


“Ermənistan silahlı qüvvələrinin Qarabağda qeyri-qanuni mövcudluğu regional sülh və təhlükəsizliyə ciddi problem idi”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev “BBC News”a müsahibəsində deyib.

“Azərbaycan həmişə bildirib ki, qeyri-qanuni hərbi birləşmələrin Azərbaycan ərazisindəki mövcudluğu regional sülh və təhlükəsizliyin təmin edilməsinə böyük problemlər yaratmağa davam edir. Lakin buna baxmayaraq, Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda yer alan “Azərbaycan ərazisindəki silahlı erməni birləşmələri çıxarılmalıdır” öhdəliyini icra etməkdən boyun qaçırıb”, - o vurğulayıb.

H.Hacıyev qeyd edib ki, Azərbaycan lokal antiterror tədbirləri görməyə məcbur qaldı:
“Ermənistan Azərbaycan ərazisində hərbi quruculuğunu davam etdirirdi və biz 10 min hərbçinin Azərbaycanın suveren ərazisində olmasından danışırıq. Bundan başqa, 100 tank, 200 artilleriya hissəsi və raket mövcuddur. Azərbaycan dəfələrlə bunlarla bağlı çağırışlar edib, ancaq təəssüf ki, onlar Azərbaycanın çağırışlarına diqqət yetirməyiblər. Buna görə də Azərbaycan ərazisində lokal antiterror tədbirləri görməyə məcbur qaldı. Başqa seçim yox idi. Bu tədbir lokal və məhdud xarakter daşıyırdı. Biz genişmiqyaslı hərbi əməliyyatdan qətiyyən danışmırıq”.

Prezident köməkçisi onu da söyləyib ki, Azərbaycan heç bir halda mülki şəxsləri hədəf almayıb:

“Ancaq azərbaycanlı mülki şəxslər və polis əməkdaşları Ermənistanın Azərbaycanın Qarabağ regionundakı qanunsuz hərbi birləşmələrin təxribatçı qrupları tərəfindən basdırılmış mina qurbanı oldular”.



Xəbərin oxunma sayı : 898




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap