Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO Nigar çimərlik geyimində poz verdi - Fotolar
Axtar
 
  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

“Bank BTB“ bağlana bilər - Məcmu kapitalı aşağı endi

Tarix 30.11.23, 11:29

Font ölçüsü : - / +
bitmap-img6


"Bank BTB"nin balans kapitalı bu ilin III rübündə 50 milyon manatdan aşağı enib. 

Valyuta.az-ın məlumatına görə, bankın cəmi kapitalı 2023-cü il oktyabr ayının 1-nə  ilin əvvəli ilə müqayisədə 1.7% və ya 832 min manat azalaraq 49 milyon 222 min manata düşüb. Belə ki, 2023-cü il yanvarın 1-nə  "Bank BTB"nin cəmi kapitalı 50,05 milyon manat təşkil edib. 

Bankın bu ilin oktyabrın 1-nə bölüşdürülməmiş zərəri 20,4 milyon manata çatıb ki, bu onun 1-ci dərəcəli kapitalını 46,06 milyon manata qədər endirib. İlin əvvəli ilə müqayisədə bu rəqəm 2,1% azalıb. 

"Bank BTB”nin 2-ci dərəcəli kapitalı isə hesabat dövründə ilin əvvəlindəki 8 milyon manatdan 7,1 milyon manata qədər azalıb. Nəticədə Bankın məcmu kapitalı Mərkəzi Bankın qoyduğu minimal tələbə daha da yaxınlaşıb. Belə ki, 2023-cü ilin yanvarın 1-nə bankın məcmu kapitalı 54,77 milyon manat təşkil edibsə, oktyabrın 1-nə bu rəqəm 52,96 milyon manata kimi azalıb. Başqa sözlə, ilin əvvəlindən bankın məcmu kapitalı 1,8 milyon manat azalıb.

Qeyd edək ki, Mərkəzi Bankın bankların məcmu kapitalı ilə bağlı minimal tələbi 50 milyon manat təşkil edir. AMB bu il lisenziyasını ləğv etdiyi "Günay Bank” və "Muğan Bank”da əsas problemlərdən biri kimi məcmu kapitalın minimal tələbdən aşağı olmasını göstərib.



Xəbərin oxunma sayı : 907




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap