“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Baxırlar ki, bu uddu, bunu buraxaq, ya yox? Məsələn, İqbal Ağazadə”

Tarix 13.03.20, 19:47

Font ölçüsü : - / +
bitmap-img6


Respublikaçı Alternativ Partiyasının (REAL) qurucu üzvü, deputat Erkin Qədirli “Yeni Müsavat” qəzetinin “Canlı debat” verilişinin qonağı olub...

Verilişdə maraqlı anlar yaşanıb. Erkin Qədirli Razi Nurullayevlə yanaşı oturması barədə iradlara münasibət bildirərkən deyib ki, yeri özü seçməyib.

“O yeri təyin ediblər” deyən Erkin Qədirli bunun müxalifətin arxaya sıxışdırlması kimi qiymətləndirilməsi ilə razılaşmayıb. “Ona qalsa, Fransa inqilabı dönəmində də müxalifət arxa sırada otururdu. Hətta o gözlə baxsaq da, normaldır.

Mənim üçün yer önəmli deyil. İstəyirlər lap pilləkəndə əyləşdirsinlər. Əsas odur ki, mikrofon olsun”, - deyə deputat bildirib.

Əsas diqqətçəkən məqam isə Erkin Qədirlinin deputat seçilməsi ilə bağlı siyasi qərarın olub-olmaması barədə suala cavab verərkən 35 saylı Xətai üçüncü seçki dairəsini misal çəkməsi olub. “Güman ki, mənsiz məni müzakirə ediblər. Mən bir dəfə yazmışdım. Biri var elektorat, biri də var selektorat. Elokrat seçicilərdir. Selektorat isə seleksiya ilə məşğuldur. Baxırlar ki, bu uddu, bunu buraxaq, ya yox? Məsələn, İqbal Ağazadənin dairəsi. Bir neçə belə qalmaqalı dairələr olub. Ola bilsin yuxarıdan deyiblər ki, bunu buraxın, bunu buraxmayın”, - deyə Erkin Qədirli bildirib.

Sosial şəbəkə istifadəçiləri dərhal verilişdən bu hissəni paylaşaraq bildiriblər ki, Erkin Qədirli İqbal Ağazadənin rəqibi Rauf Arifoğlunun sahibi olduğu media orqanında qonaq olmasını unudub. Amma bəzi sosial şəbəkə istifadəçiləri deputatın 35 saylı Xətai üçüncü seçki dairəsindən misal çəkməsini məqsədli olduğunu iddia ediblər.(Yenisabah.az)







Xəbərin oxunma sayı : 592




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap