“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

“Bəzi məsələlərdə ABŞ ilə anlaşma əldə olunub“ - Abbas Əraqçi

Tarix 11.05.25, 21:46

Font ölçüsü : - / +
bitmap-img6


İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-lə aparılan nüvə danışıqlarının dördüncü raundundan sonra bəzi məsələlərdə daha yaxşı anlaşma əldə olunduğunu bildirib.

Yeniavaz.com “Mehr” xəbər agentliyinə istinadən xəbər verir ki, o, bununla belə, uranın zənginləşdirilməsi məsələsinin heç vaxt danışıqlar mövzusu ola bilməyəcəyini bir daha vurğulayıb.

İranın nüvə proqramı və Tehrana qarşı tətbiq edilən sanksiyaların ləğvi ilə bağlı ABŞ nümayəndə heyəti ilə aparılan müzakirələrdən sonra İranın dövlət televiziyasına müsahibə verən Əraqçi bildirib:
“Bizim mövqeyimiz aydındır – uranın zənginləşdirilməsi davam etməlidir və bu məsələdə heç bir kompromisə getmək mümkün deyil. Ancaq etimad yaratmaq məqsədilə müəyyən dövr üçün onun miqyası, sürəti və səviyyəsi üzrə məhdudiyyətlərə razı ola bilərik”.

Əraqçi əlavə edib ki, İran nüvə proqramına qoyulan bəzi məhdudiyyətlər qarşılığında ABŞ-dən sanksiyaların ləğvini tələb edir: “Sanksiyaların aradan qaldırılması danışıqların əsas istiqamətlərindən biridir və bu məsələ üzrə tərəflər arasında ümumi anlaşma mövcuddur. Qeyd etdiyim kimi, hazırda hələ tam həll olunmamış məsələlər üzrə irəliləyiş əldə olunub və mövqelərimiz bir-birinə yaxınlaşıb”.



Xəbərin oxunma sayı : 640




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap