| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
“Bu, gələcək nəsillər üçün böyük təhlükədir...“ - İlham Əliyev
Tarix 30.10.19, 21:40 |
|
MDB üzvü olan ölkələrin sabitliyi və davamlı inkişafı çox cəhətdən dövlətlərimizin təhlükəsizliyini təmin edən orqanların qarşılıqlı fəaliyyətindən asılıdır.
AzFakt.com-un məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da MDB Müdafiə Nazirləri Şurasının iclasının iştirakçılarını qəbul edərkən deyib.
Dövlət başçısı bildirib: “Çox şadam ki, Birlik ölkələrinin Müdafiə Nazirləri Şurasının növbəti iclası Bakıda keçirilir. Bu tədbir özlüyündə çox böyük əhəmiyyət kəsb edir. Bu, ölkələrimizi daha sıx birləşdirir, ikitərəfli gündəliyə dair söhbət etmək üçün yaxşı imkan yaradır. Bildiyiniz kimi, bu yaxınlarda Aşqabadda dövlət başçılarının Zirvə Görüşü çox uğurlu keçdi. MDB üzvü olan digər ölkələr kimi, Azərbaycan da bu təşkilatda iştiraka böyük əhəmiyyət verir. Bir sıra məsələlərə dair bizim konstruktiv mövqeyimiz də MDB çərçivəsində qarşılıqlı fəaliyyətin daha da möhkəmlənməsinə töhfə verir. Əlbəttə, xüsusən müasir mərhələdə bizim regionda mövcud olan və yarana biləcək təhlükələr nəzərə alınmaqla hərbi sahədə əməkdaşlıq çox böyük əhəmiyyət kəsb edir. Zənnimcə, buna görə MDB üzvü olan ölkələrin sabitliyi və davamlı inkişafı çox cəhətdən dövlətlərimizin təhlükəsizliyini təmin edən orqanların qarşılıqlı fəaliyyətindən asılıdır”.
Prezident İlham Əliyev vurğulayıb ki, dövlət başçılarının Aşqabad Zirvə Görüşü çərçivəsində müzakirə edilən mövzulardan biri Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə hazırlıq məsələsi idi:
“Biz Azərbaycanda da buna çox fəal hazırlaşırıq. Bu, bizim ümumi Qələbəmizdir, Azərbaycanda dövlət səviyyəsində qeyd edilən Qələbədir. 9 May ölkəmizdə dövlət bayramıdır. Bu bayram Heydər Əliyev Azərbaycana qayıdandan sonra bərpa edildi. Təəssüf ki, müstəqilliyin ilk illərində Xalq Cəbhəsinin xalqa zidd olan iqtidarı təqvimdəki bu qırmızı günü silməklə onu xalqımızın yaddaşından da silməyə cəhd göstərdi, veteranlara hörmətsizlik etdi. Əslində bu, Böyük Vətən müharibəsinin tarixini təhrif etmək cəhdləri idi. İndi bəzi ölkələrdə belə cəhdlər təəssüf ki, kifayət qədər kütləvi xarakter alır. Beləliklə, 9 May günü uzun illər boyu dövlət bayramı kimi qeyd edilir və veteranlara qayğı bizim gündəlik işimizin ayrılmaz tərkib hissəsidir. Veteranlar diqqət və qayğı ilə əhatə olunub, onların maddi vəziyyəti təmin edilir. Onlar bizim üçün, hamı üçün qəhrəmanlıq nümunəsidir”.
Dövlət başçısı qeyd edib: “Azərbaycan bizim ümumi Qələbəmizə böyük töhfə verib. Bunu demək kifayətdir ki, ümumi Qələbəmiz üçün tələb olunan yanacağın çox böyük hissəsini – neftin 70 faizini, benzinin 80 faizini, sürtkü yağlarının 90 faizini Bakı təmin edirdi. Bu potensial olmasaydı, faşist Almaniyasına qalib gəlmək çox çətin olardı. Təsadüfi deyil ki, faşist Almaniyası gözlərini Bakıya zilləmişdi, Bakını tutmaq planları vardı. Bu halda sovet ordusu zəruri yanacaqdan məhrum olardı. Tarixdən yaxşı bilirik ki, faşistlərin öz hücumlarını inkişaf etdirə bilməməsinin bir səbəbi məhz o idi ki, onlar yanacaq sarıdan korluq çəkirdilər. Bakı neftçiləri əsl fədakarlıq göstərir, gecə-gündüz işləyirdilər. Məhz həmin illərdə neft hasilatı rekord səviyyəyə – orta hasilat səviyyəsindən iki dəfə yüksək həddə çatmışdı. Böyük Vətən müharibəsində ümumi Qələbəyə Azərbaycan xalqının da sanballı töhfəsi olub. Xalqımızın 600 mindən çox nümayəndəsi müharibədə iştirak edib, onların yarısı ümumi Qələbəmiz uğrunda canlarından keçib. Sovet İttifaqı qəhrəmanlarından 170 nəfəri Azərbaycanın nümayəndələridir. Bu, xalqımızın qürur mənbəyi, böyüməkdə olan nəsil üçün örnəkdir.
Təsadüfi deyil ki, tarixin saxtalaşdırılması, faşizmin qəhrəmanlıq kimi qələmə verilməsi, tarixin yenidən yazılması cəhdlərinə Azərbaycanda çox həssas yanaşırıq”.
Azərbaycan Prezidenti deyib ki, bu, təkcə tarixin təhrif edilməsi baxımından deyil, gələcək nəsillər üçün də böyük təhlükədir:
“Çünki onlar bu miflərə inana bilər, mahiyyət etibarilə tarixi həqiqətdən uzaqlaşa bilərlər. Buna görə biz müharibənin səbəbləri haqqında, təcavüzkarın kim olması və həm ölkəsini, həm də dünyanın yarısını XX əsrin bu taunundan xilas etmiş sovet xalqının qəhrəmanlığı barədə həqiqətin dünyaya çatdırılması üçün ümumi səylərimizlə çox fəal iş aparmalıyıq.
Aşqabad Zirvə Görüşü zamanı mən belə bir məsələ də qaldırdım ki, MDB məkanında da təəssüf ki, faşizmin qəhrəmanlıq kimi qələmə verilməsi faktları var. Məhz Ermənistanda faşist cəllad Ter-Arutyunyan qəhrəman səviyyəsinə qaldırılıb. Ermənistanda meydanlara, küçələrə onun adı verilib. Bir neçə il bundan əvvəl isə Ermənistan paytaxtının mərkəzində ona təqribən 6 metr hündürlüyündə heykəl qoyulub. Bu adam deyirdi ki, “Almaniya uğrunda ölənlər Ermənistan uğrunda ölür”. Bu adam SMERŞ tərəfindən tutularaq uzunmüddətli həbs cəzasına məhkum edilib və onun şərəfsiz ömrü Vladimir həbsxanasında başa çatıb. Bax, belə bir “xadim”ə heykəl qoyulub və bu heykəl indiyə qədər götürülməyib. Mən həm dövlət başçılarının, həm də Ermənistanın yeni rəhbərliyinin diqqətini bu məqama cəlb etdim ki, MDB məkanında bu, yolverilməz hərəkətdir. Ermənistanın yeni rəhbərliyi özünün faşizmin qəhrəmanlıq kimi qələmə verilməsi ilə assosiasiya edilməsinə imkan verməməlidir. Təəssüf ki, bu heykəl indiyə qədər götürülməyib və bu, erməni tərəfin səmimiyyəti barədə çox böyük suallar doğurur. Erməni tərəfi deyir ki, o da qəhrəmanların xatirəsinə ehtiram bəsləyir. Bu, nonsensdir, ona görə ki, onlar faşistlərin əlaltılarının xatirəsinə ehtiram bəsləyir, yəni, əslində, bu mənfur əməllərə qarşı mübarizədə canlarından keçmiş insanların xatirəsinin təhqir edildiyini görürük. Buna görə biz öz tərəfimizdən bundan sonra da həm Birlik ölkələrinin, həm də digər dövlətlərin ictimaiyyətinin bu məsələyə diqqətini Qələbənin 75 illiyinə hazırlıq prizmasından cəlb edəcəyik. Düşünürəm ki, biz birgə səylərimizlə bundan sonra da işimizi bu istiqamətdə davam etdirəcəyik ki, Böyük Vətən müharibəsi haqqında həqiqət bütün dünya birliyinin, xüsusən gənc nəslin diqqətinə çatdırılsın.
Bugünkü iclas məsələsinə qayıdaraq, qeyd etmək istəyirəm ki, əlbəttə, sizin gündəliyiniz çox zəngindir. Əminəm ki, müzakirələr ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmlənməsinə kömək edəcək”.
Xəbərin oxunma sayı : 460
Siyasət
Xəbərlər
-
Moskva və Vaşinqton xəttində gizli diplomatiya: Putin və Tramp telefonla nələri danışıb?
-
Suraxanıda narkotik əməliyyatı keçirilib - VİDEO
-
Azərbaycanda ətin qiyməti ucuzlaşacaq? - Nazir açıqladı
-
Əli Kərimli 20 ilə kimi və ya ömürlük həbs edilə bilər - İstintaq bitdi
-
Xəstəlik səbəbilə pul alanların DİQQƏTİNƏ - Bu qədər məbləğ çıxılacaq
-
SOCAR-ın satın aldığı bank niyə yığıncaq keçirə bilmir? - Yenə təxirə salındı
-
Avtobuslar “Avtovağzal”dan Bakı-Sumqayıt yoluna daha tez çıxacaqlar – Video
-
Nazirlik bu şəxslərin hesabına pul köçürdü - Məbləğ və say açıqlandı
-
Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq - Sabahın havası
-
Vəzir Həsənovun idarəsində yoxlama - Cəzalandırılanlar var
-
Prezident İlham Əliyev qəbullar keçirdi - FOTOLAR
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - Video
-
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
-
Prezident Tacikistan Baş nazirini qəbul etdi - FOTOLAR
-
Neft ixracı üçün əlimizdə boğazlardan kənar marşrutlar da var – Aramco rəhbəri
-
Bakıda qadın dişini çəkdirdiyinə görə vəfat edib? - VİDEO
-
“Azərpoçt“dan çıxdı, ASCO-da yeni vəzifəyə təyin olundu
-
Energetik Mürsəliyevin təhsilə uzanan əli - Həmdullayev necə sürətlə yüksəlib?
-
Beyləqanda əmək yarmarkası keçirildi - FOTOLAR
-
Azərbaycan nefti daha 4.5 dollar bahalaşdı - Qara qızılın son qiyməti
-
Trampın qadağasına hakim “yox” dedi - Ağ Evə qayıdırlar
-
Bayramov Nyu-Yordka Mirzoyanla görüşdü: Nələr müzakirə edildi? (FOTO)
-
Vətəndaşın əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - VİDEO
-
Binəqədidə bağçanın bağlanması valideynləri narahat edib - VİDEO
-
Zəngin resurslar iqtisadi gücə çevrilir
-
İqtisadiyyat üçün əlavə dəyər amili
-
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar
-
“BI Group“ tikinti şirkəti işçilərin maaşlarını ödəmir - VİDEO
-
Ərdoğanla Paşinyan Nyu-Yorkda görüşdü - FOTO
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - VİDEO
-
Mənzil bazarında yeni mənzərə - ipoteka ilə bağlı açıqlama
-
Rubio Lavrovla görüşdü - Nəyi müzakirə etdilər?
-
Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var
-
Su filtrləri biznesi necə 26 min manatlıq borca çevrildi? - Məhkəmə işi
-
“Putin Trampla yeni görüşə hazırdır” - Dmitri Peskov
-
Binəqədidə “Şəhərsalma və Memarlıq İli” - Damlar da tikintiyə qoşulub! - VİDEO
-
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirilir - QƏRAR
-
Qeyri-neft sektorunun inkişafı: strateji prioritetlər, nəticələr və hədəflər
-
Plastik cərrah kimi fəaliyyətinə məhdudiyyət qoyuldu - İnarə İsmayılovanın
-
Bu idarə AZCON-un idarəetməsinə verildi - FƏRMAN
-
Artıq müstəqilliyimizə qarşı tələbkarıq, Rusiya bunu nəzərə almalıdır - Araik Arutyunyan
-
Həcc ziyarətinə sənəd qəbulu sabah başlayır - Qiymət artımı ola bilər
-
DGK nazirə məxsus olduğu bildirilən şirkətdən baytarlıq avadanlığı alır - 119 minlik
-
ADU-da prorektor vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
-
Təbii sərvətlərin səmərəli istifadəsi yeni sənaye imkanları yaradır
-
Əfv edilənlər kimlərdir? - 5-i xarici ölkə vətəndaşıdır
-
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərdi - Fotolar
-
Anar Bayramov TƏBİB-də iki xanıma vəzifə verdi - FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlanıb - VİDEO
-
Şirkətlərinin 13 milyondan çox borcu olan iş adamının Azərbaycandan çıxışına QADAĞA
-
“AzerGold“un Müşahidə Şurasının tərkibi yeniləndi - SƏRƏNCAM
-
Bakıda Təbriz küçəsi yenidən qurulur - 23 milyon manat xərclənəcək
-
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
-
Sumqayıtda kişi qayınatasının çəliyi ilə arvadını döydü - TƏFƏRRÜAT
-
Tramp 64 illik protokol qaydasını pozacaq - Si Cinpinə görə
-
Bakı Şəhər İcra Hakimiyyəti 7 şirkətlə 140 milyon manatlıq müqavilə imzaladı - Siyahı
-
Maaşlar artdıqca qiymətlər də bahalaşır - Gələcəkdə vətəndaşları nə gözləyir?
-
“Neftçi“ İK bəyanat yaydı: “Komandanın ləğvi ilə bağlı qərar qəbul edilməyib“
-
Bərdədə avtomat silah və patronlar aşkarlandı - şübhəli saxlanıldı
-
40 ilin həkimini işdən çıxarmışdı: Vəzifəsindən azad edildi - VİDEO
-
Masazırda ağır qəza: Ölü və yaralılar var - FOTOLAR
-
Hansı ölkədə insanlar nə qədər kitab oxuyurlar? – 102 ölkənin siyahısı
-
“Avtovağzal” və “Xocəsən” stansiyalarında giriş niyə pulsuz edildi? - Açıqlama
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşıb - FOTO
-
Məmməd Musayevə qarşı cinayət işi açılıb - TƏFƏRRÜAT
-
Prezident əfv Sərəncamı imzaladı - SİYAHI
-
Naxçıvanda tanınmış atlet həbs edildi - Dələduzluq ittihamı
-
İlham Əliyev Estoniyanın ölkəmizdəki ilk səfirini qəbul etdi - FOTOLAR
-
Deputatın baha dərman satan şirkəti cəzalandırıldı - Dövlət Agentliyindən “Azəri Med“lə bağlı sərt qərar
-
Azərbaycan dövlət borcu üçün nə qədər faiz ödəyir? - Ölkələrin siyahısı
-
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
-
“Türkiyə ilə sərhədin açılmasını səbirsizliklə gözləyirəm” - Paşinyan
-
Prezident daha bir 3 illik dövlət proqramını təsdiqlədi:nələr olacaq?
-
Milli Məclisin pensiya yaşını çoxdan aşan deputatları: onlar kimlərdir?
-
Binəqədidə sakinləri evlərindən didərgin salan hadisə - VİDEO
-
Evdə hazırladıqlarını bazarda satanlar cərimələnəcək? - Açıqlama
-
Miqren riskini artıran səbəb üzə çıxdı - Qadınlarda 3 dəfə çoxdur
-
Tramp və Zelenski arasında görüş: Putinlə bağlı mühüm açıqlama
-
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - VİDEO
-
Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi - Kimlər gedə biləcək?
-
Prezident Qərb Sənaye Parkının yaradılmasının məqsədini açıqladı - VİDEO
-
Qızılı girov qoyub kredit götürmək üçün - Bankların ŞƏRTLƏRİ
-
Azərbaycanda tıxaclara görə iş saatları azaldılır? - Deputatdan açıqlama
-
Tramp istəyinə çatdı - Qrenlandiya ilə bağlı saziş imzalandı
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir və həyətə çıxmağa icazə vermir? - VİDEO
-
AQTA-nın yeni qaydası: “Əhalinin çörəyini kəsməkdir”
-
Maştağadakı psixiatriya xəstəxanası bağlanır? - İDDİA
-
Prezident azad edilmiş ərazilərdə yataqların işə salınması barədə danışdı - VİDEO
-
“Tramp Pezeşkianla görüşməyə hazırdır” - Marko Rubio
-
Abşeron təhsilində rüşvəti görmür, kollektor üstündə daxmanı görür...
-
Paytaxtdakı ali təhsil müəssisələri distant təhsilə keçir - Rəsmi
-
Vətən müharibəsi iştirakçısı 1 illik cəza aldı - Qaxda köşk qalmaqalı
-
ABŞ təzyiqi azaltsa, İran Hörmüz boğazını açmağa hazırdır - “Reuters“
-
Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı - 6 il həbs verildi
-
100-dən çox ölkənin xüsusi xidmət rəhbərləri burada - Bakı dünyanı bir araya topladı
-
“Tsxinvalidə keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımırıq” – Rəsmi Bakı
-
“Birliyin Gücü - 2026” hərbi təliminin açılışı oldu - VİDEO/FOTO
-
İsfəndiyar Axundov və oğlu kredit borcunu gecikdirib - Məhkəmə qərarı
-
“Panda Baby” müştəriləri aldadır - Ucuz qiymət qoyub, baha hesablayır
-
Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
-
Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artdı - Siyahı
-
Sosial şəbəkədə qadınlarla yazışdı, qısqanan arvadını döydü - Məhkəmə qərarı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prezidentdən xəbərdarlıq: “Əməl etməyənlər cəzalandırılacaq”
-
Şəmkirdə 13 il əvvəl törədilən cinayətin üstü açıldı: Nə baş verib?
-
Bakıda marketlərdən bu məhsul yoxa çıxdı: Qiyməti artdı (FOTO)
-
“Xocəsən“ və “Avtovağzal“ metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq - Sabahdan
-
Mənzil əvəzinə obyekt: Binaların altı niyə obyektlərlə dolur?
-
“Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq” - Prezident
-
Satıcı aldatdı, telefon bloklandı... - “Mobifon” MMC-dən daha bir ŞİKAYƏT
-
Ehtiram Quliyev “Turan Tovuz“dan gedir? - Özündən açıqlama
-
“Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır“ - Prezident
-
“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi - Kosmetoloq qanunsuz işləyib
-
Polis çətin relyef şəraitində narkotik əməliyyatı keçirdi - VİDEO
-
Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir - İlham Əliyev
-
Angela Merkel qayıdır? - “Körpülər qurmalıyıq“...
TOP 10
ARXİV






